çap et  
Keçmiş AzTV-çilər qeyri-hökumət təşkilatı yaradıblar
İşdən çıxarılan işçilərin hüquqları burada müdafiə ediləcək
Şənbə, 27.02.2010

Z.Rüstəm

2006-cı ildən bəri, son 4 ilə yaxın müddətdə AzTV-dən uzaqlaşdırılmış işçilər "Televiziya və Radio İşçilərinin Hüquqlarını Müdafiə Komitəsi" adlı qeyri-hökumət təşkilatını təsis ediblər. Bu barədə qəzetimizə komitənin üzvü, jurnalist Vüqar Tapdıqlı söylədi. Bildirdi ki, komitə dövlət qeydiyyatından keçmək üçün Ədliyyə Nazirliyinə müraciət edəcək:

"Əsas məqsəd işdən çıxarılmış AzTV-çilərin hüquqlarını müdafiə etmək, indiyədək baş verənləri olduğu kimi, zərrəcə şişirtmədən cəmiyyətə təqdim etməkdir".

Komitə üzvünün sözlərinə görə, televiziya və radio sahəsində çalışan yaradıcı və istehsalat işçilərinin problemləri yazılı müraciətlə ilkin olaraq Milli Teleradio Şurasına təqdim ediləcək.