Hal-hazırda Ayna qəzetinin 20.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Avro çətin günlərini yaşayır
Avro çətin günlərini yaşayır
Özü də təkcə avrozonada deyil
Şənbə, 20.03.2010

A.Akif mətn ölçüsü  

Avronun dollara nəzərən qiymətdən düşməsi manat-avro məzənnəsinə də təsir edib. Ötən ilin dekabrından bəri manatın məzənnəsi Avropanın vahid valyutası ilə müqayisədə 7 faiz möhkəmlənib. Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsinin avroda saxlandığını əsas gətirən mütəxəssislər avronun kursunun kəskin azalmasının ölkəmizə də mənfi təsir edəcəyini bildirirlər.

Bu gün Azərbaycanda avronun məzənnəsi son 3 ayda ən aşağı həddə düşüb. Valyutadəyişmə məntəqəsində çalışanların sözlərinə görə, son bir həftədə avronun düşməsi müşahidə olunub, son vaxtlar isə avroya tələbat azalıb.

Bir qrup ekspert hesab edir ki, yaxın müddətdə avronun manata nisbətdə ucuzlaşması yerli iqtisadiyyata elə də ciddi təsir etməyəcək. Amma ucuzlaşma uzunmüddətli olarsa, Azərbaycan da bunun təsirlərinə məruz qala bilər.

Ekspert rəyləri:

Mərkəzi Bankda da avronun manata nəzərən ucuzlaşmasını avronun məzənnəsinin dollarla müqayisədə düşdüyü ilə izah edirlər.

"Avronun uzunmüddətli çökməsi və avrozonada baş verən proseslər Azərbaycana da təsir edə bilər. Çünki həm Mərkəzi Bankın, həm Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi avroda yerləşir və müvafiq valyutanın kursunun dəyişilməsi istər-istəməz gəlirlərin itkisinə gətirib çıxara bilər", - deyə iqtisadçı-ekspert Azər Mehdiyev bildirir.

İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Agentliyinin nümayəndəsi Nailə Səfərova manatın məzənnəsinin sabit saxlanılma siyasətinin nə dərəcədə özünü doğrultduğuna diqqət çəkir:

"Məlumatlara görə, Mərkəzi Bank manatın məzənnəsini saxlamaq üçün 1,8 milyard manata yaxın pul xərcləyib. Biz görürük ki, qonşu ölkələr öz valyutalarının dəyərini aşağı salmaqda maraqlı idilər. Bizdə isə bu proses baş vermədi".

Qubad İbadoğlu Mərkəzi Bankın manatın sabitliyini qoruma taktikasının başadüşülən olduğunu vurğulayır:

"Ümumilikdə götürəndə Mərkəzi Bank düzgün yol tutdu. Uçot dərəcəsinin aşağı salınması və s. kimi tədbirlər düzgün addımlar idi. Əslində manatın alıcılıq qabiliyyətini saxlamaqla, ölkədə makroiqtisadi sabitliyi də qoruyub saxlamaq mümkün oldu".

Diqqət manatın səviyyəsini sabit saxlamağa yönəldiyi bir vaxtda dünya ölkələri avronun bir valyuta kimi məhv olmasından narahatdırlar. Xatırladaq ki, Azərbaycanın neft gəlirlərinin bir hissəsi avroda saxlanır. Yəni bu məsələ ölkəmiz üçün olduqca aktualdır.

Dollar möhkəmlənməkdə davam edir

Son vaxtlar Amerika iqtisadiyyatı ilə bağlı hesabatların pozitiv xarakterli olması dolların möhkəmlənməsinə təsir edir. ABŞ valyutasının bahalaşması fonunda Avropa valyutası ucuzlaşır. Avro bir müddətdir ki, dünyanın bir sıra aparıcı valyutalarına nisbətən ucuzlaşır.

REKLAM

Dolların məzənnəsi qalxıb, hətta iyena avroya nisbətən 9 ayda ən yüksək həddə çatıb. Belə görünür, avrozonada baş verənlər avronun dəyərdən düşməsini sürətləndirəcək. Beləliklə də Avropanın vahid valyutası ilin sonuna kimi ABŞ dollarına nisbətdə ucuzlaşmaqda davam edəcək.

Sərmayədarlar bununla da dünya iqtisadiyyatının bərpasının səngiyəcəyindən narahatdır. Bəzi proqnozlara görə, Avropada maliyyə böhranı baş verəcək. AB-də indiki iqtisadi yüksəliş müvəqqəti olacaq və ilk dəfə AB ölkələrindən bəziləri öz maliyyə-iqtisadi vəziyyətini düzəltmək üçün separatçı tədbirlərə baş vuracaqlar. Bu əsasən dövlət borcları ilə bağlı olacaq. Avroməkanda olan bu ölkələr pul kütləsinin həcmini artırmaq və ya milli valyutalarının devalvasiyası kimi alətlərə əl ata bilməyəcəklər. Almaniya, Belçika, Polşa və Baltikyanı ölkələr çətin vəziyyətə düşəcək. Bu aspektdə Şərqi Avropa ölkələrinin Rusiya ilə yaxınlaşması baş verə bilər.

Avronun ucuzlaşmasına səbəb dünya iqtisadiyyatında baş verən proseslərdir. Bəzi avrozona ölkələrində vəziyyətin pisləşməsi vahid valyutanın məzənnəsinə təsir edir. Belə ki, Yunanıstan, Portuqaliya, İspaniya kimi ölkələrdə büdcə kəsirinin və xarici borcların artması investorlarda avroya olan etibarı azaldır. Belə vəziyyətdə investorların avroya qarşı marağının azalması və risklərin artması avronun kursunun düşməsinə səbəb olur. Avronun ucuzlaşması avrozonada Yunanıstanın timsalında baş verən problemlərlə bağlıdır. Hökumətin büdcə xərclərinin ixtisarı ilə bağlı planları epizodik olaraq avronun bahalaşmasını təmin etsə də, ümumilikdə bu valyutanın məzənnəsində ucuzlaşma müşahidə edilir.

Yunanıstanın dövlət büdcəsinin kəsiri avrozona üçün təyin edilmiş səviyyədən 4 dəfə artıq hesab olunur. Ölkənin dövlət borcu qəbul olunmuş normativdən iki dəfə çoxdur və bu, təxminən 300 milyard avro və ya 125 faiz ÜDM deməkdir.

Yunanıstanın maliyyə naziri Georgies Papakonstantina ilkin açıqlamasında ölkəsinin yardıma ehtiyac duymadığını, vergi idarələri əməkdaşlarının iş yerlərinin ixtisarı və büdcə sferasında əməkhaqlarının artımının dayandırılması ilə bağlı tətilin təxirə salındığını bildirmişdi. Son olaylar isə hadisələrin hələ yenicə qızışdığını göstərir.

Bir sıra analitiklər, maliyyə institutları avronun ilin sonuna kimi daha da ucuzlaşacağını proqnozlaşdırır. Avronun perspektivindən narahatlıqlarını bildirən Morgan Stanley bankının valyuta analitikləri hesab edir ki, Yunanıstanda baş verənlərin digər ölkələrə yayılma təhlükəsi avrozonada gərginlik yaratmaqda davam edir.

Banka görə, İspaniya, İtaliya və Portuqaliya pis vəziyyətə düşə bilər. Çünki uzaq olmayan keçmişdə bu dövlətlərdə müəyyən geriləmə müşahidə edilib və onlar böyük çətinliklə iqtisadi artım tempinə görə Almaniya və Fransaya uyğunlaşa biliblər. Analitiklər hesab edir ki, İtaliya və İspaniya məhsuldarlığı və rəqabət qabiliyyətini artırmazdan öncə çətin deflyasiya mərhələsini adlamalıdır. Çünki onların valyuta məzənnəsinə ümid etmək imkanları tükənib. Təbii ki, belə perspektivlər Avropa valyutasına təzyiqsiz ötüşmür.

Commerzbank da avronun ucuzlaşacağını deyir

Deutsche Bank analitiklərinin fikrincə, növbəti aylarda Federal Ehtiyat Sisteminin uçot dərəcələrini qaldıracağı ehtimalının artması fonunda Avropa valyutası dollara nisbətdə 6% ucuzlaşa bilər.

UniCredit bankı valyuta ekspertlərinin açıqlamalarına görə, avronun dollara nisbətən məzənnəsi builki minimum həddən bir qədər yüksək olub və özünə gəlməkdə davam edir. Eyni zamanda, bankda hesab edirlər ki, cütlüyün qısamüddətli perspektivi xeyli qaranlıqdır.

Almaniya maliyyə agentliyinin direktoru Karl Haynz Daubanın fikrincə, avrozona ölkələrindən biri müflis olarsa, avronun onillik təcrübəsi sona yetər, birlik isə dağılar.

Daubanın fikri ilə həmrəy olduğunu bildirən Nyu-Yorkdakı Westrac Banking Corr-un nümayəndəsi Riçard Franuloviç bu hadisələrin ağır olacağını, o cümlədən avronun taleyinin ürəkaçan olmayacağını deyərək Yunanıstanın xilasının vacib olduğunu qeyd edib.

Nyu-York Universitetinin iqtisadiyyat professoru Nuriel Rubini də maliyyə bazarlarında "hökmranlıq" edən valyuta - avro haqda proqnoz verib. Onun sözlərinə görə, İspaniya və Yunanıstanın iqtisadi problemləri avrozonanın dağılmasına gətirib cıxaracaq və iki ildən sonra vahid Avropa valyutası öz mövcudluğuna son qoyacaq. İqtisadçının fikrincə, avro üçün əsas təhlükəni İspaniyanın maliyyə vəziyyəti yaradır. Heç Yunanıstan da birincidən geri qalmır. Bu ölkələrin iqtisadiyyatı dövlət maliyyə sektorunda balansın pozulması, eləcə də onlar tərəfindən təqdim olunan mallar və xidmətin rəqabət qabiliyyətini itirməsindən əziyyət çəkir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Avropa Birliyinin gündəmində genişlənmə planı yoxdur"

Hökumət idxal edilən avtomobillərə "yaş senzi"ni götür-qoy edir

Nə "Qarabağ", nə "Bakı"

"Qarabağ" və "Bakı" Avropa ilə vidalaşdılar

Dünya dollardan imtina etmək istəyir?

Bölmənin digər xəbərləri
 
Bazarlar od tutub yanır
Novruz əhaliyə baha başa gələcək

Xammal ölkəsi olaraq qalırıq...
Odur ki, "çiçəklənmə"ni "solma" əvəz edir

Kənd təsərrüfatı axsayır və axsayacaq
Subsidiyaların ünvana çatdırılmasında qaranlıq məqamlar



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər