Hal-hazırda Ayna qəzetinin 06.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 06.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Göygöldən Xəzərədək uzanan musiqili ömür
Göygöldən Xəzərədək uzanan musiqili ömür
"Göygöl" ansamblının yaradıcısı Fikrət Verdiyev musiqimizə xidmətini davam etdirir
Şənbə, 06.03.2010

Z.Rəhimqızı mətn ölçüsü  

Gəncədə fəaliyyət göstərən və bu yaxınlarda 40 illik yubileyi qeyd edilən "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı, əməkdar artist Fikrət Verdiyev "Ayna"ya müsahibəsində ansamblın böyük yaradıcılıq yoluna nəzər saldı. Uzun illər bədii rəhbəri olduğu "Göygöl"dən danışdı:

- Ansamblın yaranma tarixi 1969-cu ilə təsadüf edir. O vaxt Azərbaycan Dövlət Konservatoriyasında hələ 2-ci kursda oxuyurdum və bir sıra konsertlərdə iştirak edirdim. Amma o vaxta kimi Gəncədə heç bir musiqi ansamblı fəaliyyət göstərmirdi. Müharibədən əvvəl orada filarmoniya yaradılmışdı. Amma eşitdiyimə görə, üzdəniraq bir erməni xalq deputatlar sovetinin sədri olub. Deyib ki, 1942-ci ildə, müharibə dövründə filarmoniyaya bu qədər vəsait ayırmaq məqsədəuyğundurmu? Təklif edib ki, pul xərcləməmək üçün filarmoniya bağlansın. Onun məqsədinin arxasında dəqiq nə dayandığını deyə bilməyəcəm, amma onun bu cür çıxışları filarmoniyanın ləğvinə səbəb olub. O zamanlar həmin musiqi ocağında Fikrət Əmirov, Qəmbər Hüseynli və bir sıra gözəl sənətkarlar çalışırdılar. Müəyyən müddətdən sonra, 1956-cı ildə Gəncədə mahnı və rəqs ansamblı yaradıldı. O da iki ildən artıq davam gətirə bilmədi. Bu ocağın dağılmağının səbəbini bilmirəm. Çünki o vaxt mənim 10 yaşım var idi. O dövrdən sonra Gəncənin musiqi aləmində sönüklük hiss olunmağa başlayıb. Heç bir ansambl və kollektiv olmayıb.

REKLAM

Tələbəlik illərində mən Əhsən Dadaşov, Əhməd Bakıxanov və qeyrilərinin ansamblına baxıb həvəsləndim. 1969-cu ildə, 22 yaşımda ikən Gəncəyə gedib oradakı ən yaxşı musiqiçiləri başıma topladım. Rövşən Behcəti və bir-iki oxuyanları birləşdirib ictimai əsaslarla "Göygöl" ansamblını yaratdım. 1977-ci ilə qədər dövlətdən heç bir məvacib və kömək almadan ansamblın fəaliyyəti davam etdirildi və çevrəmizi genişləndirdik. Özfəaliyyət kimi Gəncədə, Bakıda dəfələrlə dövlət konsertlərində, xarici ölkələrdə bir sıra konsert proqramları ilə çıxışlar etdik. Heydər Əliyevin tamaşaçısı olduğu 50-dən çox konsertlərdə bizim ansambl iştirak edib.

Bir dəfə kiminsə yubileyi idi, Gəncədən Bakıya 180 nəfərdən ibarət kollektiv gətirmişdim. Tamaşaçılar proqramımızı çox bəyənmişdi. O zamanlar filarmoniyada da çox çıxışlar edirdik. Bəzən konsertlərimizə biletlər tapılmırdı. Bir müddətdən sonra ansambla Şahnaz, Aybəniz Haşımova bacıları da qoşuldu.

- Ansambla dövlət statusu nə vaxt verildi?

- Heydər Əliyev 1977-ci ildə maraqlanıb ki, bu ansamblın statusu var, ya yox? Gəncə şəhər partiya komitəsinin birinci katibi ona deyib ki, onlar heç bir məvacib almadan çalışırlar. Heydər Əliyev dərhal o vaxtkı baş nazir Əli İbrahimova göstəriş verərək, ansambla təcili status verilməsini tapşırıb. Bizə verilən imkanlara uyğun olaraq ansambl üçün dövlət hesabına bir neçə avtobus və bir sıra avadanlıqlar aldıq. Həmin ərəfədə dahi bəstəkar Cahangir Cahangirovu Gəncəyə dəvət edərək təcrübəli bir şəxs kimi ansamblın proqramını yazmağı ondan xahiş etdim. Daha sonra baletmeyster Kamil Dadaşov mən tərəfdən ansambla dəvət aldı. Müsəlmançılıqdır deyə, o vaxt heç kim qızını rəqsə, oynamağa qoymurdu. Fikirləşdik ki, dövlətin adını daşıyan mahnı və rəqs ansamblı rəqssiz ola bilməz. Kamil Dadaşovla yenidən Bakıya qayıtdıq və özfəaliyyət ansambllarını gəzib 12 oğlan və 12 qızı öz ansamblımıza cəlb etdik. Gəncəyə yola düşəndə valideynləri bizə yaxınlaşıb soruşdular ki, "Ay Fikrət müəllim, bizim uşaqlar hansı maaşa gedirlər? Necə dolanacaqlar?". Dedim ki, tarif dərəcələrinə görə, maaş 60-80 manat arasındadır. Söz verdim ki, onların yeməyi mənim boynumadır. O vaxt mən el şənliklərinə də gedib, az-çox pul qazanırdım. İki il mən həmin 24 nəfəri oteldə saxlayıb, onların gündə üçdəfəlik yeməyinin haqqını özüm ödədim. İş tək pul ödəməklə bitmirdi. Tez-tez onlara baş çəkib, şəraitləri, yedikləri yeməklə tanış olurdum ki, korluq çəkməsinlər. 6 ay müddətində biz ansamblı formalaşdırıb, dövlətə təhvil verdik.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2 - 3
Bölmənin digər xəbərləri
 
Dəniz gəmiləri - konsert salonları
Fidan Hacıyeva dəniz sərnişinlərinə klassik ariyalar oxuyacaq

Gülnarə Səfərova: "Şövkət xanım barəsində danışanda..."
Onun repertuarına müraciət olunur, lakin onun kimi oxuya bilirlərmi?

Orta əsrlərə aid qalıqlar aşkar edilib
İçərişəhərdə qazıntı işləri aparılacaq

Kuklaların solmayan gözəlliyi
Bir zamanlar bunlara kukla deyil, kiçik ölçülü heykəltəraşlıq əsərləri kimi baxılırdı

Sirkin yeni proqram
Martın 14-dən 28-dək Bakı Dövlət Sirki tamaşaçıların qarşısına yeni proqramla çıxacaq. Bu barədə sirkin mətbuat xidmətindən məlumat verilib.

Ermitaj Muzeyinin ekspozisiyası Bakıda sərgilənəcək
Ermitaj Muzeyinin əməkdaşları Azərbaycanda səfərdədir.

"Qadın ətri" təsviri sənət sərgisi
Martın 5-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Qadın ətri" təsviri sənət sərgisinin açılışı keçirilib.

"Sərgüzəşti vəziri-xani-Lənkəran"ın premyerası
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı martın 6-da M.F.Axundovun "Sərgüzəşti vəziri-xani-Lənkəran" pyesi əsasında eyniadlı tamaşanı təqdim edəcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər