Hal-hazırda Ayna qəzetinin 06.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 06.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Qadın ətri" təsviri sənət sərgisi
"Qadın ətri" təsviri sənət sərgisi
Şənbə, 06.03.2010

mətn ölçüsü  

Martın 5-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Qadın ətri" təsviri sənət sərgisinin açılışı keçirilib. APA-nın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyi ilə Rəssamlar İttifaqı tərəfindən birgə təşkil olunan sərgi Hüseyn Cavidə məxsus "Bəşəriyyət qadınla yüksələcək" devizi altında keçirilir. Sərgidə xalq rəssamı Mikayıl Abdullayev, Oqtay Sadıqzadə, Toqrul Nərimanbəyov, əməkdar incəsənət xadimi Vəcihə Səmədova kimi sənətkarlarla yanaşı, Sakit Məmmədovun, Niyaz Nəcəfovun, Elşən Sərxanoğlunun və digər rəssamların əsərləri tamaşaçılara təqdim olunub. Açılış mərasimində Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Bakı şəhər İH başçısının müavini Fidumə Hacıyeva, Qarabağ döyüşçüsü Gülarə Musayeva, Mədəniyyət və Turizm Nazirliyinin muzey sektorunun müdiri Azadə Hüseynova çıxış ediblər.

Bizi İsveçrədə "Bir addım" təmsil edəcək "Imrer Grour" Prodüser Mərkəzinin istehsal etdiyi "Bir addım" qısametrajlı bədii filmi İsveçrənin Friburq şəhərində beynəlxalq film festivalında Azərbaycanı təmsil edəcək. Mərkəzdən APA-ya verilən açıqlamaya görə, festival martın 13-də başlayacaq və martın 20-də yekunlaşacaq. "Bir addım" filmi 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Bu meydan, bu ekran - 2008" müsabiqəsinin qalib kino layihəsi kimi istehsal olunub. Filmin rejissorları Nərgiz Bağırzadə və Fariz Əhmədov, ssenari müəllifləri Alina Abdullayeva və Nərgiz Bağırzadə, quruluşçu operatoru Tarıverdi Tarıverdiyev, quruluşçu rəssamı Şahin Hüseynli, bəstəkarı Rauf Əliyev, prodüserləri isə Rəşad Qasımov və Fariz Əhmədovdur. Filmin bədii rəhbəri Cəmil Quliyevdir. Baş rollara Gülzar Qurbanova, Pərviz Məmmədrzayev və Nərmanə Kərimova çəkiliblər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Göygöldən Xəzərədək uzanan musiqili ömür
"Göygöl" ansamblının yaradıcısı Fikrət Verdiyev musiqimizə xidmətini davam etdirir

Dəniz gəmiləri - konsert salonları
Fidan Hacıyeva dəniz sərnişinlərinə klassik ariyalar oxuyacaq

Gülnarə Səfərova: "Şövkət xanım barəsində danışanda..."
Onun repertuarına müraciət olunur, lakin onun kimi oxuya bilirlərmi?

Orta əsrlərə aid qalıqlar aşkar edilib
İçərişəhərdə qazıntı işləri aparılacaq

Kuklaların solmayan gözəlliyi
Bir zamanlar bunlara kukla deyil, kiçik ölçülü heykəltəraşlıq əsərləri kimi baxılırdı

Sirkin yeni proqram
Martın 14-dən 28-dək Bakı Dövlət Sirki tamaşaçıların qarşısına yeni proqramla çıxacaq. Bu barədə sirkin mətbuat xidmətindən məlumat verilib.

Ermitaj Muzeyinin ekspozisiyası Bakıda sərgilənəcək
Ermitaj Muzeyinin əməkdaşları Azərbaycanda səfərdədir.

"Sərgüzəşti vəziri-xani-Lənkəran"ın premyerası
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı martın 6-da M.F.Axundovun "Sərgüzəşti vəziri-xani-Lənkəran" pyesi əsasında eyniadlı tamaşanı təqdim edəcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər