Hal-hazırda Ayna qəzetinin 20.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
İran yenə də - "jurnalistlər həbsxanası"
İran yenə də - "jurnalistlər həbsxanası"
Bu ölkə məhbus jurnalistlərin sayına görə dünyada birinci yerə çıxıb
Şənbə, 20.03.2010

S.Soltan mətn ölçüsü  

İctimai-siyasi və iqtisadi böhranı aradan qaldıra bilməyən Tehran bu vəziyyətin yaranmasında az qala bütün məsuliyyəti KİV-in üzərinə qoyur. Bu təbəqə onun gözünün düşmənidir. Odur ki, bu ölkədə jurnalistlər, azad söz Dante cəhənnəminin əzabını yaşamağa məhkumdur.

Son olaraq, Şəhid Behişti Universitetinin (Tehran) müəllimi, ölkədə tanınan jurnalist Səid Leylaz İnqilab Məhkəməsinin qərarı ilə 6 il azadlıqdan məhrum edilib ("Mediaforum"). Səid Leylaz 2009-cu ilin prezident seçkisinin rəsmi nəticələrinə etiraz aksiyasında tutulub və 9 aydır həbsdə idi. İranın ali rəhbəri ayətulla Xamneyini "təhqir etməkdə", "ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda", "ictimai asayişi pozmaqda" suçlandırılırdı.

Lider ölkə

"bab-xeber" saytı bildirir ki, dünyada həbsdə olan jurnalistlərin üçdə biri bu ölkənin payına düşdüyündən İran "jurnalistlər həbsxanası" adına "layiq" görülüb.

Mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi məsələyə dair bəyanatla çıxış edərək bildirib ki, İran dünyada həbsdə olan jurnalistlərin üçdə birini - 52 jurnalisti məhbəsdə saxladığına görə bu sahədə birinci yerdədir. İslam Respublikasından sonra 24 məhbus jurnalistlə Çin və 22 məhbus jurnalistlə Kuba gəlir.

Jurnalistləri Müdafiə Komitəsi məsələyə başqa bir rakursdan da baxır: İslam Respublikası 1996-cı ildən indiyə kimi bu sayda jurnalisti həbsdə saxlayan ilk ölkədir (!). Ötən 14 il müddətinə dünyanın heç bir yerində bu qədər məhbus KİV mənsubu olmayıb. Nə deyə bilərik ki, liderlik göz önündədir.

Qurumun icraçı katibi C.Saymon deyir: "İran ardıcıl olaraq, jurnalistlərə qarşı təzyiq göstərir, onları müxtəlif ittihamlarla həbs edir. Bu sahədə İranda durum o qədər qorxulu və acınacaqlıdır ki, qəbul olunmuş beynəlxalq qaydalarla bu ölkədə çalışan media işçilərini müdafiə etmək belə mümkün deyil. Biz əminik ki, cəhalət tərəfdarı olan İran rejimi ən sonda məğlub olacaq. Bununla belə, həmkarlarımızın indiki durumu bizi narahat etməkdədir".

Mərkəzi qərargahı Parisdə yerləşən Sərhədsiz Reportyorlar Birliyi də bir müddət öncə İranı "jurnalistlər həbsxanası" adlandırmışdı. Qurumun yaydığı bəyanatda ötən il iyunun 12-də, prezident seçkisindən sonra 100 jurnalistin həbs olunduğu, 50 KİV təmsilçisinin isə ölkəni tərk etmək məcburiyyətində qaldığını bildirmişdi.

Sərhədsiz Reportyorlar Birliyi martın əvvəlində yaydığı bəyanatda isə bildirib:

"Əldə olunan məlumatlara əsasən, İranın ETTELAAT Nazirliyinin həbsxanalarında saxlanan məhbus jurnalistlərə təzyiqlər olunur ki, onlar ictimaiyyət qarşısına çıxıb, ölkənin ali rəhbəri ayətulla Xamneyidən üzr istəsinlər və əfv olunmalarını xahiş etsinlər".

Komitənin yaydığı bəyanatda isə daha sonra xatırladılır ki, rejimin Məhbuata Nəzarət Şurası 20 qəzet və jurnala xəbərdarlıq məktubu göndərib. Deyilib ki, "qaydalara" riayət etmədikləri təqdirdə fəaliyyətləri dayandırılacaq.

Fevralda BMT-nin İnsan haqları komitəsi İrana gedərək, ölkədə uyğun sahədəki durumu təftiş üçün İslam Respublikası rəhbərliyinə müraciət etmişdi. Tehran qurumun bu istəyini təmin etməmişdi.

Mənbənin məlumatına əsasən, BMT-nin İnsan Haqları üzrə ali komissarı Noy Play martın əvvəlində Cenevrədə keçirdiyi növbəti çıxışında bir daha İranda insan haqları sahəsində durumun acınacaqlı olduğunu bildirərək, bu ölkəyə BMT nümayəndələri göndərilməsini yenidən tələb edib.

Müxaliflərə və azad sözə qəddarcasına divan tutulur

Almaniya radiosunun yaydığı məlumata görə, BMT-nin İnsan Haqları üzrə ali komissarı İranda insan haqları yönündə hakim olan şəraitin həddən artıq ağır və dözülməz olduğunu vurğulayaraq əlavə edib: "İranda müxaliflər qəddarlıqla susdurulur, siyasi fəallar, hüquq müdafiəçiləri və jurnalistlər əsassız ittihamlarla tutulur. Minlərlə insan prezident seçkisinin rəsmi nəticələrinə etiraz etdikləri üçün ən ağır cəzalara, o cümlədən edama məhkum ediliblər".

Son prezident seçkisinin rəsmi nəticələrinə etiraz edən milyonlarla insan rejimin hərbi, polis və başqa basqı qruplarının qəddar rəftarı ilə üzləşib. Əhalinin keçirdiyi dinc mitinqlər zamanı minlərlə insan tutuqlanıb, yüzlərlə aksiya iştirakçısı küçələrdə öldürülüb. Tutulanların bir çoxu uzunmüddətli həbs cəzasına və edama məhkum ediliblər. Haqqında edam hökmü çıxarılan ən son məhkumlardan biri 20 yaşlı tələbə Məhəmmədəmin Vəliandır. Bu gəncin "təqsiri" ondan ibarətdir ki, seçkinin rəsmi nəticələrinə etiraz aksiyalarına qatılıb, odur ki, ölüm cəzasına məhkum edilib.

BMT İnsan Haqları Şurasının fevralın ortalarında keçirdiyi növbəti toplantıda İranda insan haqlarının durumu müzakirə ediləndə İran təmsilçilərinin etirazına baxmayaraq, üzv ölkələr və beynəlxalq hüquq müdafiə təşkilatları Tehran hakimiyyətini insan haqlarını kobud şəkildə pozduğuna görə şiddətlə qınadılar. Amma nə faydası.

İrana iqtisadi deyil, siyasi embarqo!

Nobel Sülh mükafatı laureatı, İnsan Haqlarını müdafiə mərkəzinin rəhbəri, hazırda Avropada yaşayan Şirin İbadi BMT-nin İnsan Haqları üzrə ali komissarı Noy Playa ünvanladığı məktubda qeyd edir: "Həmvətənlərimin dinc etiraz aksiyalarına güllə ilə cavab verilir".

Bu günlərdə Kanadaya səfər edən Nobel mükafatçısı yerli mətbuat qarşısında çıxışı zamanı İranda iqtisadi yasaqlarla yanaşı, hakimiyyətin ayrı-ayrı təmsilçilərinə qarşı siyasi embarqoların da tətbiqini vacib sayıb. Onun sözlərinə görə, yalnız iqtisadi sanksiyaların tətbiqi həm də ölkə vətəndaşlarının onsuz da çox olan problemlərinin artmasına səbəb olur.

Kanadada çıxan məşhur "Qloub ənd meil" qəzetinə müsahibəsində Şirin İbadi qeyd edib ki, Tehran hakimiyyətinin ortaya atdığı atom-nüvə proqramı ətrafında yaranmış səs-küy ölkə vətəndaşlarının insan haqlarının pozulması ilə bağlı məsələsini az qala beynəlxalq ictimaiyyətə unutdurub. Əlavə edib ki, ölkədə demokratik bir sistem qurulandan sonra atom-nüvə proqramı ətrafında yaranmış böhran asanlıqla həll edilərdi.

Şirin İbadinin qənaətincə, ötən iki-üç il ərzində beynəlxalq ictimaiyyətin diqqəti Tehran hakimiyyətinin qabartdığı atom-nüvə proqramına yönəldiyindən insan haqları sahəsində pozuntular diqqətdən kənarda qalıb.

Onun sözlərinə görə, Kanada hakimiyyəti İrana qarşı iqtisadi sanksiyaların tətbiqini dəstəkləməklə yanaşı, Tehran təmsilçilərinə ölkəyə daxilolma üçün viza verilməsindən də imtina etməlidir. Nobel mükafatçısı bildirib ki, yeni qətnamələr hazırlanarkən, rejim rəsmilərinə istənilən ölkəyə getməsinə viza verilməməsi ilə bağlı maddənin də əlavə olunması nəzərdə tutulmalıdır.

Şirin İbadi müsahibəsində Kanada ictimaiyyətinə müraciət edərək, acınacaqlı vəziyyətdə olan İran əhalisini müdafiə üçün İslam Respublikası rəhbərliyinə qarşı etiraz səslərini ucaltmağa çağırır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Daha bir goran edam edildi

İrandan yeni ölüm xəbərləri

İran: amansız repressiyalar davam edir

Media hərbçilərdən nə istəyir?

Qubada jurnalistlər üçün düşərgə

Bölmənin digər xəbərləri
 
Əli Xamneyi: "Novruz cəmiyyətdə pozucu ziyanlı işlər yaradır" (?!)
Cəfəngiyat ustalarına ayaqüstü cavab



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər