Hal-hazırda Ayna qəzetinin 06.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 06.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Prezident Azərbaycan qadınlarını təbrik etdi
Şənbə, 06.03.2010

mətn ölçüsü  

Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik etdi. APA-nın məlumatına görə, təbrikdə bildirilir ki, xalqımızın milli varlığını müəyyən edən mədəni-mənəvi dəyərlərimizin, ana dilimizin, adət-ənənələrimizin qorunub saxlanması və bu günlərədək layiqincə yaşadılmasında Azərbaycan qadını misilsiz xidmətlər göstərib:

"O, müstəqil dövlətçiliyimizə və azərbaycançılıq məfkurəsinə sədaqət, müqəddəs vətənimizin suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı naminə gənclərimizin doğma yurda sonsuz məhəbbət ruhunda formalaşmaları yolunda var qüvvəsini sərf edir. Azərbaycanın qədim və zəngin tarixinin hər səhifəsində qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri var. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınlar sosial fəallıqlarını xeyli artıraraq elm və təhsil, səhiyyə və mədəniyyət sahələrində mühüm nailiyyətlər qazanıblar. Onlar suveren ölkəmizin dinamik inkişafını təmin edən bütün bu təqdirəlayiq fəaliyyətləri ilə milli dövlət quruculuğu işində öz istedad və bacarıqlarını müvəffəqiyyətlə gerçəkləşdirir, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edirlər. Ümidvaram ki, siz, Azərbaycan qadınları, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatının ən müxtəlif sahələrində bundan sonra da uğurla çalışacaq, davamlı yeniləşən ölkəmizin çiçəklənməsi naminə yeni-yeni töhfələr verəcəksiniz. Sizi, ölkəmizin bütün qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram. Bayramınız mübarək olsun!".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Sumqayıt və Aktau qardaş oldu

AŞ PA prezidentinin səlahiyyət müddəti artırıldı

Belarus Ermənistanı təcavüzkar ölkə saymır

Dağıstan: etnomafiyaların prezidentlik rəqabəti

Eks-prezidentlər haqqında qanun necə oldu?

Bölmənin digər xəbərləri
 
Ombudsman yenə Elmira Süleymanova oldu
Parlament səsverməsində 106 səs aldı, 7 nəfər onun əleyhinə səs verdi

Hərbi səneye müəssisələrinin açılışı olub
Prezident İlham Əliyev mərasimdə iştirak edib

Parlamentdə Elmar Hüseynovun qətlindən danışıldı
Mərhum jurnalist Elmar Hüseynovun qətlinin 5-ci ildönümündə millət vəkili İqbal Ağazadə bu məsələni parlamentdə bir daha qaldıracağına söz vermişdi.

Yerli telekanallar kəskin tənqid edilib
Bu tənqidlə razılaşmayanlar da var



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər