Hal-hazırda Ayna qəzetinin 10.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Əbülfəs Qarayev: "Əgər Azərbaycanın tarixi abidəsi məhv olursa ...
Əbülfəs Qarayev: "Əgər Azərbaycanın tarixi abidəsi məhv olursa ...
bu tək bizim yox, bütün islam dünyasının ağrısı olmalıdır"
Şənbə, 10.04.2010

Sevinc İsmayıl mətn ölçüsü  

Dünən, aprelin 9-da, Mədəniyyət və Turizm Nazirliyində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Mavritaniya İslam Respublikası xarici işlər və əməkdaşlıq naziri Maha Mint Muknassla görüşü keçirildi.

Cənab nazir qonaqları salamlayaraq iki islam ölkəsinin mədəniyyət əlaqələrindən söz açdı. Əbülfəs Qarayev Maha Mint Muknassı Azərbaycanın mədəniyyəti, siyasəti və iqtisadiyyatı ilə tanış etdi:

"Biz bir çox Avropa təşkilatlarının üzvüyük və dünyanın ayrı-ayrı qitələrində yerləşməyimizə baxmayaraq, ikimiz də İslam Ümmətinə daxilik. Azərbaycanda Avropa mədəniyyət nazirlərinin toplantısında ilk dəfə olaraq 10 ölkənin naziri dəvət edilmişdir. Həmçinin islam ölkələri mədəniyyət nazirlərinin toplantısında bir neçə Qərb ölkələrinin mədəniyyət naziri iştirak etmişdi. Son 2-3 il ərzində Azərbaycanda 10-a qədər ölkənin mədəniyyət günləri keçirilmişdir. Hesab edirəm ki, mədəniyyət sahəsinin ölkələrarası siyasətə böyük təsiri var. Və biz sizin xalq yaradıcılığınızla sərgilər, tamaşalar, konsertlər vasitəsi ilə tanış olmaq istəyirik. Onu da qeyd etmək istəyirəm ki, yaxın 2-3 il ərzində biz də Mavritaniyada Azərbaycanın mədəniyyət günləri keçirməyə hazır olacağıq. Düşünürəm ki, bu əməkdaşlığımızı, dostluğumuzu birgə olan fəaliyyətimizi tənzimləyəcəyik. Əgər Azərbaycan abidəsi məhv olursa, bu tək bizim yox, bütün islam dünyasının ağrısı olmalıdır".

Daha sonra söz qarşı tərəfə, xanım Maha Mint Muknassa verildi:

"Verdiyiniz geniş məlumata görə sizə öz təşəkkürümü bildirirəm. Bildirmək istəyirəm ki, biz sizin mədəniyyət siyasətinizi dəstəkləyirik. Azərbaycanın güclənməsi isə islam dünyasının güclənməsi deməkdir. Sizin ölkə daima inkişaf edir. Bu isə müdrik siyasətdən xəbər verir. Ümidvaram ki, bizim əməkdaşlığımız davam edəcək".

Görüşün sonunda geniş mədəniyyət əlaqələrinin qurulması və müvafiq işlərin görülməsi məqsədi ilə Azərbaycan və Mavritaniya arasında qarşılıqlı əməkdaşlığa dair ilkin sənəd imzalandı.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Aşıqlar festivaldan qayıtdı
Proqramda zurna alətinin solo ifasına yer ayrılıb

Azərbaycanlı müəllifin romanı Türkiyədə ekranlaşdırılacaq
Filmin maliyyə büdcəsini qarşı tərəf öz üzərinə götürüb

Moskvada Azərbaycan muğam axşamı
Moskvada Qlinka adına Musiqi Mədəniyyəti Mərkəzi Dövlət Muzeyində Azərbaycanın Rusiya səfirliyi və Heydər Əliyev Fondu Moskva nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan muğam axşamı keçirilib.

Cəfər Cabbarlının romanı tapılıb
Azərbaycan ədəbiyyatının görkəmli ismi, böyük dramaturq Cəfər Cabbarlının indiyədək heç yerdə adı açıqlanmayan romanı üzə çıxıb.

Gənc Musiqiçilərin XIX Beynəlxalq Festivalı keçiriləcək
Aprelin 7-dən 11-nə qədər Litvanın Kaunas şəhərində Gənc Musiqiçilərin XIX Beynəlxalq Festivalı keçiriləcək. Həmin festivalda Azərbaycanı iki istedadlı yeniyetmə təmsil edəcək.

Azərbaycanda Qırğızıstan Mədəniyyət Günləri keçiriləcək
Bu il ərzində Azərbaycanda Qırğızıstan Mədəniyyət Günləri keçiriləcək.

Azərbaycanda Qırğızıstan Mədəniyyət Günləri keçiriləcək
Bu il ərzində Azərbaycanda Qırğızıstan Mədəniyyət Günləri keçiriləcək.

Dostoyevskidən yeni tərcümə
"Karamazov qardaşları" dilimizdə danışdılar

KVN Teatrı yerli ulduzlarla dünya ulduzlarını bir səhnədə görüşdürdü
Al Banonun ürəyi səhnədəcə dayanıb

Kənd adamları da unudulmasın
Sənət adamları Qəbələ və Ağdaşa yollanacaq

Region teatrları gənc aktyorlar üçün cəlbedici deyil
Onlar bunun səbəblərini açıqlayıb

Tünzalə Ağayeva: "Solo konsertim buna bənzər layihələrdən xeyli fərqlənəcək"
Əməkdar artist Tünzalə Ağayeva suallarımızı cavablandırır:

Yaponiya səfiri Dillər Universitetində oldu
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Masamitsu Oki "Mədəniyyətlərarası dialoq" proqramı çərçivəsində aprelin 8-də Azərbaycan Dillər Universitetində oldu. Cənab



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər