Hal-hazırda Ayna qəzetinin 10.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Ekoloji tərbiyə uşaqlardan başlanır
Ekoloji tərbiyə uşaqlardan başlanır
Ümid - onlaradır
Şənbə, 10.04.2010

İ.Umudlu mətn ölçüsü  

Dağlarda, düzlərdə meşələri qırılan, şəhərlərdə yaşıllıqları vəhşicəsinə məhv edilən bir ölkədə yaşayırıq. Paytaxtda gözümüzün önündə parklar zəbt olunur, hasarlanır, tikinti meydançasına çevrilir. Havamız zəhərlənib, pintilik baş alıb gedir. İnsanların simasında sağlamlıqdan başqa nə desən oxunur. Bunun baiskarı yaşlı nəsildir. Bəlkə bizdən sonrakı nəsil vəziyyəti düzəldə bildi. Hər halda ümidimizi itirmirik.

Müəllimlər ekoloji tərbiyəni məhz uşaqlardan başlamağı lazım bilirlər. Aprelin 7-dən bəri IV Beynəlxalq Ətraf Mühit Layihə Olimpiadası (INEPO-EUROASIA) keçirilməkdədir. "Çağ" Öyrətim Şirkətinin təşkilatçılığı ilə ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunmuş bu ənənəvi olimpiadanın bağlanışı aprelin 11-də olacaq. Dəstəkçilər Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkətidir.

"Çağ" Öyrətim Şirkəti İH sədri Ənvər Özərən və INEPO-EUROASIA ekologiya ictimai birliyinin sədri Arif Gömleksizin Olimpiadanın başlanma ərəfəsində media üçün təşkil etdikləri mətbuat konfransında bildirildi ki, Olimpiada 2010-cu ilin Azərbaycan Respublikasında "Ekologiya ili" elan olunmasına həsr edilmişdir.

Olimpiadanın məqsədi bu şəkildə izah edilir: Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması mövzusunda gənc nəsli bilikləndirmək; şagirdlərdə ekoloji şüuru inkişaf etdirmək; ətraf mühitə qarşı həssas, müsbət və qalıcı münasibəti formalaşdırmaq; təbii, mədəni, tarixi və sosial estetik dəyərləri qorumaqdır.

Bildirildi ki, 2007-ci ildə ilk dəfə Azərbaycanda keçirilən bu olimpiadada dünyanın 17 ölkəsindən 70-ə yaxın şagird iştirak etmişdir. 2008-ci ildə isə bu say artaraq 30 fərqli ölkədən 200-ə qədər şagird təbiəti qorumaq uğrunda öz biliklərini sınadılar. 2009-cu ildə ətraf mühitin mühafizəsi olimpiadasında iştirakçı ölkələrin sayı artaraq 31 ölkəyə çatmışdı.

Builki keçiriləcək olimpiadada 33 ölkədən 300-ə qədər iştirakçı yarışacaq. Bunlar: Azərbaycan, Albaniya, Belarus, Çad, Gürcüstan, İndoneziya, İraq, Qırğızıstan, Makedoniya, Pakistan, Rumıniya, Slovakiya, Tailand, Türkiyə, Türkmənistan, Ukrayna, Qazaxıstan, Sudan, Tacikistan, Filippin, Vyetnam, Malaziya, CAR, Böyük Britaniya, Meksika, Rusiya, Polşa, Bolqarıstan, Monqolustan, Şimali Kipr, Bosniya və Hersoqovina, Burkina Faso, Misirdir.

Təşkilat komitəsinə bu il 300-dən çox layihə təqdim olunmuş və onlardan 97-si (45-i Azərbaycandan, 52-si xarici ölkələrdən) seçilərək münsiflər heyətinin müzakirəsinə verilmişdir.

Münsiflər heyətində 20-dən çox xarici ölkələrdən, 47-si isə Azərbaycandan dəvət olunmuş tanınmış və təcrübəli alimlər təmsil olunur.

Mükafatlandırma mərasimi bu gün saat 15:00-da Bakı Əl Oyunları İdman Sarayında keçiriləcək. Mərasimə dövlət, hökumət, nazirlik, idarə, elm və təhsil müəssisələri rəhbərləri və kollektivləri, mətbuat dəvətlidir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Hüseyn Bağırov Xəzəryanı ölkələri ittiham edir

Bölmənin digər xəbərləri
 
Televizor - uşaqların "ev baxıcısı"
Halbuki inkişafda olan uşaq beyni üçün bu çox təhlükəli sayılır

Mətbuat yıyımının durumu - acınacaqlı
Qəzetçilərin tələbi: bu sektor tam özəlləşsin

Nə üçün universitet reytinqlərində yoxuq?
Bunun səbəbləri açıqlandı

"Hörmət" et - sosial yardım al
"Hörmət" etməsən, yardımsız qalacaqsan



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər