Hal-hazırda Ayna qəzetinin 20.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Qarabağ" titulunu itirdi
"Qarabağ" titulunu itirdi
Ölkə kubokunun finalında paytaxt klubunun iştirakı şəksizdir
Şənbə, 20.03.2010

Kərim Nəsrullah mətn ölçüsü  

Futbol üzrə Azərbaycan kubokunun bütün yarımfinalçıları müəyyənləşib - "Bakı", "Olimpik-Şüvəlan", "İnter" və "Xəzər-Lənkəran" yarışın əsas mükafatı uğrunda mübarizəni davam etdirəcəklər. Bununla da Azərbaycan kubokunda yeni qalibin olacağı dəqiqləşib. Çünki kubokun sahibi "Qarabağ" titulunu Lənkəranda "itirib".

"Xəzər-Lənkəran" Ağdam təmsilçisini rəqib meydanında vurulan bir qol hesabına keçib. Bu mərhələnin ən maraqlı və qalmaqallı oyunu da elə Lənkəranda baş tutub. "Qarabağ" öz meydanında 2:1 hesabı ilə qalib gəldiyi "Xəzər-Lənkəran"ın qonağı olub. Oyuna meydan sahibləri fəal başlayıb və 17-ci dəqiqədə Kristian Kabral fərqlənib. İkinci hissə futbolçuların kobud davranışı ilə yadda qalıb. Nəticədə matçın baş hakimi Vüsal Əliyev əvvəlcə Elnur Allahverdiyevi, sonra isə Rəşad Sadıqovu meydançadan qovub. Bu zaman bütün komanda hakimə etiraz edərək, oyunu dayandırmaq istəyib. Lakin Qurban Qurbanov futbolçularını meydana qaytarıb.

"İnter" isə "Neftçi" ilə hər iki kubok oyununu qələbə ilə başa vurub. İlk oyunda 0:3 hesablı məğlubiyyətdən sonra "Neftçi"nin "İnter"i üstələməsi çətin olub. Cavab qarşılaşmasında 1:2 hesabı ilə uduzan "flaqman" kubok uğrunda mübarizəni dayandırıb. Bununla da paytaxt təmsilçiləri arasında son 25 gündə keçirilən oyunlar seriyası başa çatıb.

Kubok uğrunda yarışın finalında paytaxt təmsilçilərinin iştirak edəcəyi rəsmiləşib. Bu, "Bakı"nın Sumqayıtda keçirilən görüşdə "Standard"ı 3:1 hesabı ilə məğlub etməsindən sonra gerçəkləşib. Öz meydanındakı 1:1 hesablı heç-heçədən sonra səfərdə qənaətbəxş nəticə əldə edən Bakı yarımfinala çıxmaqla, həlledici görüşdə paytaxt klubunun təmsil olunmasına şərait yaradıb. Belə ki, "Bakı" yarımfinalda digər paytaxt klubu - "İnter"lə üz-üzə gələcək. Bakı derbisində qalib komanda isə finalın iştirakçısı olacaq. Deməli, finalçılardan birinin paytaxt təmsilçisi olması şəksizdir.

Qeyd edək ki, ardıcıl üçüncü dəfədir finalda paytaxt klubu təmsil olunacaq. Son iki ildə həlledici qarşılaşmada Bakını "İnter" təmsil edib. Bu klub inişil "Xəzər-Lənkəran"a, ötən il isə "Qarabağ"a uduzub - müvafiq olaraq - 0:2 və 0:1.

Bu mərhələnin maraqlı məqamlarından biri "Olimpik- Şüvəlan"ın tarixində ilk dəfə yarımfinala vəsiqə qazanması olub.

Beləliklə, yarımfinal mərhələsində "Olimpik-Şüvəlan" - "Xəzər-Lənkəran" və "Bakı" - "İnter" qarşılaşmalarını izləyəcəyik. Yarımfinal oyunları aprelin 27-də və mayın 5-də keçiriləcək.

Azərbaycan kuboku, 1/4 final, nəticələr:

"Xəzər-Lənkəran" - "Qarabağ" - 1:0 (ilk oyun 1:2);

"İnter" - "Neftçi" - 2:1 (3:0);

"Olimpik-Şüvəlan" - "Simurq" 4:2 (penalti, 0:0);

"Bakı" - "Standard" - 3:1 (1:1).



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Azərbaycan mətbuatının neçə yaşı var?

Almaniya yığması Bakıya gəlir

Rotterdama ümidlərlə

Bölmənin digər xəbərləri
 
"Çelsi" və "Ştutqartd" tamam...
1/4 finalın bütün iştirakçıları bəlli

Şərikli liderlər "Şəfa"da görüşəcək
Bu gün Unibank Pyemyer Liqasında XXIV turun oyunları başlanır. İlk oyun günündə ikinci, ertəsi gün isə ilk altılığın görüşləri keçiriləcək.

Əvvəl "Rabitə", sonra "Uraloçka"
Bakıda qadınlar arasında Avropa Voleybol Konfederasiyasının (CEV) kuboku uğrunda yarışın "Dördlər finalı"nın oyunlarının başlanma saatı müəyyənləşib.

"Everton" klubu Araz Abdullayevi istəyir
İngiltərə Premyer-Liqasında mübarizə aparan "Everton" klubu Araz Abdullayevin transferi ilə bağlı Bakının "Neftçi" klubuna rəsmi müraciət edib.

Ermənistan yığması Bakıya gələsi olmadı
Ermənistanın yunan-Roma güləşi üzrə yığma komandası aprelin 13-də Bakıda Avropa çempionatına qatılmayacaq.

Dünya çempionatının müğənniləri
Yayda Cənubi Afrika Respublikasında keçiriləcək futbol üzrə 2010-cu il dünya çempionatının açılış mərasimi təntənəli şəraitdə keçiriləcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər