Hal-hazırda Ayna qəzetinin 13.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Farsdilli dövlətlər TV-si fəaliyyətə başlayacaq
Xərcinin yarısı - üç dövlətin türk vergi ödəyicisinin hesabına
Şənbə, 13.03.2010

S.Sədi mətn ölçüsü  

İran teleradio şirkətinin sədri İzətulla Zərqövmi bu günlərdə jurnalistlərə demişdir ki, Tacikistan və Əfqanıstanla birlikdə Tehran fars dilində televiziya yaratmaq istəyir. Onun sözlərinə görə, bu TV Novruz bayramınadək fəaliyyətə başlayacaq: "Bunun yaranmasının vacib olduğu ilə bağlı danışıqlar aparılıb. Verilişlərin proqramı da artıq hazırdır. Proqramın böyük hissəsini İran tərəfi hazırlayacaq. Fikrimcə, iki dövlətin qadınlarının baş örtüksüz veriliş aparması birgə əməkdaşlığa əngəl olmayacaq".

Bu məsələ İran prezidenti Mahmud Əhmədinejadın əfqan həmkarı Həmid Karzayın dəvəti ilə Əfqanıstana səfəri əsnasında da diqqət mərkəzində olub.

Xatırladaq ki, 2008-ci ilin martında bununla bağlı İran, Tacikistan və Əfqanıstan xarici işlər nazirlərinin üçtərəfli danışıqlarında bu barədə razılıq əldə edilmişdi. İran teleradio şirkətinin sədri İzətulla Zərqövmi bununla əlaqədar Düşənbəyə səfər etmiş, ölkə prezidenti İmaməli Rəhmanla görüşmüşdü. İranlı qonaq demişdi:

"Tacikistanla İran teleradio şirkətləri arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı çoxlu planlarımız var. Tacikistandan olan kadrların İranda uyğun universitetlərdə təhsil alması üçün hər cür şərait mövcuddur".

Əlbəttə, "farsdilli ortaq TV" ideyası normal olardı, fəqət "farsdilli dövlətlər TV-si" özlüyündə qəribə səslənir. Bir halda ki, Tacikistan əhalisinin az qala yarısı - özbək, Əfqanıstan əhalisinin az qala yarısı türklər (özbək, türkmən, qazax, qırğız, qarabağlı, türk-monqol mənşəli - xəzəreylər və s.) təşkil edir. İrana gəldikdə, bu ölkənin "farsdilli dövlət" kimi təqdim edilməsi, ən azından bu ölkə əhalisinin az qala yarısını təşkil edən türklərə hörmətsizlik kimi qəbul olunmuşdur. Belə çıxır ki, bu TV layihəsinin xərcinin yarısı bu üç ölkənin türk vergi ödəyicilərinin hesabına olacaq. İran əhalisinin yarısını (qoy lap İran rəsmilərinin etiraf etdikləri rəqəmlə - 33 faizi olsun) təşkil edən türklərin isə ölkə daxili üçün bir TV-si yoxdur. Ölkə daxilində efirə çıxmayan, yalnız Azərbaycan Respublikasına ucuz təbliğat materialları üfürən "Səhər TV" bu hesabdan deyil...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Türkcə futbol açıqcası - cinayət
Təbrizin komandası fanatına həbsxanada işgəncələr

Mahnı oxumaq və xaricə getmək - yasaq
Yasaqlar ölkəsində yasaq olmayan nə qaldı?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər