Hal-hazırda Ayna qəzetinin 06.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 06.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Broylerlər hələ də kritik durumda
Broylerlər hələ də kritik durumda
Şənbə, 06.03.2010

mətn ölçüsü  

Quşçuluq fabriklərində böhran vəziyyəti davam edir. Quşçuluq cəmiyyətinin sədri Aydın Vəliyevin bildirdiyinə görə, müəssisələr tam gücü ilə işləyə bilmir. Maya dəyərinin istehsaldan yuxarı olması quşçuluq fabriklərini çıxılmaz vəziyyətdə qoyur. Aydın Vəliyevin sözlərinə görə, quşçuluqda istifadə olunan bütün məhsullar xaricdən gətirilir. İqtisadi böhranla əlaqədar olaraq isə, gətirilən quş yemləri üçün əlavə dəyər vergisinin ləğvi məsələsi gündəmdən çıxıb.

Söhbət əsnasında öyrəndik ki, yerli istehsalın satışında da problemlər var. Belə ki, yerli məhsul nisbətən baha olduğundan xaricdən gələn toyuq əti yerli malı sıxışdırır. Ötən il ölkənin quşçuluq fabriklərində 31 min tona yaxın quş əti, 800 milyon ədəd isə yumurta istehsal olunub.

Quşçuluq fabriklərində genetik modifikasiya olunmuş məhsullardan istifadə olunması iddialarına gəlincə, Aydın Vəliyev quşçuluq fabriklərində ancaq təbii qidalardan istifadə olunduğunu deyir:

"Toyuq əti 19 günə yox, 35 günə yetişdirilir. Bu da intensiv yemləmə hesabına başa gəlir. Toyuqlar 1,300 kq olanda onlar kəsilir. İranda, Türkiyədə bu çəkidə toyuqlar kəsilmir. Onlarda toyuq azı 2 kq çəkidə olmalıdır".

Aydın Vəliyev bildirdi ki, damazlıq yumurta da əsasən xaricdən - Hollandiya, Türkiyə, İran və digər ölkələrdən gətirilir. Damazlıq yumurtanın orta qiyməti isə 50-60 qəpik təşkil edir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Zöhrab İsmayılov: "Əsas valyuta kimi dollar qalsın..."
Ona görə ki, neftin satışı dollarla aparılır

4 milyard 219 milyon pul hara xərclənib?
Səmərəsizlik göz önündədir

Problemli kreditlərin həcmi artır
Son zamanlar problemli kreditlərlə bağlı məhkəmə çəkişmələri intensivləşib.

Qiymətlər bahalaşacaq
Novruz bayramı ərəfəsində gündəlik tələbat mallarının, Novruz şirniyyatlarını hazırlamaq üçün lazım olan ərzaqların qiymət artımı gözlənilir.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər