Hal-hazırda Ayna qəzetinin 03.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Mənsum İbrahimov muğamı simfonik orkestrlə birgə səsləndirib
Mənsum İbrahimov muğamı simfonik orkestrlə birgə səsləndirib
Xanəndə Kiyevdən qayıdıb
Şənbə, 03.04.2010

Zəminə Rüstəmova mətn ölçüsü  

Xalq artisti Mənsum İbrahimov Kiyevdən qastroldan qayıdıb. Səfər təəssüratları barədə danışan xanəndə 1300 nəfərlik salonda çıxış etdiyini bildirib: "Salonda oturmağa yer yox idi. Orada olarkən öyrəndik ki, biletlər 4 gün əvvəldən satılıb qurtarıb. Tamaşaçıların bir hissəsini azərbaycanlılar, qalanlarını isə ukraynalı və qeyri-millətlər təşkil edirdi. Konsertin təbliğatı yüksək səviyyədə təşkil edilmişdi. Anonslar televiziya və radiolarda səsləndirilib. Bir ay öncədən isə afişalar küçələrə vurulmuşdu". Xalq artisti bildirdi ki, Azərbaycan muğamı hər yerdə tar-kamanın müşayiəti ilə ifa olunub. Amma muğamın simfonik orkestrin müşayiəti ilə ifa olunması yenilikdir". "Çıxış etdiyimiz ölkələrin simfonik orkestrlərinin müşayiətilə muğam səsləndirmək yenilikdir. Bütün dünyada simfonik əsərlər yüksək səviyyədə qəbul olunur və dinlənilir. Muğamı böyük heyətlə də təqdim etmək təbliğatın bir qoludur". Öyrəndik Niyazinin "Rast" simfonik muğamını 100-dən artıq musiqiçidən ibarət Kiyev Dövlət Simfonik Orkestri ilə yanaşı milli alətlərimiz də müşayiət edib. Tarda və kamançada əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov ifa ediblər. Konsert proqramına azərbaycanlı musiqiçi, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov dirijorluq edib. Konsertdən əvvəl musiqiçilərimiz simfonik orkestrlə bir neçə gün məşq ediblər. Mənsum İbrahimov haqqında danışdığı konsertin anonslarında və afişalarında Qarabağ məktəbinin nümayəndələri olaraq təqdim olunduqlarını bildirib. Bir saatdan artıq davam edən konsert proqramı Ukrayna dövlət televiziyası ilə yayımlanıb. Xatırladaq ki, xalq artisti Siyavuş Kəriminin rəhbərlik etdiyi maestro Niyazinin "Rast" simfonik muğamı layihəsi Türkiyə və Belarus simfonik orkestrləri ilə də ifa olunub. "Rast" Azərbaycan musiqi tarixində ilk simfonik muğamdır ki, dünyanın bir çox ölkələrində səslənir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Moskvada Azərbaycan Mədəniyyəti günləri başa çatıb

"Mən nişanlı deyiləm"

"Mini-disklə oxumaq ayıbdır"

Röya tarixə düşəcək?

Gülbən Ərgən səhnəyə dönür

Bölmənin digər xəbərləri
 
Mədəniyyətimizin Paris təqdimatı
Kitablar, Şirvan aşıqları, qədim musiqi alətləri...

Səfurə Əlizadə "Eurovision" saytına müsahibə verib
İngilis dilində səlis danışa bilmədiyini etiraf edib

"Təbəssüm" İzmirə yollanır
Azyaşlı rəqqaslar festivalda məharətlərini göstərəcəklər

"İnsanları necə başa salsınlar ki, Xumar sevgidən ölüb"
Xumar Qədimova aşiqliyi sevdiyini deyir

Xalq teatrları yarış meydanında
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə aprelin 1-dən 10-dək paytaxtda fəaliyyət göstərən xalq teatrlarının festivalı keçirilir.

Leyla Axundzadənin xatirəsinə Moskvada sərgi
Aprelin 9-da Moskvanın "Aydan" Qalereyasında Azərbaycan rəssamlarının "Novruz" adlı müasir, aktual incəsənət sərgisinin açılış mərasimi keçiriləcək.

Gələn həftə - Kino Həftəsidir
Mədəniyyət və Turizm Nazirliyi aprelin 6-dan 10-na qədər respublika daxilində Azərbaycan kinosu həftəsi keçirir.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər