Hal-hazırda Ayna qəzetinin 06.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 06.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Zöhrab İsmayılov: "Əsas valyuta kimi dollar qalsın..."
Zöhrab İsmayılov: "Əsas valyuta kimi dollar qalsın..."
Ona görə ki, neftin satışı dollarla aparılır
Şənbə, 06.03.2010

Aynurə Əhmədova mətn ölçüsü  

Davos iqtisadi forumunda qlobal maliyyə böhranının ikinci mərhələsində şirkətlər deyil, dövlətlərin müflis olacağı barədə fikirlər, proqnozlar səsləndirildi. Əslində bu, gözlənilən idi. Dövlətlər şirkətləri düşdüyü çətin vəziyyətdən çıxarmaq üçün büdcədən böyük məbləğdə vəsaitlər ayırdılar. Nəticədə dövlətlərin sosial öhdəlikləri, yükləri artdı.

Azərbaycan hökuməti 2008-ci ildə böhran başlayarkən ciddi və nizamlı tədbirlər həyata keçirməsə də, antiböhran konsepsiyası hazırlamasa da, müəyyən tədbirlər görüldü. Məsələn, Mərkəzi Bank yerli banklara xarici kreditlərini qaytarmaqda yardım etdi, uçot dərəcələrinin aşağı endirilməsi ilə bağlı bir neçə dəfə qərar qəbul edildi. İpoteka kreditləri vasitəsilə tikinti sektoruna yardım cəhdləri göstərildi. Vergi sistemində də müəyyən dəyişikliklər edildi.

İkinci qlobal böhran dalğası artıq başlayıb. Azərbaycanı, bizləri nə gözləyir? sualı 2008-ci ildən bəri aktual olaraq qalır. Azad İqtisadiyyata Yardım Fondunun sədri Zöhrab İsmayılov beynəlxalq aləmdə səslənən fikirləri "Ayna"ya müsahibəsində şərh etdi.

- Qənaətimcə, Davos iqtisadi forumunda səslənən fikirləri islahatlara çağırış kimi qəbul etmək lazımdır. "Artıq şirkətlər deyil, dövlətlər iflasa uğrayacaq" fikrinin əsası var. Ancaq bu o demək deyil ki, bir müddətdən sonra böhran başlayanda Davos forumunda səslənən fikirlərin həqiqətə nə qədər yaxın olduğu barədə düşünməliyik. Söhbət ondan gedir ki, bir çox ölkələrdə struktur islahatlarını hələ də aparmırlar. Sosial xərclərə vəsait ayıran, resurslardan asılı ölkələr - Azərbaycan, Qazaxıstan və ərəb ölkələri bu səslənən fikirləri xəbərdarlıq kimi qəbul etməlidir. Bu ölkələrin struktur islahatları aparması vacibdir.

Forumda deyilənlərdən ciddi nəticəni Rusiya çıxardı. RF Maliyyə Nazirliyi islahatlara çağırışlar etdi və hazırda bu ölkənin iqtisadi siyasətində dəyişiklik müşahidə edilir.

REKLAM

Həm dövlət şirkətlərinə edilən dotasiyaların məbləğinin azaldılması istiqamətində tədbirlər həyata keçirilir. Həmçinin təbii resurslardan asılılığı azaltmaq üzərində düşünülür.

- Başqa hansı ölkələr islahatlardan qaçır?

- Məsələn, Qazaxıstanda hökumət səviyyəsində müzakirələr aparılsa da, iqtisadiyyatın real sektorunda islahatların izi belə görünmədi. Qazaxıstan Azərbaycandan fərqli mövqe tutub. Bu ölkə istəyir ki, neftdən gələn gəlirləri çoxşaxəli iqtisadi inkişafa sərf etsin. Ancaq problem ondadır ki, səmərəlilik və rəqabətdə ciddi problemlər mövcuddur. İqtisadiyyatın şaxələnməsi naminə xərclənən pulların səmərəsi aşağıdır. Çünki ölkədə ciddi struktur islahatları aparılmır.

Avropa ölkələri arasında da sosial yükləri azaltmaq üçün islahatlar aparmayanları var.

Azərbaycanda da vəziyyət mürəkkəb olaraq qalır. Bizdə vəziyyət fərqlidir. Neft gəlirlərindən asılılıq var. Lakin neftin qiymətinin 70 dollar civarında sabitləşməsi problemləri arxa plana keçirdi. Əslində demək olar ki, ölkəmizdə hökumət 2008-ci il böhranının nəticələrinin aradan qaldırılması üçün heç bir iş görmədi. Fond bazarımız yoxdur. Valyuta bazarı da Mərkəzi Bankın nəzarətindədir. Elə bu səbəbdən 2008-ci ildə Azərbaycan dövləti 1 milyarddan çox vəsait itirdi. Mərkəzi Bank valyuta bazarının sabitləşməsinə 1,3 milyard dollar vəsait xərclədi. Valyuta məzənnələrinin dəyişmələrindən Dövlət Neft Fondu 600 milyon manatdan çox pul itirdi. Dövlət Neft Şirkətinin də itkiləri az olmadı.

Bəzən belə sözlər eşidirəm ki, ölkədə böhran olsaydı, təqaüdçülərin pensiyası, müəllimlərin maaşı kəsilərdi. Halbuki bizdə elə sektorlar var ki, məsələn, tikinti sahəsi böhranın təsirindən hələ də dirçələ bilməyib. Baxmayaraq ki, hökumət ipoteka ilə bu sektora yardım etməyə çalışırdı...

- Avropada təhlükə yoxdur?

- Bəlli olduğu kimi, 2008-2009-cu illərdə əsas proseslər Amerikada cərəyan etdi. İndi Amerika iqtisadiyyatı güclənir və növbə Avropanındır. Avropada sosial xərclər çoxdur və bu, problemlər yarada bilər. Məsələn, Yunanıstanda büdcə kəsiri yüksək həddə çatır. Yəni əslində "şirkətlər deyil, dövlətlər müflis olacaq" kəlməsi xəbərdarlıq formasını dəyişib. Bəzi Avropa ölkələrində bu proses başlayıb.

- Avronun məzənnəsinin aşağı düşməsinin də prosesdə rolu var?

- Əslində avronun kursunun aşağı düşməsi Avropanın işinə yarayacaq. Çünki bu zaman Avropa mallarının ixrac qiymətləri azalacaq.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2 - 3
Oxşar xəbərlər:

Cansun "flaqman"ı tərk etdi

Foqts daha 3 futbolçunu çağırdı

"Neftçi" özünə qapıçı tapdı

Neftin qiyməti hələ artacaq

İlhamə Quliyeva əməliyyat olunacaq

Bölmənin digər xəbərləri
 
4 milyard 219 milyon pul hara xərclənib?
Səmərəsizlik göz önündədir

Problemli kreditlərin həcmi artır
Son zamanlar problemli kreditlərlə bağlı məhkəmə çəkişmələri intensivləşib.

Qiymətlər bahalaşacaq
Novruz bayramı ərəfəsində gündəlik tələbat mallarının, Novruz şirniyyatlarını hazırlamaq üçün lazım olan ərzaqların qiymət artımı gözlənilir.

Broylerlər hələ də kritik durumda
Quşçuluq fabriklərində böhran vəziyyəti davam edir.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər