Bir neçə gün əvvəl həbsxanadan sərbəst buraxılan Tarkan həbsdəki həyatından danışıb. Deyib ki, narkotikdən uzaqdır. Müğənni həbsdən çıxar-çıxmaz anasına baş çəkdiyini söyləyib. "Sərbəst buraxılan kimi anamın Kozyatağındakı evinə qaçdım. Nəzarətdə qaldığım müddətdə əsəblərimə hakim olub dözmüşdüm. Anama sarılıb, xeyli ağladım", - deyə sənətçi bildirib. Tarkan qeyd edib ki, ailəsi başına gələn hadisədən çox təsirlənib: "Onları sakitləşdirmək mənim payıma düşdü. Əvvəllər ilin çox hissəsini Nyu-Yorkda keçirirdim. Artıq Amerikaya getməyəcəyəm. Qapalı yerdə qalmaqdan qorxduğum üçün məni adi otaqda saxlayırdılar. Yaşadıqlarımı hafizəmdən silmək üçün bu aralar psixatrımla tez-tez görüşəcəm. Tutularkən polislər mənə 29 sual verdi, amma bu sualların içində narkotiklə bağlı bir sətir də yox idi. Mən narkotik istifadə etmirəm".
Xatırladaq ki, ötən həftə Tarkan narkotika istifadəsi adı ilə türk polisləri tərəfindən həbs edilmişdi.
|