"Azərsu" qanunsuz tikililərin siyahısını dəqiqləşdirir
|
Şənbə, 13.03.2010
İlkin |
mətn ölçüsü |
|
|
|
"Azərsu" SC yaxın iki həftə ərzində su kəmərləri və kanalizasiya xətlərinin mühafizə zolağındakı qanunsuz tikililərin siyahısının dəqiqləşdirilməsini başa çatdıracaq. Bu barədə SC-nin prezidenti Nizaməddin Rzayev məlumat verib.
N.Rzayevin sözlərinə görə, siyahı dəqiqləşdiriləndən sonra Nazirlər Kabinetinə təqdim olunacaq. Bu tikililərin taleyi isə hökumətin verəcəyi qərardan asılı olacaq.
"Azərsu" prezidenti konkret rəqəm açıqlamasa da, ölkə üzrə su kəmərləri və kanalizasiya xətlərinin mühafizə zolağında minlərlə qanunsuz tikilinin olduğunu vurğulayıb.
|
|
|
Oxşar xəbərlər:
Bakıətrafı yaşayış massivlərində "söküntü" həyəcanı
Bir borcluya görə, bütöv bir binanın suyunu kəsə bilməyəcəklər
|
|
|