çap et  
"Yaprak dökümü"nün Neclası yeni sevgili tapıb
"Yaprak dökümü"nün Neclası yeni sevgili tapıb
Serialdakı tərəf-müqabili ilə birlikdədir
Şənbə, 06.03.2010

Zəminə Rüstəmova

Türkiyənin "Yaprak dökümü" serialının Neclası Fəxriyyə Evcenin müğənni Özcan Dənizdən ayrılması bir aydan artıq çəkməyib. Türk mətbuatının yazdığına görə, aktrisa artıq özünə yeni sevgili tapıb. Xəbərdə qeyd olunur ki, Fəxriyyə Evcen elə həmin serialda onun tərəf-müqabili Ali Sarperi oynayan Barış Bağcı ilə isti münasibətdədir. Lakin onlar sevgi münasibətlərini hələ ki sirr olaraq saxlayırlar.

Türk mətbuatının xəbərinə görə, Evcen illərdir arzusunda olduğu evi nəhayət bu günlərdə alıb. 400 min dollara alınan bu villa dəniz mənzərəsi ilə seçilir. Evə köçən zaman aktrisanın ən yaxın köməkçisi sevgilisi Barış Bağcı olub. Köşkün bütün dekorasiya işlərini də cütlük birgə həyata keçirir.