![]() |
çap et |
|
|||
Xocalıdakı yerli əhalinin soyqırımı - bəşər tarixində ən ağır cinayətlər sırasında yer almışdır. Və gələcək nəsillərin bu qanlı faciəni bilməyi vacibdir ki, bir də belə hallar təkrarlanmasın.
Bir də o var ki, məhz musiqi, təsviri incəsənət vasitəsi ilə insan tək özünü yox, həm də onu əhatə edən aləmi qavrayır və informasiyanı gələcəyə ötürür. Dünən Rəssamlar İttifaqında xalq rəssamı Adil Rüstəmovun "Qarabağ şikəstəsi" rəsm sərgisi təqdim olunurdu. Sərgi Xocalı faciəsinə həsr olunmuşdur. Sərginin açılışında Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış etdi. Sərgidə Xocalı faciəsini əks etdirən rəsmlərlə yanaşı mərhum boyakar Səttar Bəhlulzadənin ömür yolunu əks etdirən rəsmlər də yer almışdı. Muğam üçlüyü isə sərgi boyu "Qarabağ şikəstəsi"ni ifa edirdi. |