Hal-hazırda Ayna qəzetinin 06.03.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 06.03.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Miqrantlar statistik zərrəbin altında
Miqrantlar statistik zərrəbin altında
Seçmə müayinə maraqlı təfsilatları üzə çıxarıb
Şənbə, 06.03.2010

Eldəniz mətn ölçüsü  

 Azərbaycan Dövlət Statistika Komitəsi (DSK) ölkənin bütün sərhəd-buraxılış məntəqələrində bütövlükdə 15 min miqrantı əhatə etməklə "Miqrasiya proseslərinin öyrənilməsinə dair" seçmə statistik müayinə keçirib.

DSK-nın məlumatına görə, statistik müayinənin keçirilməsində əsas məqsəd ölkədə miqrasiya proseslərinin vəziyyətinin öyrənilməsindən, miqrasiya axınları haqqında statistik məlumatların dəqiqləşdirilməsi və onun istiqamətlərinin, eləcə də səbəblərinin müəyyənləşdirilməsindən ibarət olub.

Statistik müayinə ilə əhatə olunmuş miqrantların 7501 nəfəri ölkəyə gələnlər, 7499 nəfəri isə ölkədən gedənlər olub, gələnlərin 66,2%-ni, gedənlərin isə 66,8%ni kişilər təşkil edib.

Müayinənin nəticələrinə görə, ölkəyə gələnlərin 47,6%-i, gedənlərin isə 27,6%-i öz evinə qayıdanlar, müvafiq olaraq 18,1%-i və 15,5%-i qonaq, 7,5%-i və 10,4%-i turist kimi, 7,2%-i və 16,3%-i işləməyə, 6,9%-i və 6,3%-i xidməti və işgüzar ezamiyyətə gələnlər və gedənlərdir.

İşləməyə gələnlərin 73%-i, gedənlərin 80%-i haqqı ödənilən əmək fəaliyyəti ilə, qalanları isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər olub.

Azərbaycandan işləməyə gedənlərin sayı ölkəyə işləməyə gələnlərin sayından 2,2 dəfə, müalicəyə gedənlərin sayı gələnlərdən 2,8 dəfə, oxumağa gedənlərin sayı gələnlərdən 63,6%, turist kimi ölkədən gedənlərin sayı ölkəyə gələnlərdən 38,4% çox, gələnlərin tərkibində evə qayıdanların sayı gedənlərin sayından 72,5%, qonaq gələnlərin sayı qonaq gedənlərin sayından 16,7% çox olub.

Oxumağa gedən 18-29 yaşlı gənclərin sayı ölkəyə gələnlərdən 68%, 50 və yuxarı yaşlılar arasında müalicəyə gedənlərin sayı gələnlərin sayından 2,8 dəfə çox olub.

Müayinənin yekunlarına görə, Azərbaycana gələnlərin 46,6%-i MDB üzvü olan dövlətlərdən, 13,2%-i Türkiyədən, 13%-i Gürcüstandan, 11,7%-i İrandan, 5,2%-i Birləşmiş Ərəb Əmirliklərindən, 3,5%-i Avstriyadan, 1,6%-i Böyük Britaniyadan, 5,2%-i isə digər ölkələrdən gəlib.

Yeni daimi yaşayış yerlərinə gələnlərin 41,8%-i, müalicəyə və qonaq gələnlərin müvafiq olaraq 43,4%-i və 59,7%-i MDB ölkələrindən, işləməyə və turist kimi gələnlərin isə müvafiq olaraq 34,1%-i və 37,9%-i İrandan, 24,7%-i və 13,2%-i isə Türkiyədən gəlib.

Ölkədən gedənlərin 47,7%-i MDB ölkələrinə (onların ümumi sayından 44,5%-i Rusiyaya), 13,8%-i Türkiyəyə, 11,5%-i Gürcüstana, 10,8%-i İrana, 16,2%-i isə digər ölkələrə gedənlər olub. Yeni daimi yaşayış yerinə gedənlərin 80%-i, işləməyə gedənlərin 71,2%-i, müalicəyə və oxumağa gedənlərin müvafiq olaraq 57,4%-i və 47,4%-i Rusiyaya gedənlərdirsə, turist kimi gedənlərin 22,8%-i Türkiyəyə, 15,2%-i İrana, 8,2%-i BƏƏ-yə və 8%-i Avstriyaya gedənlərdir. Oxumağa gələnlərin 32,1%-i Gürcüstandan, 22,5%-i Türkiyədən, 21,9%-i İrandan gəlmiş, Azərbaycandan oxumağa gedənlərin 47,4%-i Rusiyaya, 24,5%-i Türkiyəyə, 9,8%-i isə Böyük Britaniyaya gedib.

Bundan başqa, Azərbaycana gələnlərin 49,8%-i, gedənlərin isə 68,1%-i Azərbaycan vətəndaşları, gələnlərin 68,5%-i, gedənlərin isə 73,7%-i milliyyətcə azərbaycanlılar, müvafiq olaraq 6,2%-i və 4,7%-i ruslar, 5,8%-i və 3,6%-i türklər, 2,9%-i və 2,4%-i gürcülər olub.

İş tapmaq imkanı olmadığına görə ölkəyə gələn miqrantların 82,3%-ni, gedənlərin isə 85%-ni azərbaycanlılar təşkil edib. Türklərin xüsusi çəkisi müvafiq olaraq 7,1% və 2,4%, rusların - 0,9% və 1,1% olub.

Əməkhaqqının azlığına görə öz ölkəsini tərk edib Azərbaycana gələnlərin 77,3%-ni, Azərbaycandan gedənlərin isə 86,9%-ni milliyyətcə azərbaycanlılar, müvafiq olaraq 9,1%-ni və 1,6%-ni türklər, 2%-ni və 0,7%-ni ruslar təşkil edib.

Azərbaycana gələnlərin 52,1%-i bir ayadək, 14,4%-i 1-6 ay, 5,3%-i 7-12 ay və 28,2%-i 1 ildən artıq müddətə gəlib. Gedənlərin xüsusi çəkisi qeyd edilən müddətlərə görə müvafiq surətdə 53,2%, 18,1%, 8,7% və 19,9% olub. Azərbaycana gələn Hindistan (64,3%), Böyük Britaniya (27%), Pakistan (25,6%) və Almaniya (21,9%) vətəndaşları arasında 1 ildən artıq müddətə gələnlərin xüsusi çəkisi daha çox olub.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Zabit və əsgərlərin məhkəməsi başlayıb

"Standard"a yeni məşqçi gəldi

"Avropa Birliyinin gündəmində genişlənmə planı yoxdur"

"Dəmirəlin Azərbaycana sədaqəti hər kəsə bəllidir"

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

Bölmənin digər xəbərləri
 
Dənizçi, yoxsa kölə?
Azərbaycanlı dənizçilərin fəlakətli həyat hekayətləri

İİV daşıyıcılarına münasibət dəyişib
Odur ki, müvafiq qanun yenilənir

Magistraturaya qəbul imtahanları - regionlarda!
Bu ildən magistratura təhsil dövlət büdcəsi hesabına və ödənişli olacaq

Xəstə insanların sayı artır
Mənzərəyə baxış



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər