Aramsız öskürəkdən əziyyət çəkən İbrahim Tatlısəs həkimə müraciət edib. Türkiyə mətbuatının yazdığına görə, İbrahim Tatlısəsi müayinə edən həkimlər ağır bronxit diaqnozu qoyublar. O, Memorial Xəstəxanasına yerləşdirilib və beş gün müalicə olunur. Xəstəxana rəhbərliyi sənətçiyə xəstəxananın 10-cu mərtəbəsində, VİP otaqların birində qalmağı təklif edib. Ancaq Tatlısəs VİP otaqda qalmaq üçün bir günə 830 TL ödəməyin lazım gəldiyini biləndən sonra bundan imtina edib. "Qulluq eynidirsə, niyə otağa bu qədər pul ödəyim", deyərək adi otaqlardan birində qalmaq istədiyini bildirib. Adi otaqlardan birində müalicə kursu keçən İ.Tatlısəsin həkimə vaxtında müraciət etdiyi bildirilib. Həkimlərin sözlərinə görə, məşhur sənətçi müalicəyə gec başlasaydı, xəstəliyi ilə bağlı olaraq səsini itirə bilərdi. İbrahim Tatlısəsin xəstəliyi üzündən bir neçə gün əvvəl Özbəkistanda verəcəyi konserti aprel ayının 4-nə qədər təxirə düşüb.