Hal-hazırda Ayna qəzetinin 06.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 06.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Qardaşını öldürüb arvadına sahib çıxdı
Qardaşını öldürüb arvadına sahib çıxdı
Bir dəhşətli cinayətin sarsıdıcı təfsilatları
Şənbə, 06.03.2010

Hacı Zeynalov mətn ölçüsü  

Oxuculara təqdim etdiyimiz bu cinayət olayı dəhşətli ailə dramından bəhs edir. Goranboy rayonunda qardaş qardaşını öldürüb ayaqyoluna atıb, sonra isə heç nə olmayıbmış kimi həmin evdə onun arvadı ilə birgə yaşayıb. Bu dəhşətli olayın üstü açılanda ölkə şoka düşmüşdü. İndi həmin rəzil cinayətin təfsilatlarına keçək.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bu cinayəti törədən Alcanov Hurlanın məhkəmə istintaqı başa çatıb. Hurlan Alcanov doğma qardaşını qətlə yetirməkdə ittiham olunur.

Məhkəmə müəyyən edib ki, təqsirləndirilənin qardaşı Ruslan Alcanov öz həyat yoldaşını Hurlan Alcanova qısqanıb. Bu səbəbdən də iki qardaş arasında narazılıq və dava-dalaş yaranıb. Arvadını qardaşına qısqanan Ruslan Hurlandan ata evini həmişəlik tərk etməyi tələb edib. Hurlansa ailə daxilində yaranmış söz-söhbətlərə birdəfəlik son qoymaq qərarına gəlib.

Növbəti dava-dalaş zamanı qardaşı tərəfindən əzişdirilən Hurlan baltayla onun baş nahiyəsindən zərbə endirib. Zərbənin təsirindən Ruslan hadisə yerindəcə dünyasını dəyişib. Qardaşını qətlə yetirən qardaş cinayətin izini itirmək məqsədi ilə meyiti həyətdəki ayaqyoluna atıb və üstünü torpaqlayıb. Sonra isə qardaşı arvadını evə gətirərək, həbs olunan günə qədər onunla qeyri-rəsmi ər-arvad kimi yaşayıb.

Məhkəmədə dindirilən Hurlan Alcanov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində təsdiq edib ki, qardaşı Ruslan həyat yoldaşını ona qısqanırmış: "Hərbi xidmətdən 2007-ci ilin yanvar ayında qayıtmışam. Həmin vaxtdan da qardaşım Ruslan, onun həyat yoldaşı Sahibə ilə bir evdə yaşamışam. Qardaşım arvadını mənə qısqanırdı. Bu səbəbdən də qardaşımla münasibətimiz pozulmuşdu, tez-tez aramızda narazılıq baş verirdi.

REKLAM

2008-ci il fevral ayının sonlarında Ruslan arvadını və azyaşlı qızını özü ilə apararaq Gəncə şəhərində yaşayan qayınanası Aləmzər Əliyevanın evində saxlayırdı".

"Sənin mənim ailəmlə bir evdə yaşamağın mümkün deyil"

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2008-ci il martın 5-də qardaşı ilə aralarında söz-söhbət düşüb: "Yaranmış söz-söhbət sonda dava-dalaşla nəticələndi. Ruslan mənə başa salmağa çalışırdı ki, sənin mənim ailəmlə bir yerdə yaşamağın mümkün deyil. O məndən tələb edirdi ki, evi tərk edib başqa yerə köçüm. Mən isə Ruslanın dedikləri ilə razılaşmaq istəmirdim. Ruslan fiziki cəhətdən məndən güclü olduğundan hətta tez-tez məni döyürdü də. Bu dəfə də Ruslan məni döyməyə başladı.

"Qardaşımı öldürüb, meyitini gizlətdim"

Hurlan Alcanov bildirib ki, döyülməsinə dözməyib və balta ilə onun başından vurub. Onun sözlərinə görə, zərbənin təsirindən qardaşının keçinməsini görüb və özünü itirib: "Nə edəcəyimi bilmirdim. Əvvəlcə qorxdum. Sonra isə cinayətin izini itirmək məqsədi ilə meyiti sürüyüb həyətin ortasına apardım və həyətdəki ayaqyoluna atdım. Onun qanlı paltarlarını, yataq ləvazimatını da ayaqyoluna tulladım. Sonra isə üstünü torpaqla örtüb basdırdım. Evdə olan qan izlərini yuyub təmizlədim. Hadisənin səhərisi günü qardaşım arvadı Sahibəyə telefon açaraq Ruslanın işləmək məqsədi ilə Bakı şəhərinə getdiyini bildirdim. Sahibəyə dedim ki, qızını da götür, evə gəl. Qardaşımı öldürdüyümü Sahibədən gizlətdim. Onu öz arvadım kimi saxlayacağımı vəd etdim. 15 may 2009-cu ilə kimi Sahibə ilə faktik ər-arvad kimi yaşamışam".

"Ərim mütəmadi olaraq qardaşını döyür, qazandığı pulları zorla tutub onun əlindən alırdı"

Zərərçəkmiş şəxs qismində dindirilən Sahibə Qurbanova da (mərhumun arvadı) məhkəmədə ifadə verib. O, baş vermiş cinayət hadisəsini belə izah edib: "Hurlan meyvə yeşikləri düzəltməklə bərabər, ev təmiri ilə məşğul olurdu. Ruslan qayıdandan təxminən bir ay sonra iki qardaş arasında mübahisə baş verdi. Ümumiyətlə, onların arasında tez-tez dava-dalaş olurdu. Ruslan idmanla məşğul olduğu üçün fiziki cəhətdən Hurlandan güclü idi. O, tez-tez Hurlanı döyür, qazandığı pulları zorla tutub əlindən alırdı.

2007-ci ilin axırlarında Ruslan işləmək üçün Bakıya getmişdi. Bakıda bir ay qaldıqdan sonra bir qədər pul qazanıb evə gətirdi. Həmin puldan evimizə televizor da almışdı. 2008-ci il fevral ayının axırında qızımın müalicəsi ilə əlaqədar ərim məni Gəncə şəhərinə - anamın evinə apardı. Martın 5-də Ruslan günorta vaxtı Gəncəyə - anamgilə gəldi. Mənə təklif etdi ki, onunla birlikdə Dəliməmmədliyə gedim. Amma sonra belə razılaşdıq ki, pul tapandan sonra gəlib bizi aparsın. Həmin gün gecə saat təxminən 23-24 radələrində Ruslan anamın mobil telefonuna zəng vuraraq bizi ertəsi gün gəlib aparacağını söylədi".

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Hurlan Alcanov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Psixoloqlar törədilən bütün qanlı əməllərin kökünü üç əsas amildə görürlər: uşaq yaşlarında və yeniyetməlik dövrlərində keçirilən stressin təsirində, aclıq və ya qorxu instinktinin və bir də axmaq irsin təsirində.

Deyilənlərə görə, Hurlanın uşaqlığı və yeniyetməliyi o qədər də yaxşı keçməyib. O, atasız böyüyüb, anası intihar edib, bacıları isə indiyə qədər uşaq evindədir...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Meşə qardaşları" dini baxışlarına görə ittiham olunduqlarını iddia edir

Ərini qətlə yetirən qadın məhkum edildi

"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir

Ata-anasını görmək istədi...Əri boğazına bıçaq çəkdi

İtkin düşənin qaranlıq taleyi

Bölmənin digər xəbərləri
 
Kiçik çavuş zorlama cinayətini etiraf etmir
Zərərçəkmiş əsgər isə açıb hər şeyi danışıb

Məktəbli hesabını bıçaqla çürütdü
və 8 il iş aldı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər