Hal-hazırda Ayna qəzetinin 13.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Mahnı oxumaq və xaricə getmək - yasaq
Yasaqlar ölkəsində yasaq olmayan nə qaldı?
Şənbə, 13.03.2010

S.Soltan mətn ölçüsü  

İranda tanınmış müğənni Humayun Şairianın bu həftənin sonuna nəzərdə tutulan konserti ləğv edilib. "Frans press" bildirib ki, qadınların səhnə çıxışları yürüdülən siyasi-ideoloji siyasətlə ziddiyyət təşkil etdiyindən bu mərasim baş tutmayıb.

Xatırladaq ki, ölkədə qadınların musiqi alətlərində ifa edərək, kütləvi tədbirlərdə çıxışına icazə verilir. İran qanunlarına əsasən, zərif cinsin nümayəndələri ansambllarda ifa etməklə yanaşı, qruplarda oxuya bilərlər. Ancaq onların solo oxuması yasaqdır. Qadınların solonu yalnız salondakı həmcinsləri üçün ifaetmə hüququ var.

Təbrizin hakimiyyət təmsilçiləri bu xəbəri təsdiqləyərək, bildiriblər ki, konsertin təxirə salınmasına səbəb musiqi qrupunda qadının olmasıdır və tədbir təhlükəsizlik baxımından keçirilməyəcək.

"Məhəbbət xatınları" Avropadan oxuyacaq

Fəqət XXI yüzildə bu sayaq qeyri-insani yasaqları aşmağı bacaran qoçaqlar tapılır. Məsələn, "Mediaforum"un yaydığı başqa bir xəbərə görə, İranda fəaliyyətinə məhdudiyyətlər qoyulan "Məhəbbət xatınları" qadın musiqi qrupu Novruz bayramı ərəfəsində Avropanın beş ölkəsində konsert proqramı ilə çıxış edəcək. Altı qadın ifaçıdan ibarət bu ansamblın repertuarı İranda baş verən son hadisələrlə bağlıdır. Qrupun rəhbəri Pəriçöhr Xacədir. Ondan başqa kamançada Aşarə Şirkaçı, tarda Gülnuş Salehi, dümbəkdə Gövhərnaz Məsaeli, qavalda Müjgan Əbdülfəthi ifa edir, xanəndə isə Mehrbanudur.

Dörd il öncə yaranan bu musiqi qrupu çeşidli yasaqlar və məhdudiyyətlərlə üzləşdiyi üçün bu günə kimi ölkə daxilində konsert verə bilməyib. Hökumət onlara İranda qapalı məkanda, yalnız qadınlara konsert verməyi rəva görsə də, ansambl hakimiyyətin bu şərtləri ilə razılaşmayıb və yalnız xarici ölkələrdə çıxış etmək qərarına gəlib. Xəbərə əsasən, onlar Belçika, Almaniya, Danimarka, İsveç və İspaniyada konsert verəcək.

"Yaşıl" şairədən qorxu

İranda qadınların haqlarının tapdandığını ölkə vətəndaşı olan, ictimaiyyətçi fəal xanımlar cəsarətlə bütün dünyaya car çəkməyə başlayıblar. Ötən həftə bu kimi xəbərlər yayıldı. Görünür, zərif cins mövcud hakimiyyət üçün çox böyük qorxu mənbəyi təşkil edir. Başqa nə cür izah edilə bilər ki, iki gün əvvəl müxalif düşüncəli şairə Simin Bəhbəhaniyə ölkədən çıxmaq yasaq edilib. "Mediaforum"un xəbərinə görə, ETTELAAT əməkdaşları Tehran İmam Xomeyni hava limanında onu saxlamış və ərz etmişlər ki, şairənin xaricə getməsinə izin yoxdur. Simin xanım martın 8-də Paris merliyinin rəsmi dəvəti üzrə Beynəlxalq Qadınlar günü ilə bağlı tədbirə qatılmaq üçün Fransaya gedirmiş.

Bunun səbəbi odur ki, Simin Bəhbəhani Avropa ölkələrinə əvvəlki səfərləri zamanı İranda "yaşlıllar hərəkatı"nı dəstəkləyən iranlı qadınların çeşidli təzyiqlərə və ayrı-seçkiliyə məruz qaldığını kəskin tənqid edibmiş. Lakin Simin xanım qorxmur, o, jurnalistlərə açıqlamasında ölkə qadınlarının sosial azadlığı uğrunda mücadiləsini dayandırmayacaqlarını söyləyib:

"Qadınlarımızın zülmə və ayrı-seçkiliyə qarşı göstərdiyi bugünkü müqavimət təqdirəlayiqdir. Gender bərabərliyi uğrunda mübarizə aparan iranlı qadınlar ön cərgədə gedir. Çox sevindirci haldır ki, Azərbaycan, İsfahan və Tehranda müdrik kişilər qadınlarmızın ölkə daxilində apardığı feminist hərəkata geniş dəstək verirlər".

Xatəmi isə heç yaxşı danışmayıb

Keçmiş prezident Məhəmməd Xatəmi də heç yaxşı danışmayıb. Bu yaxınlarda "Etimad" qəzetinə müsahibəsində bildirib ki, "seçkidən sonra başlamış böhran davam edir". Onun bu mülahizəsi Tehranda qəzəb doğurub və müsahibə çıxandan sonra "Etimad" qəzeti qapadılıb.

Və bu müsahibə əhvalatından sonra keçmiş prezident Məhəmməd Xatəminin ölkəni tərk etməsinə icazə verilməyib. Xəbərlərə görə, Xatəmi Avropa dövlətlərinə səfər etməyi planlaşdırıbmış.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Üç milyon əhalisi siqaret çəkən bir ölkədə...

Dünya üzrə siqaretə hücum davam edir

Bölmənin digər xəbərləri
 
Farsdilli dövlətlər TV-si fəaliyyətə başlayacaq
Xərcinin yarısı - üç dövlətin türk vergi ödəyicisinin hesabına

Türkcə futbol açıqcası - cinayət
Təbrizin komandası fanatına həbsxanada işgəncələr



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər