Hal-hazırda Ayna qəzetinin 03.04.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.04.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Bankların zərəri artıb
Bankların zərəri artıb
Mənfəəti isə azalıb
Şənbə, 03.04.2010

A.Əhmədova mətn ölçüsü  

Mərkəzi Bankın məlumatına görə, problemli kreditlərin ümumi kreditlərdə payı 3,9 faiz il edib. Cari ilin ilk ayında vaxtı keçmiş kreditlərin həcmi 9,2 faiz artaraq 331,4 milyon manata çatıb. Ötən ilin dekabr ayında bu kreditlər 303,5 milyon manat təşkil edib.

Yola saldığımız ilin müvafiq dövrü ilə müqayisədə yanvarda vaxtı keçmiş kreditlər 2 dəfə artıb. 2009-cu ilin yanvarında bu göstərici 176,5 milyon manata bərabər olub. Vaxtı keçmiş kreditlərin ümumi kreditlərdə payında da artım müşahidə edilib. Belə ki, ötən ilin yanvarında kreditlərin 2,5 faizi problemli olduğu halda bu il onların həcmi 3,9 faiz artıb. Dekabrda bu göstərici 3,6 faiz olub. İlk ayda vaxtı keçmiş kreditlərin 63,7 faizi və ya 211 milyon manatı milli, 36,3 faizi və ya 100,8 milyon manatı xarici valyutaların payına düşüb. Problemli kreditlərdə qısamüddətli kreditlərin payı 51 faiz, uzunmüddətli kreditlərin payı 49 faiz olub. Bu kreditlərin həcmi müvafiq olaraq 169,1 milyon və 162,3 milyon manat təşkil edib.

Yanvar ayında zərərlə işləyən bankların sayı 7-dən 13-ə yüksəlib. Mərkəzi Bankda bildirirlər ki, ötən ilin yanvar ayı ilə müqayisədə bankların mənfəəti 2 dəfədən çox azalıb, zərəri isə 55 faiz artıb.

Fevralın 1-nə olan məlumata görə, ölkə banklarının əldə etdikləri mənfəətin ümumi həcmi 28,08 milyon manat təşkil edib. Yanvar ayında bankların cəmi mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox azalıb. 2009-cu ilin yanvarına bu göstərici 62,56 milyon manat olub. Yeni ilin ilk ayında mənfəətlə işləyən bankların sayı 39-dan 33-ə düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvarda bankların zərərində də artım müşahidə edilib.

Yanvarda bankların cəmi zərəri 12,42 milyon manat olub. Halbuki 2009-cu ilin yanvarında zərərin həcmi 8,03 milyon manat təşkil edirdi. Fevralın 1-nə olan vəziyyətə görə, bankların yekun mənfəəti 15,66 milyon manata bərabər olub. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 3,5 dəfə çox - 54,53 milyon manat olub.

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Banklar müştərilərin etibarlılığını gözdən keçirir

Kredit alanların məsuliyyəti artacaq

Dünya Bankı və BVF təcavüzkara kredit verir

Bağimda üzüm qaldi...

Mənzillərin ucuzlaşmasının qarşısı alınıb

Bölmənin digər xəbərləri
 
Banklar üçün çıxış yolları
Bəlkə hər şey zamanın axarına buraxılsın?

İş adamlarının gəlirləri azalıb
Banklara qoyulan girovlar hərraclarda satılır

Təmir üçün alınan kreditlərin həcmi artıb
Bəzi şirkətlər də kreditlə ev təmir edirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər