Hal-hazırda Ayna qəzetinin 06.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 06.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Yerli telekanallar kəskin tənqid edilib
Yerli telekanallar kəskin tənqid edilib
Bu tənqidlə razılaşmayanlar da var
Şənbə, 06.03.2010

S.Abbas mətn ölçüsü  

Dünən "Landmark" biznes mərkəzində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun "Azad Dalğalar" layihəsi çərçivəsində Azərbaycan teleradioyayım sahəsinin tənzimlənməsinə dair beynəlxalq konfrans keçirilib ("Turan").

Konfransda teleradio yayımı sahəsinin tənzimlənməsi, mövcud vəziyət və yanaşmalar, teleradio yayımının tənzimlənməsi üzrə qanunvericilik təşəbbüsləri, qanunvericilikdəki boşluqlar və təkliflər müzakirə olunub.

Layihənin koordinatoru Rəsul Cəfərov ümumrespublika telekanallarının monitorinqi üzrə nəticələrin xülasəsi haqqında məlumat verib. Ötən ilin may ayından başlayaraq, telekanallarda müvafiq siyasi fiqurlara ayrılmış vaxt çərçivəsində məlumatlar qiymətləndirilir, proqramlar təhlil edilir.

Telekanallar jurnalistlik vəzifələrindən ictimai hadisələrin tərəfsiz, obyektiv və ədalətli portretini yaratmaq üçün istifadə etmək əvəzinə, iqtidarı və daha çox prezident və onun ailəsini önə çəkmək məqsədilə hər bir məqamdan istifadə edirlər. İlham və Heydər Əliyevin şəkilləri aidiyyəti olmayan proqramlarda, süjetlərdə və reklamlarda göstərilir.

Publisist Mehriban Vəzir yerli telekanalların auditoriya baxımından vəziyyətinin kritik olduğunu bildirib. Onun sözlərinə görə, televiziya tamaşaçılarının əksəriyyəti xarici telekanallara baxmağa üstünlük verirlər. Regionlarda vəziyyət daha da ağırdır, belə ki, burada söz azadlığı və demokratiya yoxdur.

"Turan" Servisin direktoru Samir İsmayılov bildirib ki, ölkədə fəaliyyət göstərən yerli radioların verilişləri keyfiyyət və kəmiyyət baxımından çox aşağıdır. Əksər radioların veb səhifələri yoxdur.

Lakin İTV-nin ictimaiyyətlə əlaqələr departamentinin nümayəndəsi Tahir Məmmədov bu tənqidlərlə razılaşmayaraq, tənqidlərin çoxunun əsassız olduğunu qeyd edib. O bildirib ki, aparılan monitorinqin vahid üsulu yoxdur, qiymətləndirmələr isə emosional və subyektiv xarakter daşıyır.

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı qanunvericilikdə mövcud olan boşluqlar məsələsinə toxunub. O, AzTV-nin fəaliyyətini kəskin tənqidə məruz qoyub. Onun sözlərinə görə, bu TV qanunsuz fəaliyyət göstərir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Ümidvaram ki, bu radiolar yenidən FM-də yayımlanacaq"

Azad Rəhimov Yerevanda Azərbaycanın himninin səslənəcəyinə inanır

Azərbaycan heyətinin Ankarada mətbuat konfransı

Erməni vandalizmi - bəşər mədəniyyətinə təcavüzdür

Səttar xanın vəfatından 95 il ötdü

Bölmənin digər xəbərləri
 
Ombudsman yenə Elmira Süleymanova oldu
Parlament səsverməsində 106 səs aldı, 7 nəfər onun əleyhinə səs verdi

Hərbi səneye müəssisələrinin açılışı olub
Prezident İlham Əliyev mərasimdə iştirak edib

Parlamentdə Elmar Hüseynovun qətlindən danışıldı
Mərhum jurnalist Elmar Hüseynovun qətlinin 5-ci ildönümündə millət vəkili İqbal Ağazadə bu məsələni parlamentdə bir daha qaldıracağına söz vermişdi.

Prezident Azərbaycan qadınlarını təbrik etdi
Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik etdi.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər