Parlamentdə Elmar Hüseynovun qətlindən danışıldı
 |
Şənbə, 06.03.2010
|
|
Mərhum jurnalist Elmar Hüseynovun qətlinin 5-ci ildönümündə millət vəkili İqbal Ağazadə bu məsələni parlamentdə bir daha qaldıracağına söz vermişdi. Vədinə əməl edən deputat Milli Məclisin dünənki iclasında parlamentarilərin diqqətini bu məsələyə yönəltdi. Millət vəkili bildirdi ki, jurnalistin qətlindən 5 il keçməsinə baxmayaraq, hələ də qətlin motivi, nə də həbs olunanlar yoxdur. Bu da cəmiyyətdə narahatlıq yaradır. İqbal Ağazadə parlamentin bu məsələyə reaksiya verməsini vacib saydığını dedi.
Müxalifətçi deputat Pənah Hüseyn də onun fikrini dəstəklədiyini söylədi. Və Elmar Hüseynovun məsələsi ilə yanaşı, hazırda həbsdə olan qələm sahiblərinin azadlığa buraxılma tələbini də irəli sürdü.
|
|
|
Oxşar xəbərlər:
Ombudsman yenə Elmira Süleymanova oldu
|
|
|