Hal-hazırda Ayna qəzetinin 13.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Narkotik alverçiləri
Narkotik alverçiləri
Mütəşəkkil dəstənin 11 üzvünə üst-üstə 134 il iş
Şənbə, 13.03.2010

H.Zeynalov mətn ölçüsü  

Qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınmasında təqsirləndirilən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Lənkəran şəhər sakini Fuad Kələntərov, Cəlilabad şəhər sakini Rövşən Hüseynov və İran vətəndaşı Əyyub Abbasi, Biləsuvar rayon sakini Nicat Kərimov, İlkin Məmmədov, Əfqanıstan vətəndaşları Yasin Rzayi, İsmətulla Rzayi, Əsədulla Əmiri və Şahəvi Məhəmmədi İrandan Azərbaycana narkotik vasitə gətirməkdə ittiham ediliblər.

İttihama görə, MTN-in əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələri daşıyan Lənkəran şəhər sakini Fuad Kələntərov, Biləsuvar rayon sakinləri - Nicat Kərimov, İlkin Məmmədov və Cəlilabad şəhər sakini Rövşən Hüseynov, İran vətəndaşı Əyyub Abbasi, Əfqanıstan vətəndaşları Yasin Rzayi, İsmətulla Rzayi, Əsədulla Əmiri və Şahəvi Məhəmmədi saxlanıblar. Keçirilən baxış zamanı onlardan 11 kiloqram 500 qramdan artıq həşiş, 3 kiloqrama yaxın tiryək və 2 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.

Müəyyən edilib ki, rəsmi qaydada Azərbaycana gəlmiş Əyyub Abbasi, Rövşən Hüseynov və Fuad Kələntərov Cəlilabad şəhərində görüşərək narkotik vasitələrin gətirilməsi və onların qiyməti barədə razılığa gəliblər. Razılaşmaya əsasən, narkotik vasitələrin 10 kiloqramı Fuad Kələntərova çatmalıymış. Əyyub Abbasinin sifarişi ilə 2009-cu il sentyabrın 5-də gecə radələrində, hazırda şəxsiyyətləri istintaqla araşdırılan 4 nəfər silahlı İran vətəndaşı Cəlilabad rayonunun Dələli kəndi yaxınlığında həmin narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə keçirib və Nicat Kərimovla İlkin Məmmədova veriblər.

Əyyub Abbasinin tapşırığına əsasən, Nicat Kərimov narkotiklərdən başqa, həmin silahlı yaraqlılardan onların Azərbaycan ərazisinə keçirdikləri və özlərini Əfqanıstan vətəndaşları kimi təqdim edən 4 nəfər şəxsi də təhvil alıb. Sonra həmin dörd nəfər şəxs, Nicat Kərimov və İlkin Məmmədov sonuncunun idarə etdiyi "VAZ-21011" markalı avtomobildə Biləsuvar rayonuna gəliblər. MTN tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslər yaxalanıblar.

Məhkəmənin hökmü ilə Fuad Kələntərov 13 il, Nicat Kərimov 15 il, İlkin Məmmədov 12 il, Rövşən Hüseynov 14 il, İran vətəndaşı Əyyub Abbasi 15 il, Əfqanıstan vətəndaşları Yasin Rzayi 2 il, İsmətulla Rzayi 3 il, Əsədulla Əmiri 3 il, Şahəvi Məhəmmədi 3 il müddətinə azadlıqdan məhrum edildilər.

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan daha bir qrupa hökm oxundu. Məhkəmənin hökmü ilə Fikrət Piriyev 8 il, Akif Miriyev 6 il 6 ay, Elşən Quliyev 3 il müddətinə azadlıqdan məhrum edildilər. Təqsirləndirilən şəxslər 2008-ci il oktyabrın 5-də həbs ediliblər. Onlardan 15 kiloqram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə narkotik alverində ittiham olunan daha bir mütəşəkkil dəstənin üzvlərinə prokuror cəza istədi. Prokuror İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Vasif Yusifzadənin 11 il, İlham Gözəlovun 11 il, Şahmar İmranovun 9 il, Hümbət Talışovun 15 il, Nəvai Həmidovun 11 il, Cahangir Quliyevin 10 il, Rasim Atakişiyevin 15 il, Zülfüqar Əsədovun 14 il, Nəsib Həsənovun 13 il, İntiqam Qasımovun 9 il, Vasif Həsənovun 15 il azadlıqdan məhrum edilməsini istədi. Məhkəmə yaxın günlərdə hökmü elan edəcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Casus oyuncaqlar", italyan qadın geyimləri, "Ağacdələn", bəhailər...

İran: öldürülənlərin sayı artmaqdadır

Əhmədinijat uçan kəpənəyi tuta bilmədi

İran böhranı: "Vilayəti-fəqih" idarəetmə təsisatı ölüb

İran müxalifətindən 100 nəfər məhkəmə qarşısında

Bölmənin digər xəbərləri
 
Müstəntiqdən narazılıq
Zərərçəkmiş tərəf istintaqın düzgün aparılmadığını iddia edir

Bacı qatili
Baba: "Nəvəmə halal olsun ki, onu öldürüb"

Reket jurnalistlərə hökm oxundu
Onlar Qubada iş adamlarına hədə-qorxu gəlib pul tələb ediblər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər