Hal-hazırda Ayna qəzetinin 03.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Dəvəçi Şabran oldu
Dəvəçi Şabran oldu
Ad dəyişmələrə münasibət birmənalı deyil
Şənbə, 03.04.2010

mətn ölçüsü  

Azərbaycanda rayon adlarının dəyişdirilməsi davam edir. Dünən Milli Məclis daha bir rayonun - Dəvəçinin adının dəyişdirilməsi məsələsinə baxıb. Deputatlara Dəvəçinin adının Şabrana dəyişdirilməsi təklif olunub.

Deputatlara təqdim edilən layihədə rayonun adının Şabran olması təklif edilib. Lakin müzakirələr zamanı Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Dəvəçinin adının dəyişdirilməsinə qarşı çıxıb. Bu cür ad dəyişikliklərinə son qoyulmasını tələb edən YAP-çı deputat deyib ki, hər rayonun qədim adının bərpa edilməsi düzgün deyil: "Naxçıvan əvvəllər Atabəylər adlanıb (?). İndi neyləyək, Naxçıvanın adını dəyişib Atabəylər qoyaq?". Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, Dəvəçi adı indi rayonun 20 kilometrliyində yerləşən Təzəkəndə veriləcək. Qeyd edək ki, 1930-cu ildə yaradılmış Dəvəçi rayonunun ərazisi 1,7 min kvadratkilometr, əhalisi 50 min nəfərə yaxındır.

Narazılıqlara baxmayaraq, rayonun adının dəyişdirilməsi haqqında təklif səsə qoyularaq qəbul olunub. 88 deputat qərarın lehinə, 2 deputat əleyhinə səs verib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Bu il maaş və pensiyalar artacaq
Prezident bunu daxili imkanlarla əsaslandırır

BDU yataqxanaları boşaldılacaq
Məcburi köçkünlər zəbt etdikləri digər binalardan da çıxarılacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər