Hal-hazırda Ayna qəzetinin 06.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 06.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Qadinlara hədiyyə yağişi
Qadinlara hədiyyə yağişi
Onlar nə şəkildə qiymətləndiriləcəklər
Şənbə, 06.03.2010

Şəms mətn ölçüsü  

İki gündən sonra qadınlar 8 Mart bayramını qeyd edəcəklər. Həmin gün onlara bayramın simvolu olan hədiyyələr təqdim ediləcək. Lakin xüsusi gündə qadınlar sevdikləri hədiyyələrə sahib olmaq istəyər. Bu səbəbdən də kişilər onların zövqünü nəzərə almalı, pulları bu yöndə xərcləməlidir. Qəzetimiz adından bəzi sənətçi xanımlarla əlaqə yaradıb, onların ən çox hansı hədiyyələri gözlədiklərini öyrəndik.

Xalq artisti Həmidə Ömərova bayram günü hədiyyədən daha çox diqqətə ehtiyac gördüyünü bildirdi:

"Belə günə xanımlara adətən gül, ətir, yaxud da ziynət əşyası alırlar. Amma gül bir neçə gündən sonra solur, ətir nə vaxtsa qurtarır. Ziynət əşyası da nə vaxtsa itə, yaxud oğurlana bilər. Amma diqqət heç vaxt yox olub getmir. Mən belə gündə özümə əziz bildiyim insanlardan yalnız diqqət gözləyirəm".

Xalq artisti, bəstəkar Şəfiqə Axundova da bu gün hədiyyədən daha çox diqqətə ehtiyacı olduğunu bildirdi. O vurğuladı ki, hətta bir quru telefon zəngi də onun əhvalını yaxşı edə bilər. Səhhəti ilə bağlı problemlər yaşayan Şərqin ilk qadın bəstəkarı çox az hallarda xatırlandığını bildirdi:

"Ümid edirəm ki, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Elza Seyidcahan adi günlərdə olduğu kimi, bayramda da məni yad edərlər. Qalan sənətçilərdən diqqət gözləmirəm".

Bəstəkar xanım cavanlığında qadınlar bayramında ən çox sevdiyi hədiyyənin qızıl güllər olduğunu bildirdi və dedi ki, bunu indi də gözləyir. Amma kimdən, onu bilmir.

Əməkdar artist Gülyanaq Məmmədova bayram günündə ilk hədiyyəsinin həyat yoldaşından gözlədiyini dedi. Vurğuladı ki, onun zövqünü oxşayan ən gözəl hədiyyə ətirdir. Lakin müğənni şirin qoxuları sevmədiyindən həyat yoldaşının diqqətli olacağına ümid etdi:

"Eyni zamanda iş yoldaşlarımın da məni təbrik edəcəyinə inanıram.

REKLAM

Çünki hər bir bayramda, xüsusi ilə qadınlar günündə bizi diqqətdən kənarda qoymayıb, bunu hədiyyə ilə qiymətləndiriblər. Amma mən kişilərin çox xərcə düşməsinin əleyhinəyəm. Çünki inflyasiya dövrü olduğundan kiminsə buna maddi imkanı çata bilməz".

Xalq artisti İlhamə Quliyevanın ən çox sevdiyi hədiyyə ziynət əşyalarıdır. O, yaxın dostlarından ətir, çiçək, suvenirlərdən daha çox ziynət əşyası aldığını söylədi:

"Mənə yaxın olan insanlar da yaxşı bilirlər ki, mən ziynət əşyasını çox sevirəm. Ona görə də çox uzağa getmədən mənə sevdiyim hədiyyəni bağışlayırlar. Onu da qeyd edim ki, bunu tək 8 Mart deyil, bütün bayramlarda alıram".

Müğənni İradə İbrahimova isə deyir ki, onun üçün hədiyyənin böyüyü-kiçiyi yoxdur. Kiçik bir diqqət də müğənninin bayram günündə könlünü xoş edə bilər:

"Ümid edirəm ki, ilk hədiyyəmi həyat yoldaşım Ceyhundan alacam. Bir məqamı da vurğulayım ki, iki gün əvvəl həyat yoldaşımla birlikdə Bakıya gəlmişik. Türkiyədə bu bayram geniş qeyd olunmadığından Ceyhun qaynanasını, baldızlarını burada təbrik edəcək. Eyni zamanda biz bayram günü Türkiyəyə telefon açaraq həm onun anasını, həm də yenicə ana olan baldızımı təbrik edəcəyik. Hədiyyələrini isə artıq Bakıya gəlmədən öncə təqdim etmişik".

Bu günlərdə Türkiyədə səfərdə olan xalq artisti Aygün Kazımova artıq bir neçə hədiyyələrlə qayıtdığını bildirdi. Orada xeyir işdə iştirak edən müğənni aldığı hədiyyələrin nədən ibarət olduğunu açıqlamaq istəmədi. Bayram günündə isə ilk alacağı hədiyyənin həmişə olduğu kimi, Namiq Qaraçuxurlu tərəfindən veriləcəyini bildirdi. Müğənni deyir ki, Namiq eyni diqqəti onunla birlikdə qızı İlqarə üçün də göstərir.

Müğənni Lalə Məmmədova bütün bayram günlərində həm həyat yoldaşı, həm də yaxınları tərəfindən diqqət mərkəzində olduğunu bildirdi. Onun ən çox sevdiyi hədiyyə isə ətirlərdir. Bunu bilən həyat yoldaşının müğənninin bu istəyinə biganə qalmayacağını öyrəndik.

Son aylar dünyada baş alıb gedən inflyasiyanı nəzərə alan Röya qadınlara kişiləri sıxışdırmamağı məsləhət gördü:

"Böhran olduğu üçün xanımlardan kişilərini çox sıxışdırmamağı məsləhət görürəm. Həyat yoldaşınız nə alırsa, ona da qane olun. Yoxsa, ümumiyyətlə, hədiyyəsiz qalarsınız".

Buna baxmayaraq, müğənni bayram günündə hədiyyəsinin nəinki həyat yoldaşından, qayınlarından, qardaşlarından və yaxın bildiyi adamlardan gözlədiyini vurğuladı.

Əməkdar artist Mehriban Xanlarova artıq bayram hədiyyəsini aldığını söylədi:

"Bu günlərdə qızım mənə ana olacağı xəbərini bildirib. Bundan gözəl hədiyyə təsəvvür edə bilmirəm. Çox sevindim və ümid edirəm ki, bu sevinc uzun zaman məni müşayiət edəcək".

Aktrisa eyni zamanda vurğuladı ki, bayram günlərində hədiyyə almağı çox sevir. "Bahalı və ucuz olmasından asılı olmayaraq hədiyyə diqqət deməkdir. Mən bu diqqəti yaxınlarımdan gözləyirəm", - deyə aktrisa qeyd etdi.

Müğənni Elza Seyidcahan üçün də hədiyyənin böyüyü-kiçiyi yoxdur. Müğənni ona verilən bütun hədiyyələrlə, hətta adi bir telefon təbriki ilə də qane olacağını bildirdi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Hədiyyə bağlamaları təhlükəli ola bilər

Bölmənin digər xəbərləri
 
"Eurovision" təmsilçimiz bu gün Ukraynaya yola düşür
Sənətçi orada kurs keçəcək

Günəş Abbasova bu dəfə də uduzdu
"Eurovision" namizədi ola bilmədi

İbrahim Tatlısəs səsini itirə bilərdi
Ağır bronxit diaqnozu ilə müalicə olunur

"Bu şəhərdə"nin yeni hədəfləri
Müşfiq Abbasov onların adlarını açıqladı

"Yaprak dökümü"nün Neclası yeni sevgili tapıb
Serialdakı tərəf-müqabili ilə birlikdədir

"Aysel Teymurzadənin geyimini əsla geyinmərəm"
Məşhur futbolçunun nişanlısı "Eurovision" iştirakçımız barədə belə deyib

"Anama sarılıb, xeyli ağladım"
Tarkan həbsdən çıxan kimi anasını görməyə gedib

Ülvi Qılınc Flora Kərimova ilə duet oxuyur
Müğənni "İnanıram ki, İlhamə xanım bu xəbəri normal qarşılayacaq" dedi

Xatirə İslam "Leyli və Məcnun"u mahnıda yaşadır
Onun konsert layihəsi yenidən gündəmdə



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər