Hal-hazırda Ayna qəzetinin 20.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Səfurə Əlizadə qalib olacağına inanır
Səfurə Əlizadə qalib olacağına inanır
Və özünü "Alisa möcüzələr ölkəsində"ki kimi hiss edir
Şənbə, 20.03.2010

Şəms mətn ölçüsü  

Azərbaycanı "Eurovision-2010" müsabiqəsində təmsil edəcək Səfurə Əlizadənin yeni veb-saytı yaradılıb. safura.eurovisiontalents.com saytında bu ilki təmsilçimiz, eləcə də ümumilikdə "Eurovision" müsabiqəsi ilə bağlı maraqlı məlumatlar yerləşdirilib.

Hazırda İsveçdə olan Səfurə Əlizadə ilə bağlı son xəbərləri məhz bu saytdan əldə etmək mümkün olacaq. Bu internet səhifəsində təmsilçimizin ən son fotosessiyaları, maraqlı çıxışları, səsyazma studiyalarında mahnı yazılışlarından foto və videolar yerləşdirilib. Saytda Səfurə Əlizadə ona ünvanlanan suallara da maraqlı cavablar verib:

"Mənim üçün xoşbəxtlik sevimli kitabları oxumaq və sevdiyim roman əsasında çəkilmiş filmə baxmaqdır. Mən bu kitabları hər zaman oxuya, ona çəkilmiş filmə hər zaman baxa bilirəm. Bax həmin anlarda mən özümü çox xoşbəxt hesab edirəm". Bu ilin mayında Azərbaycana qələbə qazandıracağını bildirən S.Əlizadə "Eurovision" müsabiqəsində ölkəmizi təmsil etməkdən qürur hissi duyduğunu dilə gətirib:

"Milli finalda qalib gələn zaman özümü Alisa möcüzələr ölkəsində hiss etdiyi kimi hiss etdim. "Eurovision" müsabiqəsi mənim həyatımda vacib hadisədir. Tək ona görə yox ki, gələcəyimi həll edə bilər. Həm də ona görə ki, mənə inanırlar, bu, böyük məsuliyyət və böyük sevincdir. İndi tək Azərbaycanın yox, eyni zamanda bütün Avropanın diqqəti mənə yönəlib. Mənə böyük şans verilib və bundan yaxşı istifadə etmək istəyirəm. "Eurovision" mənim hər zaman arzum və məqsədim olub. Məndən asılı olan hər şeyi edəcəyəm ki, ölkəmin vətəndaşları mənimlə fəxr etsinlər. Bu yarışmada qalib olmaq istəyirəm və indi məni bundan başqa heç nə maraqlandırmır". Məlumat üçün bildirək ki, saytda eyni zamanda yarışmada Azərbaycan təmsilçisinin ifa etməsi üçün əcnəbi bəstəkarlar tərəfindən təqdim olunan və Səfurə Əlizadənin ifasında İsveçdə lentə alınan mahnıların yeni variantı da yerləşdirilib. Bu saytdan həmin mahnıları yükləmək və dinləmək mümkündür.

Yeri gəlmişkən, onu da qeyd edək ki, "Eurovision-2010" Mahnı Müsabiqəsində ifa olunacaq mahnılarla bağlı səsvermə artıq başlayıb. İnternetdə tamaşaçı rəğbəti ilə bağlı aparılan səsvermənin nəticələrinə görə, Danimarka, Norveç və Azərbaycan ilk üçlükdədir. Bu ölkələrin ardınca isə İsrail, Xorvatiya və Almaniya favoritlər arasında gəlir. Türkiyəni təmsil edəcək "Manqa" qrupuna isə çox az şans verilir.

Qeyd edək ki, 55-ci "Eurovision" Mahnı Müsabiqəsində 39 ölkə - Azərbaycan, Albaniya, Almaniya, Belarus, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, Danimarka, İsrail, İrlandiya, İslandiya, İspaniya, İsveçrə, İsveç, Estoniya, Ermənistan, Kipr, Latviya, Litva, Makedoniya, Malta, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Finlandiya, Fransa, Xorvatiya iştirak edəcəklər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakıda V müəllif mahnıları festivalı keçiriləcək

"Eurovision-2010"un keçiriləcəyi məkan bəlli oldu

"Eurovision-2009"da səsverənlərin siyahısı Azərbaycanda yoxdur"

"Eurovision-2010" təmsilçimiz noyabra kimi bilinəcək

"Eurovision" iştirakçısı 46 namizəddən seçiləcək

Bölmənin digər xəbərləri
 
Sami Yusuf Azərbaycana gəlmək istəyindən danışıb
Bu barədə danışıqlar aparılır

"Mən heç kimdən narazı deyiləm"
Aygün Səmədzadə niyə "yox" dediyini açıqladı

Ukraynalı "Eurovision"çunun namizədliyi geri götürüldü
Bu günlərdə yeni namizəd bəlli olacaq

Gövhər Həsənzadə geyim biznesini rəsmiləşdirir
Bəstəkar hazırda Milanda səfərdədir

İradə İbrahimovanın Türkiyə planları
İlk işi - albom hazırlığıdır

Məryəm Süleymanovanın başına iş gəlib
Rəqqasə hələ də özünə gələ bilmir

Nadir Qafarzadə əsgərlər qarşısında oxuyacaq
Müdafiə Nazirliyindən ona təklif gəlib

"Next" və Elnarənin "Dance" çərşənbəsi
Bu, gələn həftə təqdim ediləcək

Petek Dinçöz 5 dəqiqəyə ayrıldı
Sənətçinin 2 illik evliliyinə son qoyulub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər