Hal-hazırda Ayna qəzetinin 06.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 06.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Kiçik çavuş zorlama cinayətini etiraf etmir
Kiçik çavuş zorlama cinayətini etiraf etmir
Zərərçəkmiş əsgər isə açıb hər şeyi danışıb
Şənbə, 06.03.2010

Hacı Zeynalov mətn ölçüsü  

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin kiçik çavuşu Arif Qurbanov əsgərlərə işgəncə verməkdə və zorlamada təqsirli bilinir. Bu cinayət işi üzrə qapalı məhkəmə prosesi başlayıb. Cinayət işinin mənəvi ağırlığını nəzərə alaraq, adı zərərçəkmiş kimi keçən hərbi qulluqçuların ad və soyadlarının baş hərfləri göstərilib.

İttihama görə, Arif Qurbanov "N" saylı hərbi hissənin 2-ci taborunun taqım komandiri vəzifəsində xidmətdə olarkən dağ kəndlərindən birində yerləşən postda olanda tabeliyində olan əsgər S. M-ovu növbə qaydalarını pozaraq yerdə oturmasına görə danlayıb. O, daha sonra həmin əsgəri döyərək, ona işgəncə verib.

Bundan sonra Arif Qurbanov növbəti gün S. M-ovu yanına çağıraraq, ötən gün postda olarkən nizamnaməni pozduğunu deyərək, hadisə barədə komandanlığa məruzə edəcəyini, sonuncunu "tutduracağı" ilə hədələyib. O, baş vermiş hadisə barədə komandanlığa müraciət etməməsi üçün əsgərlə cinsi əlaqədə olmağı təklif edib. Lakin əsgər taqım komandirinin təklifi ilə razılaşmayıb. Kiçik cavuş bu zaman əsgəri yumruq və şillə ilə vuraraq, onun müqavimətini sındırıb. O, əsgərin paltarını soyunduraraq, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Bundan əlavə, o yenə də S. M-ovla cinsi əlaqədə olmaq məqsədilə 2009-cu il avqustun ortalarında onu yenə yanına çağıraraq, hədə-qorxu gəlib. O, postda yatmasını əsas gətirərək, komandanlığa məruzə edəcəyi hədə-qorxusu gəlib, eyni zamanda onunla cinsi əlaqədə olması barədə əsgərlər arasında rüsvayedici məlumatlar yayacağı hədəsini gələrək, S. M-ovla təkrar cinsi əlaqədə olmaq istədiyini bildirib. O, bu hədələri ilə S. M-ovla təkrar cinsi əlaqədə olub.

Arif Qurbanov avqustun 30-da günorta saatlarında paltar yumaq üçün nəzərdə tutulmuş qazmada S.

REKLAM

M-ovun olmasından istifadə edərək, onun bədəninin arxa nahiyəsində olan yaraların vəziyyəti ilə maraqlanıb və onun şalvarını aşağı çəkərək, yaralara baxıb. O, əsgərin arxa nahiyəsində olan yaralara dərman vurmaq istədiyini bəhanə edərək, qəflətən onu zorlayıb.

Daha sonra Arif Qurbanov tabeliyində olan əsgər S. M-ov ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu görmüş taqım komandiri, leytenant E. B-ovun həmin faktı yuxarı komandanlığa məruzə etməsini, yuxarı komandanlığın onun barəsində cinayət işi başlanması barədə qərar qəbul etməsindən əsəbləşərək, qisas almaq məqsədilə taqım komandirini öldürmək qərarına gəlib. O özündə olan silahdan istifadə edərək, leytenantı öldürməklə hədələyib. Lakin onun qarşısını orada olan digər zabitlər alaraq, Arif Qurbanovun ağır cinayət törətməsinin qarşısını alıblar.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Arif Qurbanov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 2009-cu ilin sentyabrında taqımda patron çatışmazlığı ilə bağlı araşdırma aparıldığını bildirilərək, qərərgaha çağırılıb. Onun sözlərinə görə, qərərgahda ondan izahat alınaraq, əsgər S. M-ovla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu deyiblər: "Mən bunun həqiqət olmadığını bildirdim. Hadisəni taqım komandirinin gördüyünü dedilər, həmin vaxtdan da barəmdə cinayət işinin başlandığını bildirdilər".

Təqsirləndirilən deyib ki, leytenant tərəfdən şərlənib və bu məqsədlə sentyabrın 5-də leytenantı öldürmək qərarına gəlib. Lakin iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilmədiyini qeyd edib.

Zərərçəkmiş əsgər ifadəsində qeyd edib ki, postda olarkən Arif Qurbanov onu tutub. Onun sözlərinə görə, postda yatdığı üçün danlayıb, tutdurmaqla hədələyib. Zərərçəkmiş qeyd edib ki, Qurbanov onun postda yatmasını komandanlığa məruzə edəcəyi, bununla da onu tutduracağı hədə-qorxusunu gəlib:

"Lakin onunla cinsi əlaqədə olduğum halda, postda yatmağım barədə heç kimə deməyəcəyini bildirdi. Mən isə onun bu təklifi ilə razılaşmadım. Arif Qurbanov məni döyərək, müqavimətimi sındırdı. Daha sonra şalvarımı aşağı çəkərək, mənimlə cinsi əlaqədə oldu. O, cinsi əlaqədə olandan sonra məni döymədi. Lakin mənimlə cinsi əlaqədə olmağım barədə heç kimə deməməyi tapşırdı".

Zərərçəkmiş qeyd edib ki, Arif Qurbanov bir neçə gün sonra yenidən onunla hədə-qorxu yolu ilə cinsi əlaqədə olub: "Arif mənimlə cinsi əlaqədə olması barədə əsgərlər arasında rüsvayedici məlumatlar yayacağı ilə hədələdi. Məni biabır edəcəyini deyərək, 15-20 dəfə sinəmdən və bədənimin müxtəlif nahiyələrindən vurdu. Arif Qurbanovun manyak kimi çox əsəbi olduğunu və qorxumdan onunla cinsi əlaqədə olmağıma razılıq verdim. O da mənimlə cinsi əlaqədə oldu".

Zərərzəkmiş qeyd edib ki, sonuncu dəfə hamamda və paltar yumaq üçün nəzərdə tutulan otaqda olarkən Arif Qurbanov onu arxadan tutaraq, zorlamağa cəhd edib. Lakin komandirin otağa daxil olaraq, onları bir yerdə gördüyünü bildirib: "Mən isə komandirə yalvardım ki, bizi belə vəziyyətdə görməsini heç kimə deməsin. Lakin komandir bizi bölüyə apararaq, hər şeyi yuxarı komandanlığa danışdı".

Hazırda bu qalmaqallı cinayət işi üzrə məhkəmə araşdırması davam edir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Məhkəmə seksual manyakı qətlə yetirənləri təqsirli çıxardı

Qoçaq Əsgərov Alim Qasımovun rekordunu təzələdi

Sürücünün başını kəsdi, meyiti yandırdı, qadını zorladı...

Bir əsgər minaya düşüb, digəri qayadan yıxılıb

Keçmiş məhbus başına gətiriləni açıb danışıb

Bölmənin digər xəbərləri
 
Qardaşını öldürüb arvadına sahib çıxdı
Bir dəhşətli cinayətin sarsıdıcı təfsilatları

Məktəbli hesabını bıçaqla çürütdü
və 8 il iş aldı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər