Ermitaj Muzeyinin ekspozisiyası Bakıda sərgilənəcək
 |
Şənbə, 06.03.2010
|
|
mətn ölçüsü |
|
|
|
Ermitaj Muzeyinin əməkdaşları Azərbaycanda səfərdədir. Mədəniyyət və Turizm Nazirliyinin muzey sektorunun müdiri Azadə Hüseynovanın APA-ya verdiyi xəbərə görə, muzey əməkdaşlarının ölkəmizə səfərində məqsəd Azərbaycan Dövlət İncəsənət Muzeyi ilə qarşılıqlı əməkdaşlıqla bağlı müqavilə imzalamaqdır. Sektor müdirinin sözlərinə görə, bu günlərdə imzalanacaq müqavilə əsasında məşhur Ermitaj Muzeyinin ekspozisiyası Azərbaycan Dövlət İncəsənət Muzeyində sərgilənəcək. Bu layihənin qarşılıqlı həyata keçiriləcəyi nəzərdə tutulur.
|
|
|
|
|
|
|