Hal-hazırda Ayna qəzetinin 06.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 06.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Qiymətlər bahalaşacaq
Qiymətlər bahalaşacaq
Şənbə, 06.03.2010

mətn ölçüsü  

Novruz bayramı ərəfəsində gündəlik tələbat mallarının, Novruz şirniyyatlarını hazırlamaq üçün lazım olan ərzaqların qiymət artımı gözlənilir. Gözlənilir deyəndə ki, prosesin artıq başladığını bazarlara üz tutanlar yaxşı bilirlər. Əslində bahalığın kökündə süni amillər dayansa da, əhali baş verənləri təəccüblə qarşılamır. Çünki hər il bütün bayramlarda eyni hadisələrin şahidi olur. Müvafiq dövlət qurumları süni qiymət artımı ilə mübarizə apardığını bəyan etsə də, həqiqət göz qabağındadır.

İqtisadçı ekspert Zahir Abdullayev baş verənlərə fərqli münasibət sərgiləyir. Onun sözlərinə görə, bayram ərəfəsində baş verən artımın iqtisadi əsası var:

"Bayramla əlaqədar olaraq gündəlik tələbat mallarında qiymət artımı təbiidir. Çünki bu zaman həmin mallara olan tələbat artır ki, bu da satıcılar tərəfindən qiymətlərin artırılacağını təxmin etməyə əsas verir. Əslində bu qiymət artımını süni artım kimi qəbul etmək düzgün olmazdı. Çünki bu zaman iqtisadiyyatın fundamental əsasını təşkil edən tələb-təklifin çoxalması məsələsi ortaya çıxır ki, qiymət artımı da məhz bu asılılıqdan irəli gəlir".

Ekspertin fikrincə, bayramqabağı qiymət artımının qarşısını köklü şəkildə almaq qeyri-mümkündür. Bu məqsədlə təşkil edilən yarmarkalar qiymət artımının qarşısını yalnız müəyyən qədər ala bilər. Ancaq bu tədbir də kifayət etmir ki, qiymətlər əvvəlki səviyyədə qalsın.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Zöhrab İsmayılov: "Əsas valyuta kimi dollar qalsın..."
Ona görə ki, neftin satışı dollarla aparılır

4 milyard 219 milyon pul hara xərclənib?
Səmərəsizlik göz önündədir

Problemli kreditlərin həcmi artır
Son zamanlar problemli kreditlərlə bağlı məhkəmə çəkişmələri intensivləşib.

Broylerlər hələ də kritik durumda
Quşçuluq fabriklərində böhran vəziyyəti davam edir.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"

"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"


Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları

Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları


Kremlin Quzey Qafqaz siyasəti dəyişir

Kremlin Quzey Qafqaz siyasəti dəyişir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər