Hal-hazırda Ayna qəzetinin 03.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Bu il maaş və pensiyalar artacaq
Bu il maaş və pensiyalar artacaq
Prezident bunu daxili imkanlarla əsaslandırır
Şənbə, 03.04.2010


E.Nijat
mətn ölçüsü  

"Ölkəmizin gələcək inkişafı üçün bütün imkanlar var. Bu gün Azərbaycan, sözün əsl mənasında, uğurlu inkişaf dövrünü yaşayır. Biz bütün vəzifələri uğurla icra edirik". Bu sözləri İlham Əliyev Şirvan şəhərinə səfəri zamanı ictimaiyyət qarşısında çıxışında deyib. Dövlət başçısı bütün sahələrdə, o cümlədən iqtisadi, siyasi və sosial məsələlərin həllində Azərbaycanın öz daxili imkanlarına arxalanaraq müstəqil siyasət apardığını bir daha vurğulayıb.

Prezident bununla belə, həll ediləsi problemlərin hələ də çox olduğunu bildirib: "Əsas sosial və iqtisadi problemlərin böyük hissəsi həll olunub. Azərbaycanda işsizlik böyük dərəcədə aradan qaldırılıb. Yoxsulluq, demək olar ki, artıq inkişaf etmiş ölkələrin səviyyəsinə - 49 faizdən 11 faizə enib. Bütün bunların təməlində aparılan islahatlar, düşünülmüş siyasət və görülən iqtisadi tədbirlər dayanır".

Prezident Azərbaycanın daha da sürətlə inkişaf edəcəyini, müasirləşəcəyini, beləliklə, ölkəmizin uzunmüddətli inkişaf strategiyasının təmin olunacağını bildirib:

"Bu strategiya elə qurulmalıdır ki, təbii resurslardan asılılıq minimum səviyyəyə endirilsin. Biz ölkə iqtisadiyyatını elə qurmalıyıq və elə qururuq ki, təkcə bir sahədən asılı olmayaq. Ona görə şaxələndirmə prosesi Azərbaycanda geniş vüsət alıb. Baxmayaraq ki, 2009-cu ildə dünyada neftin qiyməti kəskin düşüb, Azərbaycan iqtisadiyyatı yenə də artır. Sadə Azərbaycan vətəndaşları o böhranın acı nəticələrini, demək olar ki, hiss etməyib. Çünki inflyasiya sabit qaldı, biz qiymətlərin artımına imkan vermədik. Sadəcə, qiymətlər 1,5 faiz artdı, maaşlar, pensiyalar vaxtında verildi və bu proses bu gün də davam edir. Bu il də maaşların, pensiyaların artımı nəzərdə tutulur. Bu da olacaq".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Sumqayıt və Aktau qardaş oldu

AŞ PA prezidentinin səlahiyyət müddəti artırıldı

İmkanlıdır, amma "uşaqpulu"na göz dikir

Millət vəkili Əli Məsimli: "Pensiya məsələsində güzəştə getmək olardı"

Pensiyaçılar da büdcədən asılı vəziyyətə düşürlər

Bölmənin digər xəbərləri
 
Dəvəçi Şabran oldu
Ad dəyişmələrə münasibət birmənalı deyil

BDU yataqxanaları boşaldılacaq
Məcburi köçkünlər zəbt etdikləri digər binalardan da çıxarılacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər