Hal-hazırda Ayna qəzetinin 20.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Ələsgər Ələkbərov - 100
Ələsgər Ələkbərov - 100
Solmayan sənətin şöhrəti
Şənbə, 20.03.2010


Məhluqə MƏMMƏDOVA, Dövlət Tarix Arxivinin əməkdaşı
mətn ölçüsü  

Teatr, kino mədəniyyətimizin inkişafında əvəzsiz xidmətləri olan SSRİ xalq artisti Ələsgər Ələkbərovun dünyaya gəlişinin 100 illiyidir. Artıq xəbər verildiyi kimi, bu ildönüm teatr və kino mühitində ehtiramla qeyd olunacaqdır. Bakıda 1910-cu ildə martın 26-da dünyaya göz açıb, maraqlı bir sənət ömrü yaşayıb və haqqın rəhmətinə qovuşub. Bu böyük sənətkar artıq həyatda yoxsa da, çəkildiyi filmlərə indi də böyük maraqla baxılır, səhnədə yaratdığı obrazlar isə hələ də yaşlı nəslin yaddaşından silinməmişdir.

Bizim arxiv fondlarında onun səhnə həyatını ardıcıl izləmək olur. Görürük ki, özündən əvvəl səhnəyə gəlmiş aktyor yoldaşları kimi Ələkbərovun da ilham mənbəyi klassiklərin - M.V.Axundov, C.Məmmədquluzadə, C.Cabbarlının ölməz, realist əsərləri idi. Məsələn, C.Cabbarlının Aydın, Elxan, Aqşin, Eyvaz surətlərini səhnədə ilk dəfə, özü də çox məharətlə yaratmışdı. Ələkbərovun rolları bəzən bir-birinə zidd olmuşdur. Ancaq onu göstərmək kifayətdir ki, aktyor "1905-ci ildə" pyesində tamamilə bir-birinə zidd 3 rolda Eyvaz, general, Salamov rollarında çıxış etmiş, eyni istedad və sənətkarlıqla bu rollarda istədiyinə müvəffəq olmuşdur.

Onun Vaqifi, Fərhadı, Cavanşiri, Elxanı, Kral Liri və Otellosu böyük səhnə xadimləri səviyyəsində əsl aktyor yaradıcılığı örnəkləridir. Ə.Ələkbərov öz sələflərindən öyrəndiklərinin üzərinə müasir tələb elementlərini, zamanının ritmi ilə ayaqlaşan, tamaşaçı zövqünə uyğun ünsürləri gəlməklə, mahir bir aktyor kimi şöhrətlənmişdir.

Kinomuzun səsli dövrünün ilk filmlərindən olan "Kəndlilər" filmində gənc aktyor Ə.Ələkbərov əsas rollardan birini - Göydəmiri ifa etmişdir. Gəncliyinə baxmayaraq hələ 1927-ci ildə çəkilən "Vulkan üzərində ev" filmində baş rolda, daha sonra "Lətif" filmində çəkilmişdi.

Öz səhnə fəaliyyətini Əbilov adına klubun dram dərnəyindən başlayan Ələsgər az bir vaxt keçəndən sonra Bakı "Təbliğ-təşviq" teatrına daxil olur. Gənc aktyorun bu teatrda oynadığı rolların siyahısına nəzər salsaq, istedad sahibinin xarakterik, komik və satirik səpkili obrazların ifaçısı olduğunu görərik.

Arxiv materiallarından bəlli olur ki, Bakı Türk İşçi Teatrı ilə Azərbaycanın kənd və şəhərlərini qarış-qarış gəzir, tamaşalar göstərir, əhalinin teatr zövqünün formalaşmasına öz töhfələrini verirdilər.

Vaqif onun ən gözəl ifalarından biri olub

Səməd Vurğunun "Vaqif" pyesində Vaqif obrazı onun ən gözəl ifalarından biri idi. Ələkbərov bu obrazı 28 yaşından oynamağa başlamışdır. Və illər ötdükcə Vaqif obrazının onun ifasında mənalı və dərin bir təkamül keçdiyini görürük. Ə.Ələkbərovun yaratdığı Vaqif bütün əsər boyu böyük məqsədlə yaşayır, öz şəxsi həyatından daha çox xalqını və onun taleyini düşünür. Aktyor bu rolu qüdrətli bir rəssam kimi tam dolğun, mənalı və səsli yaratdığına görə idi ki, indi də insanların xəyalında Vaqif məhz Ələkbərovun oynadığı Vaqif kimi canlanır. Onun ifasındakı Vaqif obrazı teatr tariximizdə qazanılan ən böyük müvəffəqiyyətlərdən biri sayılır. Vaqifin dili ilə aktyorun inci kimi səpələdiyi aforizmlər az zamanda xalq arasında yayılaraq məsələ çevrilmişdi.

Arxiv materiallarından görürük ki, hələ 1948-ci ildə - "Vaqif"in səhnə həyatının 10 ili ərzində Ələsgər Ələkbərov bu rolda artıq 300-cü dəfə çıxış edirdi. Tamaşaçılar artıq 300 dəfəydi onu Vaqif rolunda görürdülər.

Otellosu - bir başqa örnək

"Otello" da onun aktyor yüksəlişinin başqa bir örnəyi idi. Bu rol da Ələsgər Ələkbərovun yaradıcılıq qələbəsi idi. O, rejissorun yaratmış olduğu imkanlardan layiqincə istifadə etmişdi. Teatr tənqidinin o vaxt "bütün Otellolardan daha canlı insan" adlandırdığı Ələkbərov - Otellonun hər kəlməsi müstəmləkəçi imperialistlərə qarşı odlu ittiham kimi səslənirdi.

Ə.Ələkbərov "Kölgə" dramında Hacı Zəngi rolunu oynamışdı. Bununla da səhnədə mürəkkəb, psixoloji, təzadlı obrazlar yaratmaq bacarığını parlaq şəkildə açıqlayıb göstərə bilmişdi.

Onun üçün kino aləmi də teatr qədər sevimli idi. Yaratdığı müxtəlif xarakterli kino obrazları kinematoqrafiya tarixinə silinməz izlər buraxmışdır. Belə deyirlər ki, Ələkbərovun ən qiymətli cəhəti kino texnikasını yaxşı bilməsində idi ki, bu da hər aktyora müyəssər deyildir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Vaqif Sadıqov: "Xarici siyasətimizdə prioritetlər dəyişməyib, amma siyahı genişlənib"

70 yaşda gənc qalmağın sirri

Martda Vaqif Mustafazadənin yubileyidir

Vaqif Sadıqov: "Bambaşqa bir "Neftçi" görəcəksiz"

Əzizə Mustafazadə haqqında film çəkilir

Bölmənin digər xəbərləri
 
Aşıqlarımız Parisdə "Təxəyyül" adlı festivalda çıxış edəcəklər
Dünya ölkələri bu dəfə Şirvan aşıqlarını dinləyəcək

TÜRKSOY çərçivəsində I beynəlxalq kino festivalı
TÜRKSOY-un təşəbbüsü ilə ilk dəfə olaraq bu təşkilata üzv ölkələrin I beynəlxalq kinofestivalı keçiriləcək.

Rəssam Natiq Əhmədzadənin fərdi sərgisi
Bakı İncəsənət Mərkəzinin təşəbbüsü ilə Gəncə rəssamlıq məktəbinin tanınmış isimlərindən olan Natiq Əhmədzadənin fərdi sərgisi keçiriləcək.

Dövlət Film Fonduna yeni sənədlər veriləcək
Gürcüstan arxivindən Azərbaycanın incəsənət xadimlərinə aid müxtəlif foto və arxiv sənədləri Dövlət Film Fonduna veriləcək.

Bütün bölgələrdə - kino həftəsi
Açılış Heydər Əliyev Sarayında olacaq

Hüseyn İsmayılov: "Kütləvi konsertlərin məzmunu Novruzdan xəbər vermir"
Zəngin süfrə təəssüratı da səhv imiş

Generalın siması kətan üzərinə köçdü
Rəssam Sakit Məmmədov Əli ağa Şıxlinskinin mükəmməl bir portretini işləyib

Yaşar Nuri: "Türk kinematoqrafçıları məni kinolarında görməkdən vaz keçdilər"
Aktyor deyir ki, hamı rol oynamaq istəyir

YUNESKO Novruz bayramını qeyd edəcək
Bizim heyət bayram ərəfəsində kitab sərgisində də iştirak edəcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər