Hal-hazırda Ayna qəzetinin 06.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 06.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Vankuver tarixin yaddaşına köçdü
Vankuver tarixin yaddaşına köçdü
Olimpiada Azərbaycan üçün vaxtından əvvəl qurtardı
Şənbə, 06.03.2010

Kərim Nəsrullah mətn ölçüsü  

Kanadanın Vankuver şəhərində keçirilən XII Qış Olimpiya Oyunları tarixə qovuşdu. Fevralın 28-də bağlanış mərasimində çıxış edən BOK prezidenti Jak Roq Vankuver Olimpiadasını bağlı elan etdi və bütün iştirakçılara 2014-cü ildə növbəti "Ağ olimpiada"nın keçiriləcəyi Soçidə təkrar görüşməyi arzuladı.

Bağlanış mərasimində müxtəlif ifaçıların mahnıları dinləndi, daha sonra yarışda iştirak etmiş idmançılardan ibarət heyətlərin ənənəvi paradı oldu. Sonda Vankuver meri Qreqor Robinson olimpiya məşəlini BOK rəhbəri Jak Roqa, o isə növbəti yarışın keçiriləcəyi Soçi şəhərinin meri Anatoli Paxomova təqdim edib.

Yekun nəticələrə gəlincə, oyunlara ev sahibliyi etmiş Kanada bu statusdan artıqlaması ilə istifadə edib. Başa çatan olimpiada meydan sahiblərinin rekorda imza atması ilə əlamətdar olub. Hokkey üzrə çempionluğu da finalda ABŞ yığmasından qoparan kanadalılar ümumilikdə 14 qızıl medal qazanmaqla, komanda hesabında yarışı turnir cədvəlinin zirvəsində başa vurublar. Onların aktivində 7 gümüş və 5 bürünc medal var. İkinci yeri 10 qızıl, 13 gümüş və 7 bürünc medalla Almaniya, üçüncü pilləni isə ABŞ (9-15-13) tutub. Dördüncü Norveç (9-8-6), beşinci Cənubi Koreya (6-6-2) olub. Ümumi medalların sayında isə liderlik ABŞ-a məxsusdur - 37.

Azərbaycan üçün isə Vankuver Qış Olimpiya Oyunları daha erkən başa çatıb. Yarışda ölkəmizi təmsil edən idmançılar çıxışlarını xeyli əvvəl başa vurmalı olublar. Azərbaycan bayrağı altında çıxış edən dağ xizəkçisi, 36 yaşlı əslən isveçrəli Sedrik Nots slalom növündə qüvvəsini sınayıb. Fəqət o, yarışın əvvəlində müvazinətini itirərək çıxışını dayandırıb və finişə çata bilməyib. Qeyd edək ki, bundan əvvəl qadın xizəkçimiz Qaya Bassani Antivari də slalom yarışında eyni səbəbdən ikinci mərhələyə yüksələ bilməyib. Antivari olimpiadanı 57-ci, Nots isə 72-ci yerdə başa vurub.

Vankuver Olimpiadasında rekord nəticə qeydə alınıb. Kişilərin hokkey turnirinin finalında ABŞ milli komandasını əlavə vaxtda məğlub edən (3:2) kanadalılar 14-cü qızıl medalını qazanıblar.

REKLAM

Bu isə 21-ci dəfə keçirilən yarışların mütləq rekordudur. Qış Olimpiadları tarixində heç bir ölkə eyni turnirdə bu qədər çempionluq görməmişdi. İndiyə qədərki rekord isə SSRİ və Norveç yığmalarına məxsus idi. Birincilər 1976-cı ildə Avstriyanın İnsburq, skandinaviyalılar isə 8 il əvvəl ABŞ-ın Solt-Leyk-Siti şəhərində 13 qızıl medal qazanmışdılar.

Qeyd edək ki, 34 il əvvəl ümumilikdə 37, 2002-ci ildə 75, Vankuverdə isə 86 dəst medal sahibini tapıb.

Vankuver Qış Olimpiadası ilə bağlı açıqlanan rəqəmlər də maraq doğurur. Beləliklə, yarışlar 17 gün davam edib. Bu zaman 15 idman növü üzrə mübarizə gedib. Yarışlar 9 obyektdə keçirilib. Qaliblərin mükafatlandırılması üçün 86 mərasim keçirilib, onlara 615 müxtəlif medal və 1055 buket verilib. Olimpiadada 82 milli olimpiya komitəsi iştirak edib. Olimpiadaya hazırlıq işlərinə 50.000 adam cəlb olunub. Onlardan 18.500-ü bu işə könüllü gəlib. Olimpiadanın gedişini işıqlandırmaq üçün 10.800 mətbuat nümayəndəsi qeydiyyatdan keçib. 300-dən artıq televiziya kanalı, 100 internet saytı bütün dünyaya yarışı yayımlayıb. Bütün dünyadan 3,5 milyard televiziya tamaşaçısı olimpiadanı izləyib. Yarışlara 1,6 milyon bilet satılıb. Olimpiadanın açılış mərasimində 450-dən artıq kostyum, 4100 cüt ayaqqabı, 200 nəhəng şardan istifadə olunub. Olimpiadanın gedişində yarışın rəsmi internet saytını 275 milyon adam ziyarət edib.

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Kubok həyəcanı başlayır
Azərbaycan kuboku uğrunda yarışda üç aylıq fasilə başa çatır.

Növbəti rəqib - Honduras millisi
Yığmamız ardıcıl üçüncü qələbəsini qazandı

Norveç klubu Azərbaycan futbolçusuna elçi düşüb
Norveçin futbol üzrə beşqat çempionu "Valeranqa" Azərbaycan yığma komandasının və "Neftçi" klubunun futbolçusu Ruslan Abışovu heyətində görmək istəyir.

Meydan pəhləvanlarındır
Bu gün Moskvada sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər