Problemli kreditlərin həcmi artır
 |
Şənbə, 06.03.2010
|
|
mətn ölçüsü |
|
|
|
Son zamanlar problemli kreditlərlə bağlı məhkəmə çəkişmələri intensivləşib. Problemli kreditlər banklar üçün ciddi problemə çevrilir. Bu tendensiya bank sistemində qohumluq, tanışlıq kimi münasibətlərin qabarıq olmasından xəbər verir.
İqtisadçı ekspert Qadir İbrahimlinin sözlərinə görə, problemli kreditlərin həcminin artmasında müştərilər qədər bankların da rolu böyükdür. Çünki problemli kreditlərin həcminin artması bank sektorundakı qüsurlardan xəbər verir:
"Bu da onunla əlaqədardır ki, bir çox hallarda banklar müştərinin işgüzar keyfiyyətlərini araşdırmadan kredit verirlər. Burada qohumluq, tanışlıq, şəxsi münasibətlər daha qabarıq olur. Banklar fərdin krediti qaytarma imkanlarının olub-olmadığını ciddi araşdırmır".
Ekspert özəl banklarda "şapka" sisteminin mövcudluğunu qeyd edərək bunun problemin yaranmasında mühüm rol oynadığını bildirib: "Təəssüflər olsun ki, bir çox banklarda "şapka" sistemi hələ də qalmaqdadır. Bunun nəticəsində kreditin faizi rəsmi rəqəmlərdə göstərildiyindən 2 dəfə çox olur". Q.İbrahimli problemin aradan qaldırılma yollarına toxundu. Bildirdi ki, bunun üçün banklar öz idarəetmə sistemində kreditin verilmə və qaytarılma şərtlərinə yenidən baxmalıdırlar.
|
|
|
|
|
|
|