Norveç klubu Azərbaycan futbolçusuna elçi düşüb
|
Şənbə, 06.03.2010
|
|
mətn ölçüsü |
|
|
|
Norveçin futbol üzrə beşqat çempionu "Valeranqa" Azərbaycan yığma komandasının və "Neftçi" klubunun futbolçusu Ruslan Abışovu heyətində görmək istəyir. Skandinaviyalılar "Neftçi"yə rəsmi təklif göndərdikdən sonra Ruslanın milli komandanın heyətində Lüksemburqa qarşı oyununu canlı izləyiblər.
"Valeranqa" klubunun rəsmi nümayəndələri elə Lüksemburqda Ruslana yaxınlaşaraq niyyətlərini bildiriblər. Təklifin son bəndini müzakirə etmək üçün Norveç klubunun bir neçə rəhbər şəxsi hazırda Bakıdadırlar. Qonaqlar futbolçunun transferini reallaşdırmaq üçün "Neftçi"nin prezidenti Sadıq Sadıqovla da görüşməlidirlər. Xatırladaq ki, Norveç klubu futbolçumuza üç illik müqavilə təklif edib.
|
|
|
|
|
|
|