Hal-hazırda Ayna qəzetinin 06.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 06.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Gülnarə Səfərova: "Şövkət xanım barəsində danışanda..."
Gülnarə Səfərova: "Şövkət xanım barəsində danışanda..."
Onun repertuarına müraciət olunur, lakin onun kimi oxuya bilirlərmi?
Şənbə, 06.03.2010

Sevinc İsmayıl mətn ölçüsü  

Tofiq Quliyev adına 12 saylı onbirillik uşaq musiqi məktəbinin direktoru Gülnarə Səfərova ilə söhbətimiz ondan başladı ki, bu təhsil ocağı başqa musiqi məktəblərindən fəallığı ilə seçilir. Gülnarə Səfərova bunu belə izah edir:

- Ən başlıcası, bu məktəb Tofiq Quliyev kimi şöhrətli bir bəstəkarın adını daşıyır. Məncə, başqa cür də ola bilməzdi. Mən bu məktəbə yeni gələndə kollektivə söyləmişdim ki, nə yaxşı varsa, onu qoruyub saxlamalıyıq, amma mütləq irəli getməliyik, yeniliklər olmalıdır. Çox sağ olsun bu kollektiv, məni tez qəbul etdi, dəstək verdi. Bir çox musiqi məktəbləri bu gün bizim məktəbi özlərinə örnək sayır. Arzu edirəm bütün musiqi məktəblərimiz nümunəvi olsun. Problemlər həmişə var, amma biz onları həll etməliyik, çünki mədəniyyət həmişə öndədir və milləti, ölkəni tanıdan ilk öncə onun mədəniyyətidir.

2009-cu ildə bizim 54 tədbirimiz təqdim olundu. Həftənin yeddi günü bizim məktəb işləyir. Yenicə bizdə "Xalq Çalğı Alətləri" ansamblı yaradılmışdır. Təbii ki, şagirdlərdə böyük həvəs oyatdı. İnşallah, başqa şöbələrdə də ansambllar yaratmağı qarşımıza məqsəd qoymuşuq. Hal-hazırda xanəndə və vokal siniflərimiz də var. Onu da qeyd etmək istəyirəm ki, ötən illərdə məktəbimizin xoru zəif idi, bu gün isə xorumuz müsabiqələrdə iştirak edir, Fəxri Fərmanlara layiq görülür.

Musiqi məktəbimiz Zaqatala, Quba, Şamaxı, Şəki, Gəncə şəhərlərində regionların musiqi məktəbləri ilə birlikdə, konsert proqramları ilə çıxış etdilər. Məncə, bu, şagirdlərimiz üçün bölgələrimizin tarixini öyrənmək, yerli uşaqlarla ünsiyyətə girmək üçün çox gözəl fürsətdir.

REKLAM

Bizim peşəkar müəllimlərimizə təşəkkürümü bildirmək istəyirəm, çünki çoxları könüllü olaraq bu konsertlərdə iştirak etdilər.

- Nə vaxtdan bu sahədə çalışırsınız?

- 29 ildən artıqdır ki, müəllim kimi müxtəlif musiqi məktəblərində çalışmışam. Bakı Musiqi Kollecində bu günə kimi dərs deyirəm, orda ikinci ixtisasım psixologiya və sosiologiya fənləridir.

- Biz biləni, musiqi ilə bağlı ailədənsiniz. Yaxın keçmişin gözəl mahnı ifaçısı Şövkət xanım Ələkbərovanın gəlini olmusunuz. Onu necə xatırlayırsınız?

- Əlbəttə, Şövkət xanım barəsində danışanda kədərlənməmək mümkün deyil. Mən 18 yaşımdan onun yanında olmuşam, demək olar ki, onun tərbiyəsini almışam. Şövkət xanım xalqına, ölkəsinə, musiqiyə hədsiz dərəcədə bağlı olan bir sənət adamı idi. Və bir iş görəndə mən həmişə özümə sual verirəm, görəsən Şövkət xanım sağ olsaydı, bu işimi bəyənərdimi? Bəlkə də çalışqan olmağım bununla bağlıdır.

Gözümün önündə Şövkət xanım Tofiq Quliyev və başqa bəstəkarların yeni mahnılarını ilk dəfə ifa edib. Mən özündən sonra bu qədər tələbə, bu boyda məktəb qoyub gedən ikinci sənətkar tanımıram. İfaçılıq sənəti ilə yanaşı bu işin pedaqoji tərəfinə böyük önəm verirdi. Təsadüfi deyil ki, bu gün bir çox ifaçılar Şövkət xanımın repertuarına müraciət edirlər. Amma o mahnılara ikinci həyat verə bilirlərmi? Məncə, "Füzuli kantatası" kimi əsərlərə heç toxunmaq lazım deyil. Düzdür, çalışırlar ifa etməyə, amma bu bir çoxlarının fikridir ki, Şövkət xanım kimi mahir ifaçı hələ yoxdur. Ümid edirik ki, olacaq.

- Məktəbdə hansısa nailiyyətlərinizdən danışa bilərsinizmi?

- Bir il olar "Azərbaycan musiqisinin tarixi və tədrisi" adlı ictimai birlik yaratmışıq, qeyri-hökumət təşkilatı olmasına baxmayaraq, dövlətin dəstəyi ilə fəaliyyət göstərir. Mənə bu təşkilatın sədri olmaq təklifi ilə müraciət etdilər və mən böyük məmnuniyyətlə bu təklifi qəbul etdim. Təşkilata Bakının bütün musiqi məktəbləri cəlb olunub. Artıq "Muzeydə musiqi axşamları" adlı layihəyə start vermişik. Bu gecələr tanınmış bəstəkarlarımıza həsr olunur və onların əsərlərini Bakı musiqi məktəblərinin Müəllimləri ifa edir. Artıq İncəsənət Muzeyində Fikrət Əmirov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Musa Mirzəyevə həsr olunmuş konsertlərimiz oldu. Bizim musiqi məktəblərinin şagirdləri ölkə və beynəlxalq müsabiqələrdə iştirak edirlər. Çox istərdik ki, onların peşəkar müəllimləri də daim səhnələrdə olsunlar, kölgədə qalmasınlar.

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Göygöldən Xəzərədək uzanan musiqili ömür
"Göygöl" ansamblının yaradıcısı Fikrət Verdiyev musiqimizə xidmətini davam etdirir

Dəniz gəmiləri - konsert salonları
Fidan Hacıyeva dəniz sərnişinlərinə klassik ariyalar oxuyacaq

Orta əsrlərə aid qalıqlar aşkar edilib
İçərişəhərdə qazıntı işləri aparılacaq

Kuklaların solmayan gözəlliyi
Bir zamanlar bunlara kukla deyil, kiçik ölçülü heykəltəraşlıq əsərləri kimi baxılırdı

Sirkin yeni proqram
Martın 14-dən 28-dək Bakı Dövlət Sirki tamaşaçıların qarşısına yeni proqramla çıxacaq. Bu barədə sirkin mətbuat xidmətindən məlumat verilib.

Ermitaj Muzeyinin ekspozisiyası Bakıda sərgilənəcək
Ermitaj Muzeyinin əməkdaşları Azərbaycanda səfərdədir.

"Qadın ətri" təsviri sənət sərgisi
Martın 5-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Qadın ətri" təsviri sənət sərgisinin açılışı keçirilib.

"Sərgüzəşti vəziri-xani-Lənkəran"ın premyerası
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı martın 6-da M.F.Axundovun "Sərgüzəşti vəziri-xani-Lənkəran" pyesi əsasında eyniadlı tamaşanı təqdim edəcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər