Dünya astrologiyanı elm kimi qəbul edib
 |
Bizdə isə falçılar tənqid edilsə də, insanların onlara inamı azalmır
Şənbə, 03.04.2010
|
|
Azərbaycanda falla, dünyada isə astrologiya ilə maraqlanan adamların sayı günü-gündən artır. Hesablamalara görə, dünya əhalisinin 20 faizi işini horoskopla qurur. Bunun açıqlaması var. Yəni münəccimlərə bu dərəcədə inam ondan irəli gəlir ki, insanların özlərinə inamı azalıb və hər bir hərəkət üçün kimdənsə məsləhət almaq istəyirlər. Ola bilər ki, onlar ata və anası, qohumları ilə ünsiyyətdən çəkinirlər, hər şeyi onlara demək istəmirlər. Amma ulduz cədvəlləri və horoskoplarda suallarına cavab tapa bilirlər. Belə halda münəccimlə ünsiyyət yaratmaq daha maraqlıdır. Əlbəttə, söhbət savadlı və ağıllı münəccimdən gedir. Hər çap olunan material, efirdə gedən proqnoz düz çıxmır axı. Sözsüz, hər falçının dedikləri də həqiqət olmur. Baxmayaraq ki, Qurani-Kərimlə fala baxdıqlarını iddia edənlər də az deyil. Halbuki böyük günahlardan sayılan falçılıq İslam dininə görə yasaqdər.
Falçıların gen-bol reklamı gedir
Əfsuslar ki, ölkəmizdə falçılıqla öngörümlər bir-biri ilə qarışdırılır. Falçıların gen-bol reklamı gedir. Mətbuatda bol-bol yazılar çap edilir, televiziyalar saatlarla canlı yayımlar, hətta portret oçerklər verirlər. Falçılar televerilişlərə dəvət edilir, önəmli fikir sahibləri kimi falın və cadunun mövcudluğunu sübuta yetirməyə çalışırlar.
Əslində isə münəccim öngörümləri fal deyil. Onlar öz sözlərini söyləmir, dərin elmi əsası olan hesablamalar aparmaqla öz proqnozlarını bəyan edirlər. Falçılardan fərqli olaraq.
Falçılarla mübarizə hələ qədim zamandan aparılır. Xristian dininə görə, orta yüzillərdə bu cür adamları inkvizisiya tonqalında yandırırdılar. Fala inananların Cənnətə getməyəcəyi, namazlarının qəbul sayılmayacağı haqqında İlahi Hökm də məlumdur.
Müqəddəs Allah kəlamına müraciət edək. Qurani-Kərimin "ənam" surəsinin 97-ci ayəsində deyilir: "Suyun və qurunun zülmətində düz getmək üçün ulduzları sizin üçün yaradan Odur. Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı izah etdik". Münəccim Firudin Qurbansoy deyir ki, "Anlayan bir camaat" sözünün alt qatına fikir vermək yerinə düşər. Bu mənada ulduzlar cəhətləri təyin etməklə yanaşı, başqa funksiyalar da daşıyır. Ulduzların hərəkəti ilə insanlar hansı məqamda hansı hərəkətləri edib-etməyəcəklərini müəyyənləşdirə bilərlər. Münəccimlər Allahın hökmü ilə hərəkət edir, rəmzi mahiyyətli göy cisimlərinin sirrini insanlara açırlar...
Bəlli olduğu kimi, falın 2000-dən çox növü var. Yarpaqların tökümündən, quşların uçuşundan, çayın axmağından, küləyin istiqamətindən başlamış hər şey fal obyekti ola bilər. Amma fal qəbul olunmur və dində yasaqdır. Təncim elminə kahinlik və fal kimi baxanlar isə yanılırlar. Bu işdən falçılıq kimi istifadə edənlər də böyük günah qazanırlar. Elmi öncəgörmə ilə falçılıq başqa-başqa şeylərdir. F.Qurbansoy deyir:
"Riyaziyyatçının çətin məsələləri həll edib öncədən nəticəni bildirməsi, iqtisadçının ölkənin iqtisadi-sosial vəziyyətinin necə olacağını qabaqcadan söyləməsi, sinoptiklərin günlər öncə iqlimin durumunu xəbər verməsi falçılıq deyil. Falçılıq günahdır. Astroloji proqnozlar vermək, münəccim öngörümləri söyləmək isə fal deyil. Proqnoz başqa, fal başqa şeydir. Hər hansı bir elmin proqnozları var: həkim xəstəyə baxıb deyir ki, üç gündən sonra öləcək. Həkim fala baxmır ki, xəstəliyin əlamətlərinə əsasən diaqnoz qoyur". Astroloji proqnoz ulduz falı deyil!
Firudin Qurbansoy söyləyir ki, həmişə münəccim öngörümlərinə "ulduz falı" yazılışının əleyhinə çıxıb. Çünki "ulduz falı" ifadəsi türk mətbuatından keçən qəbahətli sözdür. Rus mətbuatındakı münəccim öngörümlərinə nəzər yetirsək, görərik ki, belə yazılar adətən, "Astroloqiçeskie proqnozı", "Zvezdı qovoryat" rubrikası altında yazılır:
"Mən heç bir vaxt rus mətbuatında "Qadanie po zvezdı" ifadəsinə rast gəlməmişəm..
|
|
|
Oxşar xəbərlər:
"Ulduzlar" rəml atır, fala baxır
"Bu şəhərdə"nin yeni hədəfləri
|
|
|