Hal-hazırda Ayna qəzetinin 03.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
"İnsanları necə başa salsınlar ki, Xumar sevgidən ölüb"
"İnsanları necə başa salsınlar ki, Xumar sevgidən ölüb"
Xumar Qədimova aşiqliyi sevdiyini deyir
Şənbə, 03.04.2010

Zəminə mətn ölçüsü  

Xumar Qədimovanın ifasını bəyənənlər çoxdur. Amma onun oxu tərzinin qavranılmadığı iddiası ilə çıxış edənlər də az deyil. Lakin müğənni heç vaxt ikincilərin təsiri altına düşmədiyini və çevrəsində olan xoş niyyətli insanların musiqi zövqünə xidmət etdiyini deyir. Sənətçi ilə müsahibəmizdə o, özü ilə bağlı maraqlı məqamlara toxundu.

- Poeziyaya vurğun müğənnisiniz. Amma bu barədə çox danışmırsınız. Vaxtilə verilişlərin birində səsləndirdiyiniz Əli Kərimin şeiri və bu mövzuda geniş fikirlər söyləməyiniz sizin ədəbiyyata vurğunluğunuzu açıq şəkildə tamaşaçıya göstərib. Yəqin, müğənnilikdə ayrı dəst-xətti olan Xumar xanım bizə bəlli olmayan bir çox şeirlərin də müəllifidir?

- Əslində məni bir az yaxından tanıyan insanların əksəriyyəti bu fikirdədir. Amma qətiyyən. Bəlkə də, şeir yazmaq istedadı məndə var. Mən onun arxasınca getməmişəm. Mahnı bəstələməyimdə poeziya vurğunu olmağımın rolu böyükdür. Hansı mahnını bəstələmişəmsə, buna səbəb həmin şeir parçası olub. Hərdən bəzi şeirlərə kiçik müdaxilələr edərək, sözü dəyişmişəm də.

- Bu həvəs sizdə hardandır? Məsələn, bəzi sənət adamları nisgillərini, sevgilərini şairin dili ilə ifadə edirlər. Bəzisi isə gendən gələn istedaddan bəhrələnir.

- Burada mühitin və zəmanənin də rolu ola bilər. Amma məndə bu həvəs gendən gəlir.

REKLAM

Biz əslən irəvanlıyıq, amma Qazaxa köçüb orada yaşamışıq. Atam adətən Aşıq Ələsgərin şeirləri ilə dincəlirdi. Hərdən mənə deyirdi ki, "oxu, onun şeirlərinə sənin səsinlə qulaq asım". Bu alışqanlıq məni bir az da poeziyaya yaxınlaşdırıb. Burada xarakterin də rolu böyükdür. Onun romantik, yaxud pis adam olmağında, duyğulu, yaxud da duyğusuz olmağında xarakterin rolu danılmazdır. Elə insan var ki, gözüyumulu pislik edə bilir.

- Sizin xarakteriniz poeziyada nəyi ifadə edir?

- Mən həmişə deyirəm ki, "sevgisiz ölərəm!" Bu həyatda sevgi mənim müşayiətimdir. Hərdən yarızarafatla deyirəm ki, "təsəvvür edin, ölmüşəm. Soruşsalar, Xumar nədən ölüb? İnsanları necə başa salasınız ki, sevgidən ölüb". Kənardan bu bir qədər gülməli görünə bilər. Həmçinin də indiki zəmanədə. Amma neyləyim ki, mənim naxışım belədir. Hərdən istəyirəm ki, mən də başqa xarakterdə olum. Amma mümkün deyil.

- Adətən yazı adamlarının sevgi obyektləri gözlə görünə biləcək varlıq olmur. Sizdə necədir?

- Əslində mənim sevgimin dərinliyində də bu məntiq dayanır. Amma söhbət konkret kişi-qadın münasibətlərindən gedirsə, məsələyə bu cür yanaşmaq istəyirəm. Ola bilər ki, konkret görə bildiyin bir adam yoxdur, amma sən aşiqliyi sevirsən. Daxilən bu sevgini daşıyırsansa, zamanından, məkanından asılı olmayaraq sən sevəcəksən. Yəni sən sevgini sevirsənsə, deməli, sən insanı da sevəcəksən. Bəli, bu gün mən sevirəm, özü də ürəkdən sevirəm.

- Sevdiyiniz şəxs sizin aşiqliyinizə qarşılıq göstərə bilən adamdır?

- Bu barədə Tanrımdan razıyam. Həmişə sevilən qadın olmuşam, bu gün də sevilirəm. Hətta o qədər sevilən qadın olmuşam ki, bu, məni bir qədər şıltaq edib, ərköyünləşdirib. Heç sevgimi itirmək qorxusunu da hiss etmirəm. Çünki qarşımdakı insana inanır və güvənirəm.

- Bunu necə dərk edirsiniz?

- Hissiyyatlı qadınam. Yəni, sadəcə, sözlə özümü aldatmıram.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2 - 3
Oxşar xəbərlər:

Səfurə Əlizadə "Eurovision" saytına müsahibə verib

Bölmənin digər xəbərləri
 
Mənsum İbrahimov muğamı simfonik orkestrlə birgə səsləndirib
Xanəndə Kiyevdən qayıdıb

Mədəniyyətimizin Paris təqdimatı
Kitablar, Şirvan aşıqları, qədim musiqi alətləri...

Səfurə Əlizadə "Eurovision" saytına müsahibə verib
İngilis dilində səlis danışa bilmədiyini etiraf edib

"Təbəssüm" İzmirə yollanır
Azyaşlı rəqqaslar festivalda məharətlərini göstərəcəklər

Xalq teatrları yarış meydanında
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə aprelin 1-dən 10-dək paytaxtda fəaliyyət göstərən xalq teatrlarının festivalı keçirilir.

Leyla Axundzadənin xatirəsinə Moskvada sərgi
Aprelin 9-da Moskvanın "Aydan" Qalereyasında Azərbaycan rəssamlarının "Novruz" adlı müasir, aktual incəsənət sərgisinin açılış mərasimi keçiriləcək.

Gələn həftə - Kino Həftəsidir
Mədəniyyət və Turizm Nazirliyi aprelin 6-dan 10-na qədər respublika daxilində Azərbaycan kinosu həftəsi keçirir.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər