Bu gün Moskvada sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək. Yığma səfərə baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında çıxıb.
Xatırladaq ki, ölkəmizi bu yarışda Yaşar Əliyev (55 kq), Azər Paşayev (55 kq), Ağahüseyn Mustafayev (60 kq), Zəlimxan Hüseynov (60 kq), Emin Əzizov (66 kq), Aqil Quliyev (74 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq), Camaləddin Maqomedov (96 kq), Xetaq Qazyumov (96 kq), Əli İsayev (120 kq), Toxtar Temrezov (120 kq) təmsil edəcək.
|