Hal-hazırda Ayna qəzetinin 06.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 06.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Kubok həyəcanı başlayır
Şənbə, 06.03.2010

mətn ölçüsü  

Azərbaycan kuboku uğrunda yarışda üç aylıq fasilə başa çatır. Turnirin sabah və birigün keçiriləcək 1/4 final mərhələsi maraqlı mübarizə vəd edir. Çempionatın təsnifat mərhələsindən sonra altılığa düşən komandalardan yalnız "Qəbələ" kubok yarışlarını tərk etdiyindən bütün diqqətini çempionata yönəldib. Qalan beş komanda - "İnter", "Xəzər-Lənkəran", "Qarabağ", "Bakı" və "Neftçi" iki cəbhədə vuruşmalı olacaq.

İlk altılığa düşə bilməyən üç komanda - "Simurq", "Olimpik-Şüvəlan" və "Standard" kubok oyunlarında sözlərini deməyə çalışacaqlar. Bu baxımdan "Simurq" - "Olimpik-Şüvəlan" matçı heç də az maraq kəsb etmir. Bu komandalar ölkə çempionatında mükafat qazanmaq şansını itirdiyindən avrokuboklara vəsiqəni yalnız kubok oyunlarında qazana bilərlər.

Digər komandalarla müqayisədə "Bakı"nın kubokda işi nisbətən asandır. Hər halda son ölkə çempionunu autsayderlə sınaq gözləyir. "Bakı"nın "Standard"la cari mövsümdə oyunlarının çətin keçdiyini nəzərə almaq lazımdır.

"Xəzər-Lənkəran" Premyer Liqanın ilk mərhələsindən sonra "Qarabağ"ı turnir cədvəlində qabaqlasa da, qızıl xallara görə rəqibindən geri qalır. "Xəzər-Lənkəran" ilk dövrədə məğlub olduğu Ağdamda növbəti oyununa çıxacaq. "Qarabağ"ı Lənkəranda çətin sınaq gözləyəcəyini nəzərə alsaq, öz meydanında mütləq qələbə qazanmalıdır. "Neftçi" ilə "İnter" dördhissəli tamaşanın ikinci pərdəsinə çıxacaq. Təqvim elə gətirib ki, paytaxt klubları 25 gündə 4 dəfə görüşməyə məcburdurlar.

İlk duel çempionatın təsnifat mərhələsinin son turunda baş verdi və "İnter" "Neftçi"ni çətinliklə də olsa məğlub etməklə, baş məşqçi Vaqif Sadıqovu istefaya göndərdi. Bundan sonra "Neftçi" rəhbərliyi mövsümün sonuna kimi komandanı Arif Əsədov və Şakir Qəribova həvalə etdi. V.Sadıqovun köməkçilərindən baş məşqçi funksiyasını A.Əsədov daşıyacaq. 40 yaşlı mütəxəssis cari mövsümün əvvəlində iki turda bu məsuliyyəti daşıyıb.

Azərbaycan kuboku, 1/4 final mərhələsi, ilk oyunlar:

6 mart

17:00. "Bakı" - "Standard";

7 mart

14:15. "Qarabağ" - "Xəzər-Lənkəran";

15:00. "Simurq" - "Olimpik-Şüvəlan";

15:00. "Neftçi" - "İnter".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Vaqif Sadıqov: "Xarici siyasətimizdə prioritetlər dəyişməyib, amma siyahı genişlənib"

Elitanın amansızlığı

Vaqif Sadıqov: "Bambaşqa bir "Neftçi" görəcəksiz"

Növbədə - həlledici mərhələ

Bölmənin digər xəbərləri
 
Vankuver tarixin yaddaşına köçdü
Olimpiada Azərbaycan üçün vaxtından əvvəl qurtardı

Növbəti rəqib - Honduras millisi
Yığmamız ardıcıl üçüncü qələbəsini qazandı

Norveç klubu Azərbaycan futbolçusuna elçi düşüb
Norveçin futbol üzrə beşqat çempionu "Valeranqa" Azərbaycan yığma komandasının və "Neftçi" klubunun futbolçusu Ruslan Abışovu heyətində görmək istəyir.

Meydan pəhləvanlarındır
Bu gün Moskvada sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"

"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"


Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları

Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları


Kremlin Quzey Qafqaz siyasəti dəyişir

Kremlin Quzey Qafqaz siyasəti dəyişir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər