Türkiyə milli komandasının və "Qalatasaray" klubunun futbolçusu Səbri Sarıoğlunun nişanlısı Yağmur Yılmaz maraqlı açıqlama ilə çıxış edib. Türk mətbuatının yazdığına görə, hazırda İstanbul universitetlərinin birində tələbə olan Yağmur "Eurovision-2009" mahnı müsabiqəsində Türkiyəni və Azərbaycanı təmsil etmiş Hadisə ilə Aysel Teymurzadənin geyimlərini tənqid edib. "Eurovision" müsabiqəsi iştirakçıları arasında ən açıq-saçıq geyimdə oxuyanların Azərbaycan və Türkiyə təmsilçiləri olduqlarını necə dəyərləndirirsiniz?" sualını belə cavablandırıb: "Geyimlərin açıq-saçıq olub-olmaması önəmli deyil. 2003-cü ildə həmin müsabiqədə Sərtab Ərənər Türkiyəni təmsil edərək qələbə qazanarkən, hamını səs və şou sayəsində qabaqladığını bütün dünya gördü. Bu zaman hətta qonşu ölkələrin bir-birinə səs göndərmələrinin də xeyri olmadı". Səbrinin nişanlısı bildirib ki, Hadisə və Ayselin açıq-saçıq paltarlarını heç bir halda əyninə geyməzdi: "Hətta üstündə pul versələr də, onların geydikləri geyimləri əsla geyinməzdim". Qeyd edək ki, Səbri Sarıoğlu və Yağmur Yılmaz 5 il öncə tanış olublar. Onların toyu apreldə olacaq.
|