Hal-hazırda Ayna qəzetinin 06.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 06.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Ombudsman yenə Elmira Süleymanova oldu
Ombudsman yenə Elmira Süleymanova oldu
Parlament səsverməsində 106 səs aldı, 7 nəfər onun əleyhinə səs verdi
Şənbə, 06.03.2010

Fərəh mətn ölçüsü  

Dünən Milli Məclis Azərbaycanın insan haqları üzrə müvəkkilini seçdi. Bu məsələ ilə bağlı səsvermədə gözlənilməz heç nə baş vermədi. Ombudsman yenə də Elmira Süleymanova seçildi. Onun təqdimatını aparan millət vəkili Əli Hüseynov ümumilikdə ölkəmizdə insan haqları üzrə müvəkkillik institutunun yaradılmasını çox mühüm hadisə adlandırdı: "Məhz Elmira Süleymanova təsisatının qurulmasında, fəaliyyətində beynəlxalq ictimaiyyətdə tanımasında böyük rol oynayıb".

Ombudsman yaşlı və müdrik olmalıdır

Qüdrət Həsənquliyev ombudsman vəzifəsinə yaşlı insanın seçilməsinə tərəfdar çıxır. O dedi:

"Ombudsman bəlkə də yeganə vəzifədir ki, bura müdrik, yaşlı insan təyin olunmalıdır. İnsan anadangəlmə qabiliyyətli ola bilər, çox işləyə bilər. Amma müdriklik insana yaşla gəlir". Deputat dedi ki, bu təklifi komitədəki müzakirələr zamanı səsləndirəndə ona qarşı çıxanlar olub: "Dedilər ki, mən cavanların qarşısını alıram. Halbuki bu fikri deyənlərin yaşı Elmira xanımdan bir yaş artıq, ya əskik olardı. Mən Elmira xanıma qarşı aparılan kampaniyanı ədalətsiz hesab edirəm".

Ad layihədə təsdiqlənmiş halda parlamentə gəlib

Pənah Hüseyn isə yenə də Milli Məclisin saxtakarlığa yol verdiyini açıqladı. Dedi ki, deputatlara paylanan qanun layihəsində ombudsmanlığa namizədlərin adları yox, Elmira Süleymanovaya səs verilməsi təklif olunur:

"Bu nə biabırçılıqdır? Niyə parlamentə belə sənəd gəlib çıxır? Niyə insan hüquqları sahəsində tanınmış şəxslər - Novella Cəfəroğlu, Arzu Abdullayeva, Leyla Yunus, heç olmasa Qənirə Paşayevanın adları bu siyahıya salınmayıb. Axı biz o biri namizədləri heç tanımırıq. Əslində bu rejim şəraitində kim olursa-olsun, lap Pənah Hüseyn də insan hüquqlarını tapdandığı bu şəraitdə heç nə edə bilməz".

Pənah Hüseyn sözlərinə əlavə etdi ki, ombudsman ilk növbədə vicdan məhbuslarını azad etməlidir, nazirlərdən çəkinməməlidir, onlara zəng edərkən əli əsməməlidir: "İnşallah, rejim dəyişəndə, belə müvəkkil də olar".

Oqtay Əsədov müxalifətçi həmkarına "İnşallah, sənin bu arzun ürəyində qalar" cavabını verdi. YAP-çı deputat Siyavuş Novruzov da qanun layihəsinin Prezident administrasiyasında deyil, komitədə müzakirə əsasında hazırlandığını söylədi. Bu anda Pənah Hüseyn dözmədi və yerindən qışqıraraq "heç kimi aldatmaq lazım deyil, bu, birbaşa prezidentin göndərdiyi sənəddir" deyərək mübahisəni daha da qızışdırdı.

Ara bir qədər sakitləşəndən sonra S.Novruzov çıxışına davam etdi və adları çəkilən hüquq müdafiəçilərini SADVAL təşkilatçılarını, erməni terrorçularını, erməni mənşəliləri, separatçıları dəstəkləyən adamlar adlandırdı: "Onlar qaçqınlar haqqında heç yana bir dənə də məktub göndərməyiblər. Belə adamlara qəti şəkildə səs vermək olmaz. MM o adama səs verir ki, o adam Azərbaycan vətəndaşının hüququnu qoruyub və bunun dəfələrlə şahidi olmuşuq".

Nəhayət, ombudsmanlığa namizədlərin adları bir-bir səsverməyə çıxarıldı. Səsvermədə iştirak edən deputatlardan 106 nəfəri E.Süleymanovanı dəstəklədi. 7 deputat onun əleyhinə səs verdi.

İclasdan sonra jurnalistlərə müsahibə verən E.Süleymanova indiyə qədər hər kəsin hüquqlarını müdafiə etdiyini bildirdi: "Bundan sonra da təsisatımızı təkmilləşdirəcək, önəmli işlər görməyə çalışacağıq".

Ombudsman bildirdi ki, hazırda Bakı İstintaq Təcridxanasında saxlanan "Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə baş çəkəcək. Qeyd edək ki, ombudsman vəzifəsinə namizədlər hazırkı ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanov idi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Gənclər barışıq təklif ediblər

"Minsk Qrupundan başqası yoxdur"

Əksər məktəblər qışa hazır deyil

Saxlanılan şəxsi döyən polislər cəzalandırılsın

Bir şəxs iki dəfə ombudsman ola bilər

Bölmənin digər xəbərləri
 
Hərbi səneye müəssisələrinin açılışı olub
Prezident İlham Əliyev mərasimdə iştirak edib

Parlamentdə Elmar Hüseynovun qətlindən danışıldı
Mərhum jurnalist Elmar Hüseynovun qətlinin 5-ci ildönümündə millət vəkili İqbal Ağazadə bu məsələni parlamentdə bir daha qaldıracağına söz vermişdi.

Yerli telekanallar kəskin tənqid edilib
Bu tənqidlə razılaşmayanlar da var

Prezident Azərbaycan qadınlarını təbrik etdi
Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik etdi.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"

"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"


Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları

Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları


Kremlin Quzey Qafqaz siyasəti dəyişir

Kremlin Quzey Qafqaz siyasəti dəyişir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər