Cümə günü səhər Türkiyə səfirliyi qarşısında ABŞ və İsveç parlamentlərində qondarma "erməni soyqırımı" ilə bağlı qəbul olunmuş sənədlərə etiraz olaraq Ümid Partiyası Gənclər Təşkilatı Türkiyəyə dəstək aksiyası keçirib.
Partiyanın gənclər təşkilatından "Turan"a verilən məlumata görə, aksiya iştirakçıları Türkiyəyə dəstək şüarları ("Azərbaycan-Türkiyə", "Türkiyə, səninləyik") səsləndiriblər.
Bir müddət sonra polis aksiya iştirakçılarını səfirliyin qarşısından uzaqlaşdırıb və bir neçə nəfəri saxlayıb. Saxlananlar arasında Ümid Partiyası sədrinin ideoloji-təbliğat məsələləri üzrə müavini Taleh Əliyev də var.
|