Hal-hazırda Ayna qəzetinin 13.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Müstəntiqdən narazılıq
Müstəntiqdən narazılıq
Zərərçəkmiş tərəf istintaqın düzgün aparılmadığını iddia edir
Şənbə, 13.03.2010

Hacı Zeynalov mətn ölçüsü  

Qəsdən adam öldürməkdə təqsirləndirilən 1988-ci il doğumlu Anar Vəliyevin məhkəməsi başlayıb. Proses Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əfqan Hacıyevin sədrliyi ilə gedir. Anar Vəliyev 2009-cu il avqustun 19-da Abdulla Şaiq küçəsi 182 ünvanda Əsgər Məmmədovu (1987-ci il doğumlu) ürəyindən bıçaqlayaraq qətlə yetirib.

Bu cinayət işi üzrə ibtidai istintaqı Yasamal rayon Prokurorluğu aparıb. Zərərçəkmiş tərəf ibtidai istintaqın gedişindən narazıdır və istintaqın qeyri-obyektiv aparıldığını iddia edir. Zərərçəkmişin hüquqi varisi Afat Məmmədovun müvəkkili, hüquq müdafiəçisi Fərhad Vəliyev qəzetimizə açıqlamasında bildirdi ki, "ibtidai istintaqı aparan müstəntiq İsmayıl Abıyev cinayət işini düzgün araşdırmayıb və saxtakarlığa yol verib". Onun sözlərinə görə, ibtidai istintaqın yekunlaşması barədə zərərçəkmiş tərəf məlumatlandırılmayıb:

"Müstəntiq bizə protokollarla tanış olmağa imkan vermirdi. Güclə cinayət işinin protokolları ilə tanış oldum. Sübutların qiymətləndirilməsi ilə bağlı vəsatət verdim. Lakin bizim vəsatətimizə baxılmamış müstəntiq cinayət işini dekabrın 23-də təsdiqlənmək üçün şəhər prokurorluğuna göndərib. Bu isə qanuna ziddir. Mən vəsatət vermişdim və cinayət işi üzrə həmin vəsatətə baxılması üçün 48 saat vaxt vardı. Lakin müstəntiq dekabrın 23-də mənə zəng edərək, cinayət işinin şəhər prokurorluğunda olduğunu bildirdi. Biz cinayət işinin geri qaytarılması üçün müraciət etdik. Bundan sonra cinayət işi üzrə ittiham aktı təsdiqlənmədi və cinayət işi yenidən Yasamal rayon Prokurorluğuna qaytarıldı".

Hüquqşünas qeyd etdi ki, müstəntiq İsmayıl Abıyev cinayət işinin prokurorluqda olmasını gizlədərək fevralın 15-də zərərçəkmişin hüquqi varisi Afat Məmmədovu ifadə vermək üçün Yasamal rayon Prokurorluğuna çağırıb: "Lakin fevralın 16-da zərərçəkmişin hüquqi varisi ərizə ilə rayon prokuroruna müraciət edərək, ifadə verməkdən imtina edir. O, işin obyektiv araşdırılmadığını bildirib və işin başqa prokurorluğa verilməsini istəyib. İstintaqın belə düzgün aparılmaması zərərçəkmiş tərəfin ürəyinə ədavət toxumu səpərək, zərərçəkmişlərdə qisasçılıq hissi oyadır. Zərərçəkmiş tərəfin son ümid yeri Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baş tutacaq məhkəmə iclasının qərarından asılıdır. Biz məhkəmədə işin yenidən ibtidai istintaqa qaytarılması və qəsdən adam öldürmə ittihamı verilməsi barədə vəsatət qaldıracağıq. Bu vəsatətlə bağlı məhkəmənin qərarından çox şey asılı olacaq. İstintaq tərəfindən hüquqları pozulmuş zərərçəkmiş tərəfin vəsatəti təmin edilməsə, onlarda ədavət toxumu cücərəcək və qisasçılıq hissi oyanacaq".

Fərhad Vəliyev onu da qeyd etdi ki, ikinci dəfə də cinayət işi məhkəməyə zərərçəkmiş tərəfin xəbəri olmadan göndərilib. Onun sözlərinə görə, məhkəmədən onlara xəbər verilib və cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub. Müvəkkil qeyd etdi ki, qanunsuzluqlarla bağlı dövlət başçısına və baş prokurora müraciət etsələr də, heç bir qanuni ölçü götürülməyib.

Oğlunu itirmiş ailə məhkəmədən obyektiv qərar gözləyir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Orduda qəsdən adam öldürmə cinayətləri artıb

Sevgilisinin üstündə biznesmeni öldürdü

Prokurorluğun müstəntiqi - dələduz

Baş Prokurorluqda əməliyyat müşavirəsi

Bölmənin digər xəbərləri
 
Narkotik alverçiləri
Mütəşəkkil dəstənin 11 üzvünə üst-üstə 134 il iş

Bacı qatili
Baba: "Nəvəmə halal olsun ki, onu öldürüb"

Reket jurnalistlərə hökm oxundu
Onlar Qubada iş adamlarına hədə-qorxu gəlib pul tələb ediblər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər