Hal-hazırda Ayna qəzetinin 06.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 06.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Növbəti rəqib - Honduras millisi
Növbəti rəqib - Honduras millisi
Yığmamız ardıcıl üçüncü qələbəsini qazandı
Şənbə, 06.03.2010

İlham mətn ölçüsü  

Futbol üzrə milli komandamız bu həftə 2012-ci Avropa çempionatının seçmə qrup mərhələsinə hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirdi. Berti Foqtsun başçılıq etdiyi komandamız Lüksemburqda bu ölkənin yığma komandası ilə qarşılaşdı. Yığmamız bu dəfə səfərdə Lüksemburq millisini məğlubiyyətə uğratdı - 2:1. Bu, Azərbaycan yığmasının ardıcıl üçüncü qələbəsidir.

"Joze Bartel" stadionunda keçirilən matçda Fərid Quliyev əsas yığmamızın heyətində ikinci matçında fərqlənməyi bacarıb: o, 28-ci dəqiqədə rəqibin səhvindən məharətlə istifadə edib. Az sonra qapıçı Kamran Ağayev zədələndiyindən onu Fərhad Vəliyev əvəzləyib. Lakin F.Vəliyev 34-cü dəqiqədə Cef Ştrasserin cərimə zərbəsindən vurduğu topun qarşısını ala bilməyib. Bununla belə, millimiz buraxdığı qoldan 3 dəqiqə keçməmiş yenidən hesabda irəli çıxıb. Bu dəfə Elvin Məmmədov fərqlənib. Fasilədən sonra Saşa Yunisoğlu və Fabio Luis Ramimim də meydançaya buraxılıb. Lakin hesab dəyişməyib. Beləliklə, yığmamız tarixi ərzində Lüksemburqla keçirdiyi ilk oyunundan qələbə ilə ayrılıb. Qeyd edək ki, əvvəlki iki görüşdə millimiz Çexiya və İordaniyanı eyni hesabla məğlub edib - 2:0.

Matçdan sonra yığmamızın almaniyalı baş məşqçisi Berti Foqts oyunla bağlı fikirlərini açıqlayıb:

"Nəticədən razıyam, oyundan isə tam razı qalmadım. Çox çalışmağımıza, əziyyət çəkməyimizə baxmayaraq, baxımlı futbol nümayiş etdirə bilmədik. Öz klublarında az oynayan futbolçularla mayda keçirəcəyimiz təlim-məşq toplanışında ciddi söhbət edəcəyəm. Matça gəlincə, top saxlamaqda, qısa ötürmələrdə, sağ və sol cinahlarda zəiflik vardı".

Milli komandamız növbəti yoxlama matçını 2010-cu il dünya çempionatının iştirakçısı Honduras yığmasına qarşı keçirəcək. Artıq rəqib komandaya qarşı keçirəcəyi yoxlama oyununun yeri və təxmini tarixi müəyyənləşib.

İyunun 11-də Cənubi Afrika Respublikasında başlanacaq futbol üzrə növbəti dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə millimizlə görüşəcək şimali amerikalılar həmin dövrdə Avropada səfərdə olacaqlar. Artıq hazırlıq planına aydınlıq gətirən honduraslılar yoldaşlıq oyunlarını da Almaniya və Avstriyada keçirmək fikrindədirlər.

Qeyd edək ki, Azərbaycan - Honduras matçının mayın sonları, iyunun əvvəlində Avropa ölkələrindən birində keçiriləcəyi elan olunub. Mayın 20-dən iyunun 4-dək Almaniya və Avstriyada məskunlaşacaq şimali amerikalılar bir sıra ölkələrin yığmaları ilə qarşılaşa bilər. Yeri gəlmişkən, matçın baş tuta biləcəyi bu iki ölkə Avro-2012-nin seçmə mərhələsində də yığmamızın rəqibləridirlər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Foqtsun 2010-da ilk sınağı

Başlayırıq Almaniyayla, qurtarırıq Türkiyəylə

Bölmənin digər xəbərləri
 
Kubok həyəcanı başlayır
Azərbaycan kuboku uğrunda yarışda üç aylıq fasilə başa çatır.

Vankuver tarixin yaddaşına köçdü
Olimpiada Azərbaycan üçün vaxtından əvvəl qurtardı

Norveç klubu Azərbaycan futbolçusuna elçi düşüb
Norveçin futbol üzrə beşqat çempionu "Valeranqa" Azərbaycan yığma komandasının və "Neftçi" klubunun futbolçusu Ruslan Abışovu heyətində görmək istəyir.

Meydan pəhləvanlarındır
Bu gün Moskvada sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər