Hal-hazırda Ayna qəzetinin 13.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Reket jurnalistlərə hökm oxundu
Reket jurnalistlərə hökm oxundu
Onlar Qubada iş adamlarına hədə-qorxu gəlib pul tələb ediblər
Şənbə, 13.03.2010

Hacı Zeynalov mətn ölçüsü  

Quba rayon sakinləri olan iş adamlarından hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan bir qrup jurnalistə hökm oxunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Eldar Əsgərov, Şahlar Vəliyev 2 il, Nüşabə Qasımova 1 il şərti cəza alıblar.

Quba rayonundan olan iş adamları Bəxtiyar Məmmədov, Rüfət Qurbanov, Zəfa Məsimov, İsgəndər Hüseynov və Rövşən Babayev bir qrup jurnalistin onlara hədə-qorxu gələrək pul tələb etmələri barədə şikayət ərizəsi ilə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət ediblər.

Araşdırma zamanı müəyyən edilib ki, özlərini jurnalist kimi təqdim edən Şahlar Vəliyev, Eldar Əsgərov və Nüşabə Qasımova qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, rayon ərazisində yerləşən yuxarıda adları çəkilən şəxslərə məxsus "Qübbə", "Ramin", "Qoşa çinar", "Əfsanə" və "Rüstəm" kafelərinin fəaliyyəti ilə əlaqədar rüsvayedici məlumatlar yayacaqları hədəsi ilə onların hər birindən 1000 manat tələb ediblər. Baş İdarəyə dəvət olunmuş Şahlar Vəliyev və Eldar Əsgərov öz izahatlarında törətdikləri əməlləri etiraf ediblər.

Araşdırmalarla məlum olub ki, Sumqayıt şəhər sakini Şahlar Vəliyev "Yeni Azərbaycan Dünyası", Şirvan şəhər sakini Eldar Əsgərov isə "Günəşli Azərbaycan" və "Qanun və gerçəklik" kimi əcaib-qəraib adlar (qəzet adı olaraq) daşıyan qəzetlərin baş redaktorları kimi jurnalist adına yaraşmayan, ona ləkə gətirən fəaliyyətlə məşğul olub, ayrı-ayrı vətəndaşlardan və iş adamlarından müxtəlif vaxtlarda hədə-qorxu ilə pul tələb ediblər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycan prezidenti Quba məzarlığını ziyarət edib

Media hərbçilərdən nə istəyir?

Uşaqlara çəkilən xərclər artıb

Qubada jurnalistlər üçün düşərgə

Milli mətbuatın 135 illik yubileyi qeyd ediləcək

Bölmənin digər xəbərləri
 
Müstəntiqdən narazılıq
Zərərçəkmiş tərəf istintaqın düzgün aparılmadığını iddia edir

Narkotik alverçiləri
Mütəşəkkil dəstənin 11 üzvünə üst-üstə 134 il iş

Bacı qatili
Baba: "Nəvəmə halal olsun ki, onu öldürüb"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər