Hal-hazırda Ayna qəzetinin 06.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 06.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
İranda diktaturaya keçid baş verib
İranda diktaturaya keçid baş verib
Ölkə ruhanilər tərəfindən deyil, "kult" tərəfindən idarə olunur
Şənbə, 06.03.2010

S.Soltan mətn ölçüsü  

Dövlət katibi xanım Klinton Qətərin paytaxtı Dohada bildirmişdi ki, İran İnqilab Keşikçiləri Qvardiyası hakimiyyət strukturlarını sıxışdırmaq gücünə qabildir. Onun sözlərinə görə, bu minvalla qvardiya və bu ölkə rəhbərliyi İranda "hərbi diktatura yaratmağa yönəlik fəaliyyət göstərir".

İranın ali rəhbəri ayətulla Xamneyi Təbrizdə səfərdə olarkən keçirdiyi görüşdə İranın beynəlxalq sahədə dərd-sərindən və ölkənin büdcə problemlərindən danışarkən, atom-nüvə proqramından əl çəkməyəcəklərini, nüvə yanacağı əldə etməyin "İranın da haqqı" olduğunu, yeni sanksiyaların onun ölkəsinə təsir etməyəcəyini söylədi. Və ardınca söhbəti ABŞ dövlət katibi Hillari Klintonun "İslam Respublikası hərbi diktaturaya doğru gedir" ifadəsinin üzərinə gətirdi. Dini lider ABŞ dövlət katibinin bu mülahizəsini "tamamilə cəfəngiyat" adlandırdı. Ayətulla Xamneyi sözlərində bunu da iddia etdi ki, ABŞ İran haqda yalanları yaymaq məqsədi ilə "emissarlarını körfəz ölkələrinə göndərir". "Onlar bu sayaq fəaliyyətləri ilə faktik olaraq bölgəni silah anbarına çeviriblər. Bu yolla bölgə dövlətlərindən pul çıxarırlar", - deyə fikir söylədi.

Bu məsələyə münasibətində prezident Mahmud Əhmədinejad dedi ki, amerikalı "diplomatın bəyanatını ciddi qəbul etmir": "Biz bu şərhləri ciddi qəbul etmirik. Ona qalsa ABŞ-ın hərbi büdcəsi İranınkından 80 dəfə çoxdur".

İranın xarici işlər naziri Mənuçehr Müttəkiyə gəldikdə, o də öz növbəsində amerikalı diplomatın dediklərinə münasibət bildirdi və dedi ki, Amerika yanlış siyasəti ucbatından "körfəzdə gərginlik yaradır". "Nəhayətsiz silahlanma siyasəti ilə Amerika özünəməxsus hərbi diktaturanın girovuna çevrilib. Xanım Klinton bu sayaq bəyanatları ilə beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd göstərir".

Yəni İran hərbi diktatura yaratmaq niyyətində deyil, ölkədə azadlıqlar var, sabitlik var, qoy bizə böhtan atmasınlar. Liderlərin çıxışından belə anlaşıldı. Amma...

Bu günlərdə Tehranın prokuroru Abbas Cəfəri-Dövlətabadi dedi ki, müxalifətin bundan sonra küçə yürüşü keçirməsinə icazə verilməyəcək. "Mediaforum"un məlumatına görə, Dövlətabadi keçmiş baş nazir və parlamentin sabiq sədri Mehdi Kərrubini vətəndaşları hakimiyyətə qarşı hələ də qanunsuz əməllərə təhrikdə suçlayıb:

"Təəssüflər olsun ki, bəzi şəxslər hələ də qəflət yuxusundan oyanmayıb. Onlar bəyanatlarla çıxış edir, cəmiyyəti çaşbaş salır, yenə vətəndaşları hakimiyyətə qarşı təhrik edirlər. Lakin onlar bilməlidir ki, xalq əvvəllər olduğu kimi, yenə onların cavabını verəcək".

İranın baş prokuroru, ETTELAAT-ın keçmiş sədri Möhsün Ejei isə Dövlətabadidən bir neçə gün öncəki çıxışında M.Musəvi və M.Kərrubiyə ciddi xəbərdarlıq edərək, onları "fitnəkarlıq"dan əl çəkməyə çağırmışdı: "Vətəndaşlar bizdən fitnə başçılarına qarşı tədbir görməyimizi istəyir. Onlar fitnəkarlıq və qanunsuzluğu davam etdirsələr, barələrində hökmən ciddi tədbir görüləcək" .

2009-cu ilin yayında prezident seçkisinin rəsmi nəticələrinə etiraz aksiyasında iştirak etdiyi üçün hazırda həbsxanada saxlanılanlarla bağlı məsələyə münasibət bildirən baş prokuror bunları söyləyib: "Tutulmuş həmin şəxslər tövbə etsələr, vurduqları ziyanı ödəsələr, onlardan vətəndaş şikayəti olmazsa və doğru-düzgün yol seçsələr, əfv edilə bilərlər".

Baş prokuror bu ilin Aşura mərasimində həmin qüvvələrin "hakimiyyəti devirməyə cəhd göstərdiyini" söyləyərək deyir: "Aşura günündə sistem təhlükə ilə üz-üzə qalmışdı. Onlar əvvəlcə prezident seçkisinin nəticələrini bəhanə edib etiraza qalxsalar da, sonradan şüarlarını kəskinləşdirərək, hakimiyyəti devirməyə cəhd göstərməyə başladılar".

Yəni baş prokurorun sözlərindən belə çıxır ki, kim bizim kimi düşünmürsə, zopa, həbsxana və künc-bucaqdan atılan güllələrlə, oğurlanıb qətlə yetirilməklə, həbsxanalarda zorlanmaqla susdurulacaq. İran liderlərinin terminologiyasını bilmirik, amma dünyada bunun adına diktatura deyilir və xanım Klinton bundan danışırdı. İran müxalifəti də bundan danışır. Özü də əgər xanım Klinton İran rəhbərliyinin bu yöndəki fəaliyyətindən danışırsa, İran müxalifəti belə bir diktaturaya keçidin artıq baş verdiyini deyir. Məsələn, "Amerikanın səsi" radiosunun məlumatına əsasən, Mirhüseyn Musəvi deyib ki, ölkədə ruhanilərin hakimiyyətindən "kult" tərəfindən idarə olunan diktaturaya keçid baş verib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Casus oyuncaqlar", italyan qadın geyimləri, "Ağacdələn", bəhailər...

İran: öldürülənlərin sayı artmaqdadır

Əhmədinijat uçan kəpənəyi tuta bilmədi

İran böhranı: "Vilayəti-fəqih" idarəetmə təsisatı ölüb

İran müxalifətindən 100 nəfər məhkəmə qarşısında

Bölmənin digər xəbərləri
 
Diplom və mal-qara
Tehran erməni diplomlarını tanıyacaq və bu ölkədən iribuynuzlu heyvan idxalını artıracaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


Şevardnadze demoqrafik situasiyadan narahat olub

Şevardnadze demoqrafik situasiyadan narahat olub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər