Hal-hazırda Ayna qəzetinin 20.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Məhkəmə prokurorluğun ittihamını ləğv etdi
Məhkəmə prokurorluğun ittihamını ləğv etdi
Bu cinayət işi yenidən araşdırılacaq
Şənbə, 20.03.2010

Hacı Zeynalov mətn ölçüsü  

Ötən sayda "Müstəntiqdən narazılıq" başlıqlı yazı dərc etmişdik. Söhbət 2009-cu il avqustun 19-da Yasamal rayonu, Şaiq küçəsi 182 ünvanında Əsgər Məmmədovun Bakı şəhər sakini, 21 yaşlı Anar Vəliyevi xüsusi amansızlıqla qətlə yetirdiyindən gedirdi.

Yasamal rayon Prokurorluğu həmin xəbərdə qeyd olunan halların düzgün olmadığını qeyd edir. Bildirilir ki, cinayət işi tam və obyektiv araşdırılıb. Lakin prokurorluğun tam və obyektiv saydığı ittiham aktını Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə zərərçəkmiş tərəfin vəsatəti əsasında ləğv etdi.

... Qəsdən adam öldürməkdə və xuliqanlıqda ittiham olunan Bakı şəhər sakini Əsgər Camaləddin oğlu Məmmədovun cinayət işi üzrə hazırlıq iclası Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirildi. Əsgər Məmmədov mübahisə zəminində Anar Vəliyevi bıçaqlayaraq qətlə yetirib. İttihama görə, hadisə zamanı dava olub. Yaranan mübahisə zəminində Məmmədov Vəliyevi bıçaqlayıb.

Prosesdə zərərçəkmiş tərəfin nümayəndəsi Fərhad Vəliyev vəsatətlə çıxış etdi. İddia etdi ki, Yasamal rayon Prokurorluğunda cinayət işi qeyri-obyektiv aparılıb. Onun sözlərinə görə, prokurorluğun müstəntiqi İsmayıl Abıyev cinayət işini ört-basdır etməklə məşğul olub. Nümayəndə qeyd etdi ki, müstəntiqin qərarından Bakı şəhər Prokurorluğuna vəsatət verib. Onun sözlərinə görə, şəhər prokurorluğu işin yenidən və dəqiq araşdırılması üçün Yasamal rayon Prokurorluğuna göstəriş verib. Fərhad Vəliyev bildirdi ki, müstəntiq İsmayıl Abıyev şəhər Prokurorluğunun göstərişlərindən nəticə çıxarmaq əvəzinə, qanunları daha kobud şəkildə pozub.

Fərhad Vəliyev qeyd etdi ki, qətl hadisəsi məhəllədə aşkar surətdə baş verib və istintaq materiallarından da görünür ki, hadisə zamanı səs-küy olub: "Ancaq müstəntiq İsmayıl Abıyev Bakı şəhər Prokurorluğunun göstərişindən sonra guya obyektiv araşdırma apardığını göstərmək naminə əlavə "şahid"lər dindirib. Hansı ki, həmin "şahid"lər hadisəni görmədiklərini, sonradan eşitdiklərini bildiriblər".

Nümayəndə çıxışının sonunda cinayət işinin istintaqının hərtərəfli və obyektiv aparılması üçün cinayət işinin istintaqa qaytarılmasını istədi. Təqsirləndirilən şəxs və onun vəkili vəsatətin təmin edilməməsini istədi. Bundan sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollandılar. Müşavirədən qayıdan hakimlər hazırlıq iclasının qərarını elan etdilər. Hakim Əfqan Hacıyevin səsləndirdiyi qərardan məlum oldu ki, məhkəmə cinayət işinin materiallarını araşdıraraq, zərərçəkmiş tərəfin nümayəndəsinin qaldırdığı vəsatətin əsaslı olması qənaətinə gəlib.

Məhkəmənin qərarına görə, məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verilib. Məhkəmə işin yenidən araşdırılması üçün Bakı şəhər Prokurorluğuna göndərilməsi barədə qərar qəbul etdi.

Fərhad Vəliyev qəzetimizə açıqlamasında dedi ki, cinayət işinin istintaqı zamanı kobud qanun pozuntusuna yol verilib. Nümayəndə cinayət işinin yenidən Yasamal rayon Prokurorluğunda araşdırılmasına etiraz etdiklərini diqqətə çatdırdı. Nümayəndə iddia etdi ki, müstəntiq təqsirləndirilən şəxsin qanunla cəzalandırılmasına yox, ona yüngül cəzanın verilməsinə çalışır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Bir cinayətin sarsıdıcı detalları
Arvadını və azyaşlı oğlunu öldürən iranlını ömürlük həbs gözləyir

Bacı qatilinin məhkəməsi başladı
Şəmkir sakini bacısını namus üstündə qətlə yetirdiyini iddia edir

Qətldə şübhəli bilinən bəraət aldı
Baş Prokurorluq qərarın ləğvi üçün apellyasiya protesti hazırlayıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər