Hal-hazırda Ayna qəzetinin 20.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Generalın siması kətan üzərinə köçdü
Generalın siması kətan üzərinə köçdü
Rəssam Sakit Məmmədov Əli ağa Şıxlinskinin mükəmməl bir portretini işləyib
Şənbə, 20.03.2010

İ.Umudlu mətn ölçüsü  

Artilleriya generalı Əli ağa Şıxlinski portretə köçdü. Port-Artur qəhrəmanı, rus ordusunda "artilleriyanın allahı" kimi şöhrətlənmiş, Birinci Cahan hərbində Sankt-Peterburq hərbi dairəsinin artilleriya rəisi və ordu komandanı olmuş, taleyüklü 1918-ci ildə Azərbaycan milli silahlı qüvvələrinin yaradılması işinin təməl daşını qoyan və bu şərəfli müdafiə işini bacarıqla təşkil edən əfsanəvi generalın mərdanə siması ilk dəfədir rəssam fırçası ilə canlandırılır. Əməkdar rəssam Sakit Məmmədov bir neçə ay üzərində işlədiyi bu işə nəhayət yekun vurmuş və sənət sərraflarının mühakiməsinə təqdim etmişdir.

Portret 1,6 x 1,3 metr ölçüdə yağlı boya ilə kətan üzərində işlənmişdir. Söyləmək olar ki, tarixilik elementləri çox ciddi şəkildə gözlənilməklə, ifadəli bir portret alınmışdır. General ayaqüstə təsvir edilmişdir. Bu işin ideyasını Moskvada yaşayan iş adamı, mesenat Elçin Muradov vermiş və sənət əsərini öz yaxın dostu, Rusiyada yaşayan, Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Şahin Şıxlinskiyə hədiyyə etmişdir. Dövlət Tarix Muzeyində nümayiş etdirilməyə layiq olan bu misilsiz sənət əsəri hazırda Bakıda Şahin Şıxlinskinin şəxsi kolleksiyasında saxlanılır.

- Bundan əvvəl də bir neçə tarixi şəxsiyyətin portretini işləmək nəsib olmuşdur. Lakin general Əli ağa Şıxlinskinin portretini işləmək xeyli çətinlik törətdi. Belə ki, generalın fotolarının hamısı ağ-qaradır. O çağın hərbi geyiminin, orden və medalların rəng çalarlarını bir-bir müəyyənləşdirmək lazım gəlmişdir, - deyə əməkdar rəssam Sakit Məmmədov bizimlə söhbətində bildirdi.

Portret janrı Sakit Məmmədovun yaradıcılığında ayrıca bir istiqamətdir. Bundan öncə Dədə Qorqud, Şah İsmayıl, Atatürk, Heydər Əliyev, Rauf Denktaş kimi tarixi şəxsiyyətlərimizin, II İoann Pavelin portretlərini işləmiş və bu əsərlər sənətsevərlər, o cümdlədən xarici sənətşünaslar tərəfindən yüksək qiymət almışdır. Daha çox isə bədii süjetlər çəkir və bunların hamısı bir-birindən ifadəlidir.

Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra Sankt-Peterburqda Repin adına Rəssamlıq Akademiyasını bitirən Sakit Məmmədov Azərbaycanda və xaricdə yaxşı tanınan və qiymətləndirilən rəssamdır.

Onun sənəti barədə fikir belədir ki, rəssamlıq məktəblərinin Sakit Məmmədovun bədii yaradıcılığına təsiri güclüdür və özü Rembrandt heyranıdır. Lakin bununla belə, hər əsərində öz dünyabaxışını təqdim etməyi bacarır. Onu "rənglər ustası" adlandıranlar müəyyən mənada haqlıdırlar. Rəssamın yaradıcılığını gözdən keçirdikdə görürük ki, onun rənglər dünyasında qırmızı - rəssamlıqda çətin rənglərdən biri üstünlük təşkil edir. Onun elə bir əsəri gözə dəymir ki, orada qırmızının çalarları özünü qabarıq şəkildə göstərməsin. Lakin bu qırmızı yorucu deyil, onda bizim torpağın və insanlarımızın təbiətində olan hərarət, istilik, doğmalıq var. Əli ağa da ətəyi yığılmış tünd qırmızı pərdənin fonunda, dirsəyini kürsüyə dayamış bir halda təsvir olunub. Ağıllı gözlərini seyrçiyə zilləyib, simasından bir nəcabət, mərdanəlik, saflıq və hərbçiyə xas dilsiz bir qətiyyət oxunur.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Ələsgər Ələkbərov - 100
Solmayan sənətin şöhrəti

Aşıqlarımız Parisdə "Təxəyyül" adlı festivalda çıxış edəcəklər
Dünya ölkələri bu dəfə Şirvan aşıqlarını dinləyəcək

TÜRKSOY çərçivəsində I beynəlxalq kino festivalı
TÜRKSOY-un təşəbbüsü ilə ilk dəfə olaraq bu təşkilata üzv ölkələrin I beynəlxalq kinofestivalı keçiriləcək.

Rəssam Natiq Əhmədzadənin fərdi sərgisi
Bakı İncəsənət Mərkəzinin təşəbbüsü ilə Gəncə rəssamlıq məktəbinin tanınmış isimlərindən olan Natiq Əhmədzadənin fərdi sərgisi keçiriləcək.

Dövlət Film Fonduna yeni sənədlər veriləcək
Gürcüstan arxivindən Azərbaycanın incəsənət xadimlərinə aid müxtəlif foto və arxiv sənədləri Dövlət Film Fonduna veriləcək.

Bütün bölgələrdə - kino həftəsi
Açılış Heydər Əliyev Sarayında olacaq

Hüseyn İsmayılov: "Kütləvi konsertlərin məzmunu Novruzdan xəbər vermir"
Zəngin süfrə təəssüratı da səhv imiş

Yaşar Nuri: "Türk kinematoqrafçıları məni kinolarında görməkdən vaz keçdilər"
Aktyor deyir ki, hamı rol oynamaq istəyir

YUNESKO Novruz bayramını qeyd edəcək
Bizim heyət bayram ərəfəsində kitab sərgisində də iştirak edəcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər